Xaricde Tehsil

Türkiyədə ali təhsil almaq üçün hansı şərtlər tələb olunur?

Deyirlər ən uğurlu insan arzuladığı həyatı yaşayandır. Hansı ki, bu zaman sən xəyal etdiyin hədəflərə çataraq daha böyük zirvələri fəth etmək üçün əzmlə çalışarsan. Çünkü əldə etdiyimiz dəyərlərin qiyməti onları daha böyük dəyərlərlə əhatələyəndə bənzərsiz uğurlara çevrilir. Bir zamanlar parta arxasında hərfləri yazmağı öyrənənərkən hazırda həmin hərflərin birləşib yaratdığı böyük tədqiqat əsərləri, araşdırma yazıları hazırlamaq üçün çalışırıq. Bəzən başqa dili öyrənməyə, kainatı kəşf etməyə, tibbin incəliklərinə bələd olmağa və s. üçün cəhd edərik. Daha böyük nəticələr üçün hər zaman hədəfin ən yaxşı istiqamətdə olmalıdır. Bu səbəbdən də təhsil həyatını inkişaf etdirmək istəyənlər  üçün faydalı olacaq məqaləmizlə qarşınızdayıq. Bu gün sizə Türkiyədə təhsil almaq barəsində danışacağıq. İlk olaraq qeyd edək ki, qardaş ölkənin universitetləri dünyanın ən nüfuzlu ali təhsil ocaqları sıralarında yer alır. Məhz bunun nəticəsidir ki, hər il minlərlə xarici tələbə buraya axın edir. 

Türkiyədə bakalavr təhsili almaq üçün tələblər nədir?

Türkiyədə bakalavr pilləsi üzrə tələbə adını qazanmaq üçün tək attestat sənədiylə müraciət etməyiniz kifayətdir. Bunun üçün sizdən hər hansısa xüsusi imtahanda iştirak etmək tələb olunmur. Ancaq türk və ya ingilis dilli tədrisi seçməyinizdən asılı olaraq YÖS, TÖMER, İELTS, TOEFL və s. kimi sertifikatlara sahib olmalısınız. Bəzən universitetlərin özündə bu imtahanlar təşkil olunur. Hər universitet və ya ixtisasa uyğun hansı sertifikatın tələb olunduğunu araşdırıb onu əldə etməyə çalışmaq lazımdır. Daha sonra aşağıda adları qeyd olunan zəruri sənədləri təqdim etmək tələb olunur. Bəzən bəzi universitetlərin hər hansısa əlavə sənəd tələbi ola bilər. 

  • Orta məktəb attestatı;
  • Transkript
  • 3×4 fotoşəkil;
  • Xarici pasport;
  • 18 yaşa çatmamış gənclərin valideynləri tərəfindən arayış;
  • Universitetin tələbinə uyğun dil imtahan nəticəsi (YÖS, SAT, TÖMER, İELTS, TOEFL)

Bundan başqa Türkiyə bursları, TUBİTAK, ERASMUS və s. kimi təqaüd proqramlarına müraciət edərək təhsil almaq mümkündür. Proqramı qazandığınız zaman bütün xərcləriniz qarşılanır.

Türkiyədə bakalavr təhsili üçün ən yaxşı universitetlər hansılardır?

Türkiyədə son illərin yüksək səviyyəli təhsili, universitet şəhərcikləri, müasir tədris standartlarına uyğunlaşması və s. cəhətdən seçilən universitetlərini təqdim edirik. Adı çəkilən universitetlər tələbələrə beynəlxalq diplom, geniş təcrübə qazanmaq, yeni dostlar tapmaq, peşəkar müəllimlərdən yararlanmaq, zəngin kitabxanalar, təqaüdlər və s. kimi fürsətlər təklif edir.

  • Hacettepe Universiteti
  • İstanbul Universiteti
  • Ankara Universiteti
  • Orta Doğu Texniki Universiteti
  • Ege Universiteti
  • Qazi Universiteti
  • Dokuz Eylül Universiteti
  • Koç Universiteti
  • Marmara Universiteti
  • Atatürk Universiteti
  • İstanbul Universiteti – Cerrahpaşa
  • Yıldız Texniki Universiteti
  • İhsan Doğramacı Bilkent Universiteti
  • Fırat Universiteti
  • Erciyes Universiteti
  • Səlcuq Universiteti
  • Qaradəniz Texniki Universiteti
  • Boğaziçi Universiteti
  • Çukurova Universiteti

Türkiyədə necə magistr təhsili almaq olar?

Sadəcə bakalavr diplomu ilə magistr pilləsi üzrə təhsil almaq üçün qardaş ölkənin universitetlərinə müraciət edə bilərsiniz. Bakalavr təhsilində olduğu kimi burada da sizdən hər hansısa dil üzrə sertifikat tələb olunacaq. Faydalı olar ki, öncədən bu məsələni həll edərək daha sonra qeydiyyat üçün müraciətlərinizi həyata keçirəsiniz. Bundan sonra sizin üçün geniş universitet və ixtisas seçimi təqdim olunur. Tələb olunan sənədlər aşağıdakı kimidir. Qeyd edək ki, həmçinin təqaüd proqramlarına da müraciət edə bilərsiniz.

  • Pasport və pasportun notariusda türk dilinə təsdiq edilmiş nüsxəsi
  • Referans məktubu
  • Bakalavr təhsilini Türkiyədə tamamlayan tələbələr diplomunun əslini və notarial təsdiq edilmiş türkcə tərcüməsi
  • Transkript və notariusda türk dilinə təsdiq edilmiş nüsxəsi
  • Avropa Birliyinə üzv dövlətlərdən alınmış bakalavr diplomunun diploma əlavəsi
  • Fotoşəkil
  • Dil imtahan sertifikatı

Türkiyədə təhsil almağın üstünlükləri nədir?

  • Yüksək səviyyəli təhsil
  • Nüfuzlu universitetlərdə təhsil
  • Geniş ixtisas seçimi
  • Böyük şirkətlərdə təcrübə qazanmaq imkanları
  • Münasib təhsil haqqı
  • İngilis dilli tədris
  • Hüzur dolu şəhərlər
  • Təqaüd qazanmaq imkanı
  • Sərfəli yaşayış xərcləri
  • Beynəlxalq diplom

Türkiyədə qiyabi təhsil almaq olarmı?

Hazırda Türkiyə universitetləri magistratura və doktorantura pilləsi üzrə qiyabi təhsil imkanlarını dəstəkləyir. Beləliklə, bakalavr təhsilini qiyabi formada almağınız mümkün deyil. Dövlət, özəl, vəqf universitetlərində müxtəlif  ixtisaslar üzrə qiyabi təhsil almaq mümkündür. Qiyabi təhsil üzrə qardaş ölkənin universitetləri arasında Atatürk Universiteti ən nüfuzlusu hesab olunur. Qiyabi təhsil üzrə qəbul ola biləcəyiniz digər universitetlərdən bəzilərini təqdim edirik: 

  • İstanbul Yıldız Teknik Universiteti
  • Ege Universiteti
  • Dokuz Eylül Universiteti
  • On Dokuz Mayıs Universiteti
  • Akdeniz Universiteti

Türkiyədə təhsil aldıqdan sonra diplomlar tanınacaqmı?

Türkiyə universitetlərinin təqdim etdiyi mavi diplom İsveç, İtaliya, Macarıstan, Rumıniya, Çexiya, Danimarka, Xorvatiya, Estoniya, Latviya, Litva, Fransa, Almaniya, Avstriya, Bolqarıstan, Belçika, Malta, Polşa, Portuqaliya, Hollandiya , İrlandiya, İspaniya, Lüksemburq, Finlandiya, Azərbaycan və s. kimi ölkələrdə beynəlxalq səviyyədə tanınır. Mavi diplom və ya diplom əlavəsi bakalavr və ya magistratura təhsilinizin Avropa Birliyi ölkələrində etibarlı olduğunu göstərən sənəddir. Mavi diplomu əldə edən şəxslər Avropa İttifaqına daxil olan bütün üzv ölkələrdə tələbə kimi həyatını davam etdirə bilər. Bu diplom universitetlər tərəfindən pulsuz şəkildə təqdim olunur.

Türkiyədə mavi diplom təqdim edən universitetlər aşağıdakılardır.

  • Adıyaman Universiteti
  • AkdenizUniversiteti
  • Bahçeşehir Universiteti
  • Beykent Universiteti
  • Hacettepe Universiteti
  • Hərbi Hava Qüvvələri Akademiyası
  • İstanbul Bilgi Universiteti
  • İstanbul Universiteti
  • İzmir İqtisadiyyat Universiteti
  • Karabük Universiteti
  • Karadeniz Texniki Universiteti
  • Kırıkkale Universiteti
  • Kocaeli Universiteti
  • Nişantaşı Universiteti
  • Ordu Universiteti
  • Sabancı Universiteti
  • Trakya Universiteti
  • Uludağ Universiteti

Türkiyədə təhsil haqqları nə qədərdir?

Türkiyə universitetlərində bir çox Avropa ölkələriylə müqayisədə təhsil haqqı olduqca sərfəlidir. Bakalavr pilləsi üzrə ödənişlər ortalama 400 manatdan, magistr pilləsi üzrə təhsil haqqları 500 manatdan başlayaraq dəyişir. Ödənişlər universitetə, ixtisasa və s. görə fərqli ola bilir. 

Türkiyədə təhsil almaqdan doymayacağınız şəhərlər

Gənclik həyatımızın ən dəyərli, bənzərsiz, enerji, sevgi dolu, qayğısız olan dövrüdür. Bu yaşlarda gələcək həyatımız üçün ən önəmli qərarları verməliyik. Həmçinin gəzməkdən, zövq almaqdan doymadığımız anların sayını da bol etməliyik. Çünkü insan həyatı qazandığı bilik, bacarıq və xatirələrlə dəyərlidir. Odur ki, Türkiyədə təhsil almağa yollandığınız zaman həm də ən əyləncəli şəhərləri seçə bilərsiniz. Həmin şəhərlərdə yerləşən universitetlər sizin üçün unudulmaz anlarla yadda qalacaq. Gəlin, həmin şəhərlərlə tanış olaq.

  • İstanbul – Mədəniyyəti, tarixi, müasirliyi, əyləncə dolu mərkəzləri ilə qəlbinizi fəth edəcək. 
  • İzmir – Gecəsi ayrı gündüzü daha fərqli olan bu bənzərsiz şəhərdə enerjinizi son damlasına qədər xərcləyə biləcəyiniz bir çox əyləncə məkanları var. 
  • Eskişehir – “Tələbə şəhəri” statusunu qazanan Eskişehirdə etməli olduğunuz ilk iş universitet küçəsində tura çıxmaqdır.
  • Ankara – “Ciddi şəhər” olaraq tanınsa da, darıxdırıcı olduğu düşünülsə də, ancaq Ankara sizə olduqca əyləncəli bir həyat vəd edir.
  • Antalya – “Turizm cənnəti” adlandırılan şəhər su və əyləncə parkları ilə qəlbləri fəth edir.
  • Muğla – Qayıq turları, təbiət gəzintiləri, külək sörfinqi, əyləncə dolu gecə həyatı ilə bu şəhərdə darıxmaq mümkün deyil.

Təbii ki, əyləncə dolu tələbəlik vəd edən şəhərlərin siyahısı bununla yekunlaşmır. Biz sizin üçün bəzilərini seçib təqdim etdik. 

Türkiyədə təhsil almaq üçün hansı sənədlər tələb olunur?

  • Orta məktəb attestatı;
  • Transkript
  • 3×4 fotoşəkil;
  • Xarici pasport;
  • 18 yaşa çatmamış gənclərin valideynləri tərəfindən arayış;
  • Universitetin tələbinə uyğun dil imtahan nəticəsi (YÖS, SAT, TÖMER, İELTS, TOEFL)

Kollec diplomu ilə Türkiyədə təhsil almaq mümkündürmü?

Bəli mümkündür, kollec diplomunuzu təsdiqlətdikdən sonra Türkiyədə təhsilinizi davam etdirə bilərsiniz.

TQDK balı ilə Türkiyə universitetlərinə qəbul olmaq olar?

Bəli, olar. Balınıza uyğun sizə olduqca geniş ixtisas və universitet seçimi təqdim olunur.

Türkiyə diplomları tanınırmı?

Bəli Türkiyə diplomları ölkəmizdə və Avropa səviyyəsində tanınır.

3.3/5 - (3 votes)

Əlaqəli yazılar

Back to top button