Akkreditiv nədir?
Xarici ticarət əməliyyatlarında daha çox ticarət əməliyyatlarında istifadə edilən ödəniş üsullarından biri olan akkreditivə üstünlük verilir. Bankların vasitəçiliyi ilə aparılan akkreditiv əməliyyatlarında idxalçının akkreditivi açmış maliyyə qurumunda kredit limiti olmalıdır.
Akkreditiv nədir?
Alıcı və satıcının bir-birini tanımadığı və bir-biri ilə ilk dəfə ticarət etdiyi hallarda üstünlük verilən ödəniş üsulu olan akkreditiv tərəflərin bir-birləri qarşısında öhdəliklərini banklar vasitəsilə rəsmiləşdirdikləri kredit sənədidir. Böyük məbləğdə ödənişlər nəzərdə tutan və ya uzunmüddətli əməliyyatlar üçün üstünlük verilən akkreditivlər nağd və ya təxirə salınmış qaydada açıla bilər.
Məsələn,nağd ödəniş idxalçı üçün ən az təhlükəsiz ödəniş üsulu olduğu halda, ixracatçı üçün ən etibarlı ödəniş üsuludur. Akkreditiv ixracatçılar və idxalçılar üçün risklərin müəyyən dərəcədə məhdudlaşdırıldığı ödəniş üsuludur. Akkreditivin nə olduğunu təqribən başa düşdükdən sonra onun qısaca tərifini verək.
Akkreditiv, adından və təyinatından asılı olmayaraq, emitent bankın düzgün təqdimata əməl etmək üçün açıq öhdəliyini təşkil edən geri qaytarılmayan hər hansı razılaşma deməkdir.
Akkreditiv əslində olduqca vacib və əlverişli məhsuldur. Təsadüfi deyil ki, akkreditiv haqqında ən “ədalətli bank məhsulu” reputasiyası formalaşıb. Məhz akkreditiv əməliyyatda iştirak edən bütün tərəflərin maraqlarını təmin edir. Alıcı satıcının öhdəliklərinin tam olaraq yerinə yetirməsi, satıcı hesablaşmaların təhlükəsizliyi və ödəniş zəmanətindən arxayındır, bank isə komissiya və faiz gəlirləri hesabına qazanır. Düzgün yanaşdıqda akkreditiv idxal və ixrac əməliyyatları zamanı ən rahat və əlverişli bank məhsuludur.
Qloballaşan dünyada biznes prosesləri sürətlənir, hər gün minlərlə yeni şirkətlər və məhsullar yaranır. Belə şəraitdə tərəfdaşlar arasında etibar və güvənliliyin artırılması, vaxt itkisi və biznes risklərinin minimallaşdırılması, hesablaşmaların təhlükəsizliyi kimi amillər son dərəcə vacibdir. Beynəlxalq ticarət əməliyyatlarının rahat həyata keçirilməsi və yaranan risklərin aradan qaldırılması üçün banklar iş adamlarına müxtəlif müasir, çevik və təhlükəsiz sənədli əməliyyatlar təklif edir. Bu məhsullar arasında ən geniş istifadə olunan məhsul akkreditivdir.
Akkreditiv – beynəlxalq ticarətdə alıcı və satıcının risklərini minimallaşdıran ən təhlükəsiz, rahat və əlverişli hesablaşma formasıdır.
Akkreditivin aşağıdakı formaları var:
- Geri çağırıla bilməyən akkreditiv
- Revolver akkreditiv
- Qarşılıqlı akkreditiv (Back-to-Back)
- Transferabel akkreditiv (köçürülə bilən)
- Rezervli akkreditiv (Stand-by)