Şeirlər

Dosta Aid Şeir

Dosta aid şeirlər dostluğun bizə bəxş etdiyi gözəllikləri təsvir edir, əsl dost necə olmalıdır sualının da cavabını misralarla vermiş olur.

1️⃣ Yaxşı Dostlar | Kənan Akbərov

Əsl dost insan üçün vuran ürəkdir,
Dar gündə, xoş gündə arxa köməkdir,
Yaxşı dost həyatda qardaş deməkdir,
Qürurlanır insan yaxşı dostlara,
Canım da qurban yaxşı dostlara

İnsan var dostluğu dərk edib qanır,
İnsan var, nəfsinə pula aldanır,
İnsan da var, özünü əlçatmaz sanır,
Lağ edir kənardan yaxşı dostlara,
Canımdan da qurban yaxşı dostlara.

Dostluq nədir çoxu dərk etmir bunu,
Qardaş qardaş deyib açır telefonu,
Dildə yox əməldə göstərsə onu,
Yazılar onda dastan yaxşı dostlara,
Canım da qurban yaxşı dostalara.

Çalış dost zəhmətin yerə vurma,
Nəyəsə xatir dostluq da qurma,
Mərd ol, zalimin də yanında durma.
Desinlər, mərd insan, yaxşı dostlarıq,
Canım da qurban yaxşı dostlara.

Kənan, əsl dost insana düz yol göstərən.
Dostunla üzülüb, dostunla gülən.
Süfrəsin hər zaman dostlarla bölən.


2️⃣DOSTLAR | Murad Ağayev

Duman-çən birləşib yolumu kəssə,
Düşər dost-tanışlar yadıma mənim.
Bilirəm bir azca çətinə düşsəm,
Onlar yetişərlər dadıma mənim.

Demə: bu dostların qalıbdır harda,
Onlar gözlərimə dəymir nə vaxtdan.
Dost dostu sınayar çətində, darda,
Dar gündə cıxıblar onlar sınaqdan.

Çox dost qazanmışam mən öz elimdə,
Elə bilirəm ki, yoxdur düşmənim.
Gözüm görməyəndə tutub əlimdən,
Dostlarım ağ günə çıxarıb məni.

Söz salıb onların məhəbbətindən,
Doğrusu bilmirəm bu gün nə deyim.
Onların eşqindən, məhəbbətindən,
Yüz yol danışsam da qurtaran deyil.

Çox adam görmüşəm mən bu yaşımda,
Dostu unudanın qiyməti olmaz.
Dost-tanış olmasa süfrə başında,
Kəsdiyim çörəyin ləzzəti olmaz.

Hər gün dostlarımı salıram yada,
Dərirəm ömrümün dostluq barını.
Yaxşı ki, dostların mən bu dünyada,
Qazana bilmişəm etibarını.


3️⃣ Dostlarım

İnsana candı, ürəkdi dostlar
İnsana arxa, dirəkdi dostlar
Hər an insana gərəkdi dostlar
Hər anımdı mənim, mənim dostlarım
Canımdı, canımdı mənim dostlarım

Hər bir insandan dost ola bilməz
Hər kəs dost adını heç ala bilməz
Hər kimsə ömürlük dost qala bilməz
Ömrümə günlükdür mənim dostlarım
Mənə ömürlükdür mənim dostlarım

İndi dost olmaq çətindən çətin
Düz olsun gərək dosta niyyətin
Qorumaq lazımdır dost sədaqətin
Mənə sədaqətlidir mənim dostlarım
Çox hörmətlidir mənim dostlarım

Çoxları dost olur var-dövlətə, paraya
Özlərinə dost dəyib atırlar ortaya
Amma məlhəm olmurlar bircə yaraya
Dost odur dostunun dərdinə yansın
Dostunun dərdini öz dərdi sansın

Çox dost görmüşəm yaxşı günümə
Mən dost istərəm bütün ömrümə
Dost olurlar onlar ayıma, ilimə
Mənim yaxşı, çox yaxşı dostlarım
Mənim ömrümün naxışı dostlarım.

Muradam, Rəbbimin xoşbəxt bəndəsi
Mənə dəyərlidir yaxşı dostun hər bir dənəsi
Dəyərli dost mənə Allahın bir hədiyyəsi
Mənim ömrümə hədiyyədir dostlarım
Onlar mənim canım, varlığım, varım.


4️⃣Dost şeiri |Samir Əşrəfoğlu

Amansızdır ömür bəzən
Bu deyil mi canı üzən?
Guya hər bir dərdə dözən
Dostu apar darda sına

Bu yerlərin yazı hanı?
Düşməni yox, dostu tanı
Ocağında qızınanı
Ayaqyalın qarda sına.

Sinəsinə döyən dostu,
Səni, sənə öyən dostu
Süfrəndə bal yeyən dostu
Bir gün quru şorda sına.


5️⃣Dost şeiri | Rəşad Zəkiyev

Dost deyib dost eyləməz heç vaxt xəyanət dostuna
Yeri gəldikdə edər canını əmanət dostuna

Dost edər dostu üçün həmişə yaxşı arzu diləy
İnsanın dar günündə əvvəl ona dostu gərəy
İmkanın varsa əgər dosta elə həmişə köməy
Yaxşı dost puldan ötrü verməz zəmanət dostuna

Dost ilə əhdin olar çalış bu əhdən dönmə
Dost bir pərvanə səndəki şəmsən sönmə
Dostuvun eybi ola millət içində dinmə
Çəkərək xəlvətə et məncə şikayət dostuna

Fərz elə həyat bağça seçib çiçəynən dost ol
Ot alağ tez solacağ solmaz əməynən dost ol
Dost əgər deyirsənsə sidqi ürəynən dost ol
Eyliyər bu dostluğun məncə kifayət dostuna.

Dostuvu vermə bada küçədə gəzən qızlar üçün
Gəldi-gedərdi qız vermə dostu onlar üçün
Səndə ay Rəşad yazıb yaratmısan dostlar üçün
Həyatda göstər həmişə sən də sədaqət dostuna.

(Müəllif hüquqlarına görə şeirdəki orfoqrafik səhvlərə əl vurulmayıb)

6️⃣”Bizim dost itirən vaxtımız deyil” | Hafiz Baxış

Gəlin itirməyək dostları, qardaş,
Onsuz da çox deyil yaxşı dost,
sirdaş.
Dostluq qalasından bir kərpic, bir
daş
Uçurub aparır hər saat, hər il-
Bizim dost itirən vaxtımız deyil!

Bir könül həmdəmi tapana qədər
Can evi illərlə olur dərbədər.
Var-dövlət dünyada gəlib də
gedər,
Hər şeyə göz yumub dosta et
meyl-
Bizim dost itirən vaxtımız deyil!

Tutmursa xasiyyət, tutmursa ürək,
Havayı duz dadıb,kəsməyək çörək.
Dostun hər cövrünə qatlaşıb
gərək,
Olaq yaxşısına, pisinə qayil-
Bizim dost itirən vaxtımız deyil!

Onsuz da qısadır, dönükdür ömür,
Tale biz deyəni həmişə demir.
Ey dost, biz nə daşıq, nə də ki,
dəmir,
Əsl dost yolunda ikiqat əyil-
Bizim dost itirən vaxtımız deyil!

Dünyanı tutub ha qalan deyilik,
Əbədi məskən də salan deyilik.
Ömrü bir də satın alan deyilik,
Dostluqda hər anın qiymətini bil-
Bizim dost itirən vaxtımız deyil!
……………………………………..

Dərdinə çarə qıl, ona dərman de.
Dost sənə çor dese, sən ona can
de,
Düşməni dost edir xoş söz, şirin
dil-
Bizim dost itirən vaxtımız deyil!

Hafiz,dar ayaqda dosta ol dayaq,
Dostluğu müqəddəs bir nemət
sayaq.
Fitnə-fəsadlara məhəl qoymayaq,
Çəkək nankorların gözlərinə mil-
Bizim dost itirən vaxtımız deyil!

Əlaqəli məqalələr

4.6/5 - (79 votes)

Əlaqəli yazılar

Digər yazılar
Close
Back to top button