Şeirlər

Nizami Gencevi Seiri

Dahi şairimiz Nizami Gəncəvinin şeir və qəzəllərinə aşağıdakı siyahıdan baxa bilərsiniz.
Tehsil.com.az olaraq Nizami Gəncəvinin ən yaxşı 5 qəzəlini sizlər üçün bir araya toplamağa çalışdıq.

1️⃣ Az danışmağın gözəlliyi

Sözün də su kimi lətafəti var,
Hər sözü az demək daha xoş olar.

Bir inci saflığı varsa da suda
Artıq içiləndə dərd verir o da.

İnci tək sözlər seç, az danış, az din,
Qoy az sözlərinlə dünya bəzənsin.

Az sözün incitək mə’nası solmaz,
Çox sözün kərpictək qiyməti olmaz.

Əsli təmiz olan saf mirvarılar,
Suya və torpağa min bəzək vurar.

Mə’dənlə dolsa da hər xəzinə,
Hər kiçik zərrəsi dərmandır yenə.

Ürəyi oxşayan bir dəstə çiçək,
Yüz xırman otundan yaxşıdır, gerçək!

Yüz ulduz yansa da göylərdə, inan,
Bir Günə baş əymək xoşdur onlardan.

Göydə parlasa da nə qədər ulduz.
Günəşdir nur verən aləmə yalnız.


2️⃣ Sevgili canan
Tərcümə edən: Mirvarid Dilbazi

Hüsnün gözəl ayətləri, ey sevgili canan!
Olmuş bütün aləmdə sənin şəninə şayan

Gəl eylə inayət, mənə ver busə ləbindən,
Çünki gözəlin busəsidir aşiqə ehsan.

Sordum ki, “könül hardadır” aldım bu cavabı.
“Heç sorma, tapılmaz onu axtarsa da insan”.

Rəhm eylə, deyib, sel kimi göz yaşımı tökdüm
Kim, qanım ilə əl yuma, ey afəti-dövran!

İnsafın əgər varsa, açıq de, bu Nizami,
Sənlə necə rəftar eləsin, ey mahi-daban?

Gəl söylə, cavabın nə olar, sorğu zamanı,
Əhvalımı səndən soruşarsa Qızıl Arslan?


3️⃣ Gecə xəlvətcə bizə sevgili yar gəlmiş idi

Gecə xəlvətcə bizə sevgili yar gəlmiş idi,
Üzü aydan da gözəl nazlı nigar gəlmiş idi.

Tər axıb gül yanağından, bulud örtmüşdü ayı,
Onu düşmənmi qovub, könlü qubar gəlmiş idi?

Ona mən göz yetirib xəlvəti baxdım-baxdım,
Ovçunun ovlağına körpə şikar gəlmiş idi.

Uyuyub hər ikimiz rahət olub bir yatdıq,
Bəxtimin baxçasına güllü bahar gəlmiş idi.

Dedi: “Getmək dəmidir, söylə, nə istəyirsən yar?”
Bir öpüş istədim ondan…Yeri var gəlmiş idi.

Ağlayıb getdi o yar, göz yaşı yandırdı məni,
Odlara yandı dilim, sanki şərar gəlmiş idi.

“Ey Nizami!” – dedi… Birdən ayılıb gördüm o yox
Demə röyada bizə çeşmi-xumar gəlmiş idi.


4️⃣ Aşiqəm, əmrini ver aşiqi-nalanə, gülüm
Tərcümə edən:Cəfər Xəndan

Aşiqəm, əmrini ver aşiqi-nalanə, gülüm,
Yanına ya gəlim əql ilə, ya divanə, gülüm?

Sevirəm qəlb ilə canım kimi cananımı mən,
Ölərəm, ya yetərəm sən kimi canana, gülüm.

Sənə dost olmağıma cümlə şəhər düşmən olub,
Məni əfv eylə, baxıb bir belə düşmənə, gülüm.

Harda görsəm səni, zülfundən öpüb yalvararam,
Aşiqəm, aşiqə yoxdur yazı, divan, a gülüm!

Sənsizəm, səndən uzaq kimsəni düşsün demərəm,
Yetməyir əl sənə, yox səbir də hicranə gülüm.


5️⃣ Ay üzlü nigarım, kimə mehman olacaqsan?

Ay üzlü nigarım, kimə mehman olacaqsan?
Bir söylə, kimin şəninə şayan olacaqsan?

Şahlıq çətiri var başın üstündə bu axşam,
Ənbər çətirinlə kimə sultan olacaqsan?

Şəkkər demərəm mən sənə, ondan da şirinsən,
Dilbər, necə bir bəxtəvərə can olacaqsan?

Zülmət gecə, sən nurlu çıraq, bəd gözə gəlmə,
Ey abi-həyat, sən kimə canan olacaqsan?

Getdin, necə bəs tab eləsin hicrə Nizami,
O xəstə ikən, sən kimə dərman olacaqsan?


Bənzər mövzular:

4.6/5 - (89 votes)

Əlaqəli yazılar

Digər yazılar
Close
Back to top button