Xaricde TehsilNədir?

Rezidentura nedir?

Rezidentura nədir və bu imtahan forması necə keçirilir, nələr tələb olunur kimi suallarınızın cavabı Tehsil.com.az-dadır.

Rezidentura sözü çoxumuza tanış olsa da, bu imtahan forması haqqında çox da məlumatımız yoxdur. Çünki yalnızca bir sahə ilə məşğul olan şəxsləri maraqlandıran imtahan növüdür. Bu səbəblə də rezidentura haqqına geniş biliklərə, məlumatlara sahib deyilik. Tibb ixtisasları üzrə bakalavr təhsili almış hər bir gənc univeristetin son kursunda artıq Rezidenturahaqqında maraqlanmağa, qəbul şərtlərini öyrənməyə, imtahanlara hazırlaşmağa başlayır. Bakalavr təhsilindən fərlənən bu təhsil növü praktiki biliklər verməyi ilə seçilir.

İndi isə gələk sualınızın cavabına. Rezidentura tibb ixtisasları üzrə baza ali təhsili əsasında həkim-mütəxəssis hazırlığı formasıdır və baza ali təhsil proqramları əsasında qəbul aparılır. Rezidentyrada fərqli sahələr üzrə təhsil almaq istəyən həkimlər 2 ildən 5 ilə qədər təhsil müddəti dövründə praktiki cəhətdən özlərini inkişaf etdirə, ixtisasları üzrə peşəkarlaşa bilirlər.

Rezidenturaya qəbul prosesi.

Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən mərkəzləşdirilmiş test üsulu əsasında rezidenturaya qəbul prosesi baş tutur. Azərbaycan və ya xarici ölkələrdə tibb təhsili almış şəxslər bu imtahanda iştirak edə bilərlər.

İmtahanlar 2 mərhələli şəkildə həyata keçirilir:

  • Baza fənnləri üzrə biliklərin qiymətləndirilməsi əsasında;
  • İxtisas fənnləri üzrə biliklərin qiymətləndirilməsi əsasında.

İmtahanının nəticəsi baza fənləri üzrə “məqbul” və ya “qeyri-məqbul”la qiymətləndirilir. “Məqbul” alanlar 5 (beş) il ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına buraxılırlar və tibb təhsilinin III kursunu tam bitirmiş tələbələrin iştirakı mümkündür. Baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından “məqbul” alan tələbələr ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına yalnız rezidenturaya qəbul olunmaq hüququ əldə etdikdən sonra buraxıla bilirlər. İxtisas seçimi qiymətləndirilmə bitdikdən sonra başlayır.

Rezidentura imtahanı haqqında.

Rezidentura imtahanı zamanı namizədlərə 100 (yüz) test tapşırığı təqdim olunur. Hər iki mərhələ zamanı düzgün cavabların sayı 1 (bir) balla hesablanır. Namizəd səhv cavab yazdıqda isə bu imtahanın yekun nəticəsinə təsir göstərmir. Hər iki mərhələ zamanı imtahan müddəti 2 saat 30 dəqiqə olaraq müəyyənləşdirilir.

Rezidentura imrahanında kimlər iştirak edə bilməz?

  • Tibb təhsili olmayanlar
  • 3 kurs ərzində hər hansı bir fənndən kəsri olanlar.

Rezidentura imtahanı 3 istiqamətdə aparılır ki, bunlar;

  • Müalicə işi, pediatriya
  • Stomotologiya
  • Tibbi profilaktika-dır.

Baza fənnləri olaraq isə;

  • İnsan anatomiyası
  • Histologiya
  • İnsan fiziologiyası
  • Patologiya (patoloji anatomiya, patoloji fiziologiya)
  • Mikrobiologiya
  • Farmakologiya
  • Biokimya

Müalicə işi üzrə; Anatomiya – 13 test, Histologiya – 7 test, Mikrobiologiya – 15 test, Biokimya – 13 test, Farmakologiya – 12 test, Patologiya – 25 test (5-i açıq tipli), Normal Fiziologiya – 15 test (5-i açıq tipli) suallar təqdim olunur.

Tibbi profilaktika üzrə; İnsan anatomiyası 13 test 1-13Histologiya 7 test 14-20, Mikrobiologiya 15 test 21-35, Farmakologiya 12 test 36-47, Biokimya 13 test 48-60, Patologiya (patoloji anatomiya və patoloji fiziologiya) 25 test 61-85, İnsan fiziologiyası 15 test 86-100 suallar təqdim olunur.

Baza fənləri üzrə biliklərin qiymətləndirilməsi əsasında baş tutan imtahanında bütün istiqamətləri üzrə Patologiya fənnindən 61-71-ci suallar patoloji anatomiyaya, 72-85-ci suallar isə patoloji fiziologiyaya aid olur.

Rezidentura imtahanının 2-ci mərhələsində isə;

  • Daxili xəstəliklər üzrə 60 sual,
  • Cərrahiyyə üzrə 20 sual,
  • Uşaq Xəstəlikləri Propedevtikası və Neantologiya üzrə 10 sual,
  • Mamalıq və Ginekologiya üzrə 10 sual,
  • Stomotologiya üzrə 100 sual,
  • Tibbi profilaktika üzrə 100 sual təqdim olunur.

Minimal keçid balı baza fənnləri üzrə 40 (qırx) baldır. İxtisas keçid balı isə minimum 50 (əlli) bal olaraq müəyyənləşdirilmişdir.  

5/5 - (1 vote)

Əlaqəli yazılar

Digər yazılar
Close
Back to top button

Adblock xətası :(

Zəhmət olmasa reklam əngəlləyiciləri bağlayıb yenidən giriş edin.