Şeirlər

Hərflərə Aid Şeir

Hərflərə aid şeirlərə aşağıdakı siyahıdan baxa bilərsiniz. Tehsil.com.az olaraq Uşaqlar üçün hərflər haqqında ən gözəl şeirləri sizlər üçün bir araya topladıq.



1️⃣ “ A “ Hərfi Şeiri | Zaur Ustac
A ilə Ana deyə,
Aləmə səs salırıq.
Azərbaycan sözünə
A ilə başlayırıq.

Ata, Ana tək sözlər
A-nın nəfis ilməsi
A-dan Z-yə hərflər
Allahın bir töhfəsi.


2️⃣“ N “| Zaur Ustac

N, iyirminci hərfdir,
Düşüb qabağa amma.
Çünki, onu bilməsək,
Yaza bilmərik Ana.

N, nənəmin ninnisi,
N, nənəmin nehrəsi,
N, nənəmin şipşirin
Noğul kimi nəvəsi.


3️⃣ “B” | Zaur Ustac

1 ilə 3 birləşib
Birlikdə “B” oldular.
Bakı sözün başlayıb.
Kitabı qurtardılar.


4️⃣ “ C“ | Zaur Ustac

Sancağımı bəzəyən
Hilala bənzəyirsən!
Azərbaycan sözünü
Can ilə bəzəyirsən!

Ana da balasına
Can deyə cavab verir.
Cahu-cəlal sözünə
C hərfi rəvac verir.


5️⃣ Danışan hərflər | Gülarə Münis.

Hərflər dilə gəldi,
Biri belə söylədi:
“A “deyirlər adıma,
“N” yetişsə dadıma.
Yaranar “Ana” sözü,
Gülər dünyanın üzü.

Bir “T” gəlsə o saat,
Vərəqdə yazılar “At”.
Bir “A”da çağıraram,
“Ata” sözü yazaram.

“B” söylədi: Sus bir az,
Qarşıda bir “B” da yaz,
İki “B” və iki “A”,
Birlikdə olar “Baba”.

Bu dəfə dözmədi “C”,
Dilə gəldi bu bacı:
Mənimlə yazılır “Can”,
Vətənim Azərbaycan.
Çox şirindi dilimiz,
Bəxtəvərdi elimiz!.


6️⃣ “Hərflər”| Zahid Xəlil.

Əlifba kitabını
Açdı balaca Əsəd.
“A” hərfi söylədi:
Məni yazmaq istəsən,
Sözlərimə əməl et.
Bir nöqtədə birləşən
İki qolum var mənim.
Ortamdan bir xətt keçir,
Sağım – solum var mənim.
“O” hərfi söylədi:
Təkərə oxşayıram.
“C” dedi ki, amma mən
Kəmərə oxşayıram.
“T” dedi: – Eh teleqraf
Ağacıyam elə bil.
Məni yazmaq, oxumaq
O qədər çətin deyil!
Əsəd dedi: – Dayanın
Axı, bu səs – küy nədir?!
Öyrənərəm bu gündən
Hamınızı birbəbir.


7️⃣ Kitabların anası | Zahid Xəlil.

Əlifba kitabıdır,
Kitabların anası.
Hər hərf bir göyərçin,
Hər hərf su sonası.

Nə çox səs var dünyada
Adam səsi, quş səsi.
Təbiətin dili var,
Düşündürür hər kəsi.

Səslərdən söz yaranır,
Sözdən gözəl cümlələr.
Sözə ―qızıl deyibdi,
Söz qədrini bilənlər.

Böcəyin də səsi var,
Küləyin də səsi var,
Hər səsin də yazıda
Bir cür işarəsi var.

Səs yazılsa vərəqə
Çönüb hərf olacaq.
Qanaq çalıb havada
Dəftərimə dolacaq.

A- da ana deyirəm,
V- da vətən kəlməsi.
Vətən ulu babamdır,
Vətən atamın səsi.

Əlifba xəzinədir,
Onda min inci yatır.
Hər şirin kəlməsində,
Uşaq sevinci yatır.

Gəlin heç tələsməyək,
Öyrənək Əlifba-nı.
Bu dünyada onun tək
Əziz bir kitab hanı?!


İstifadə olunan resurslar:

Oxşar yazılar:

1.6/5 - (14 votes)

Əlaqəli yazılar

Digər yazılar
Close
Back to top button