
Xaricdə təhsil mərkəzləri tələbələrə hansı üstünlükləri vəd edir?
Oxuduğumuz kitablar, gəzdiyimiz küçələr, sevdiyimiz musiqilər, tanış olduğumuz insanlar, uğrunda mübarizə apardığımız xəyallar, dostlar, ailəmiz, planlarımız, sahibləndiyimiz heyvanlar və saya biləcəyimiz sonsuz səbəblər, insanlar həyatımızın bir parçasıdır. İzn verdiyimiz hər detal həyatımıza daxil olaraq bizimlə birgə gələcəyə doğru irəliləyir. Müəyyən zamandan sonra özümüzlə apardıqlarımızı seçməyə başlayarıq. Ən yaxşı dostları, ən sevimli xəyalları, ən faydalı kitabları, hissləri və s. Daha perespektivli seçimlər etməyə başlayanda özümüz üçün uğur yolu cızarıq. Bu həyatımızın ən önəmli anıdır. Hansı ki, burada bundan sonrakı günlərimizin taleyi həll olunar. Bu səbəbdən də həyatımızda böyük təsirləri olan karyeramıza da mütləq şəkildə həssas yanaşmalıyıq. Seçdiyimiz universitetlər, ixtisaslar hansı yola yönələcəyimizə birbaşa təsir göstərir. Son dövrlərin ən çox müzakirə olunan məsələlərindən biri də xaricdə təhsildir. Buna görə də artıq ölkəmizdə müxtəlif xaricdə təhsil mərkəzləri fəaliyyət göstərməyə başlayıb. Məqsəd bu istiqamətdə addımlamaq istəyən gənclərə dəstək olaraq uğurlu karyera qurmalarını təmin etməkdir. Həmçinin təhsil xəyallarını ölkə sərhədlərindən kənara daşıyaraq yeni potensiallı, ixtisaslı kadrların formalaşmasına şərait yaratmaqdır. Bəs bu mərkəzlər gənclər üçün başqa nələr vəd edir?
İlk olaraq qeyd edək ki, xaricdə təhsillə bağlı fəaliyyət göstərən şirkətlər müxtəlif nüfuzlu universitetlərlə əməkdaşlıq edir. Bunun sayəsində gənclər bir çox təqaüdlərdən, endrimli təhsil haqqlarından, güzəştli qəbul şərtlərindən yararlana bilir. Ümumilikdə xaricdə təhsil şirkətlərinə müraciət etməyin üstünlükləriylə tanış olaq.
Ödənişsiz konsultasiya
Əksər şirkətlər xaricdə təhsilə dair ödənişsiz konsultasiylar təklif edir. Bu zaman siz hansı universitetlərin daha perespektivli, nüfuzlu, büdcənizə münasib olduğunu və ya digər məlumatlarıyla yaxından tanış olmuş olursunuz. Buraya həmçinin təqaüd proqramlarından yararlanmaq üsulları, hansı hallarda güzəştlərin tətbiq olunduğu, hansı seçimlərin gələcək üçün daha gəlir gətirəcəyini ayırd etmək də daxildir. Əgər bacarıqlarınıza uyğun ixtisas seçməkdə çətinlik çəkirsinizsə sizin üçün bu məsələdə də təhsil ekspertləri yaxından dəstək olur. Müəyyən psixoloji testlər keçirərək, müzakirlər apararaq seçimlərinizi qətiləşdirməyə köməklik göstərir.
Tək attestat sənədiylə bakalavr təhsili
Bəzən inandırıcı səslənməsə də, ancaq tək attestat sənədiylə xəyal etdiyiniz universitetlərdə tələbə adını qazanmaq mümkündür. Qeyd etdiyimiz kimi xaricdə təhsil mərkəzləri müxtəlif universitetlərlə əməkdaşlıq etdiyi üçün tələbə qəbulunu sadəcə attestat sənədiylə rəsmi formada həyata keçirə bilir. Bunun üçün attestat sənədiylə yanaşı fotoşəkil, xarici şəxsiyyət vəsiqəsi və s. kimi zəruri sənədləri də təhvil verməyiniz tələb olunur. Bu barədə müvafiq şirkət tərəfindən sizə ətraflı məlumat verilir.
Tək bakalavr diplomu ilə magistr təhsili
Bakalavr təhsilində olduğu kimi magistr pilləsi üzrə də tələbə adını qazanmaq üçün hər hansısa xüsusi imtahanlarda iştiraka ehtiyac yaranmır. Tələb olunan zəruri sənədləri toplayaraq şirkətə təqdim etməyiniz kifayətdir.
Nüfuzlu universitetlərə qəbul zəmanəti
Xaricdə təhsilə dair fəaliyyət göstərən şirkətlər dünyanın bir çox nüfuzlu universitetləriylə əməkdaşlıq edir. Məhz bunun sayəsində namizədlərin yüz faizlik qəbullarına zəmanət verilir. Bütün prosedurlar rəsmi şəkildə müqavilələr imzalanaraq həyata keçirilir. Sadəcə attestat sənədi, kollec diplomu, qəbul imtahan balı, dil imtahan nəticələri (YÖS, SAT, İELTS və s.) kimi üsullarla müraciətçilərin tələbə adını qazanmaları təmin olunur.Qəbullar Türkiyə, Almaniya, Polşa, Litva, İtaliya, Macarıstan və s. kimi Avropa ölkələrinin universitetləri üzrə aparılır.
Qəbul olunan universitetlərin yerləşdikləri şəhərə yola salınma və qarşılanma
Nəzərə alsaq ki, tələbə gənc yaşlarında fərqli ölkədə yaşamağa qərar verir ki, o zaman ilk günlər nəyi necə etmək çətin görünə bilər. Yaxud müəyyən köməyə ehtiyac duya bilər. İstənilən halda həm valideynlərin həm tələbələrin narahatlıqlarını aradan qaldırmaq məqsədi ilə xarici ölkəyə yola salınma və qarşılanma həyata keçirilir. Bunun üçün xüsusi komanda təşkil olunur. Eyni zamanda gənclərin şəhərlə, universitetlə qısa tanışlığına, evlərə və ya yataqxanalara yerləşdirilməsinə nəzarət edilir. Qeyd edək ki, tələbə istədiyi zaman onun üçün evlərin yaxud yataqxanaların tapılmasına da şirkət əməkdaşları tərəfindən dəstək göstərilir.
Büdcəyə uyğun universitet seçimi
Bəzən müxtəlif araşdırmalar aparsaq da, bir çox məlumatları gözdən qaçırmış oluruq. Odur ki, xaricdə təhsil mərkəzlərində mütəxəssislər tərəfindən hazırlanan büdcəyə uyğun ən münasib təhsil haqqı təklif edən universitetlərin geniş seçimini əldə etmək mümkündür. Eyni zamanda əksərən qurulan əməkdaçlıqlar sayəsində şirkətlərə özəl olaraq tətbiq olunan endrimlərdən tələbələr yararlana bilir. Həmçinin namizədin arzuladığı ixtisas, şəhər, universitet, yaşayış tərzi və s. nəzərə alınır.
Müxtəlif təqaüd proqramlarına müraciət
Təqaüdlü təhsil almaq hər bir tələbənin xəyalıdır desək yanılmarıq. Buna görə də, şirkətlər tələbələrin bu istəyini nəzərə alaraq onların müxtəlif layihələrdən yararlanmasına dəstək olur. Beləliklə, Türkiyə və Avropa ölkələri daxil olmaqla bir çox dövlətlərin qabaqcıl universitetlərində burs imkanlarını dəyərləndirməyiniz təmin olunur.
Beynəlxalq diploma sahib olmaq
Xaricdə təhsil şirkətləri gənclərin uğurlu gələcək qurmalarını təmin etmək məqsədi ilə onların ölkə sərhədlərindən kənarda tələbə adını qazanmalarına dəstək olur. Bu səbəbdən də tələbələrin yalnız beynəlxalq diplom vəd edən universitetlərdə təhsil almaları təmin olunur. Qəbullar ancaq rəsmi dövlət qeydiyyatında olan, ikili diplom verən ali təhsil ocaqları arasında aparılır.
Ölkəmizdə hansı xaricdə təhsil mərkəzləri fəaliyyət göstərir?
Sevindirici haldır ki, hazırda ölkəmizdə bir çox xaricdə təhsil mərkəzləri fəaliyyət göstərir. Gəlin, ölkəmizdə uğurlarıyla səs salan şirkətlərimizin bəziləriylə tanış olaq.
- Azeredu
- Edumaster
- Qafqaz Xaricdə Təhsil
- İnterstudent
- F Group
- Oxford College
- Qebulol.az
- Marmara Group
Azeredu şirkəti 2011-ci ildə xaricdə təhsil üzrə konsultasiya vermək üçün Bakıda fəaliyyətə başlamışdır. Məqsəd gənclərin arzuladıqları ixtisaslar, ölkələr üzrə tələbə adını qazanmasına dəstək olmaq idi. Təbii ki, arzuların, hədəflərin olması kifayət deyil. Ən prespektivli seçimləri etmək, büdcənə, bacarıqlarına uyğun, yaşayış tərzinə, təqaüdlərə və s. görə vəziyyəti dəyərləndirib qərar vermək önəmlidir. Məhz bu çətin və məsuliyyətli mərhələdə Azeredu əməkdaşları artıq uzun illərdir ki, ödənişsiz xaricdə təhsil konsultasiyaları vasitəsi ilə gənclərə öz ilkin dəstəyini göstərir. Şirkətin missiyası şagirdlərin biliyi və məntiqi öyrənməsini, istənilən sistem və şəraitdə həmin biliklərdən istifadə edərək uğurlu nəticə əldə etmələrini və istədikəri ixtisas və universitetə daxil olmalarını təmin etmək məqsədi daşıyır.
Azeredu xaricdə təhsil mərkəzi gənclərə hansı xidmətləri təklif edir?
Azeredu şirkəti gənclərə müxtəlif istiqamətlər üzrə xidmət göstərir.
- YÖS Hazırlıq Kursları
- Türkçe Yeterlilik Sınavı
- DİM Buraxılış İmtahanları
- Xarici Universitetlərə müraciətlər
Gənclərin Türkiyə, İtaliya, Amerika, Ukrayna kimi ölkələrin nüfuzlu universitetlərində təhsil almalarını təmin edir. Bakalavr, magistr, doktorantura olmaqla bütün təhsil pillələri üzrə qəbullar həyata keçirilir. İlk olaraq ödənişsiz konsultasiyada namizədin istəkləri, bacarıqları, hədəfləri, büdcəsi müəyyən olunur. Daha sonra müraciət mərhələsinə start verilir. Şirkət “Parlaq gələcəyə doğru” şüarı ilə gənclərin tələbəlik həyatını ən mükəmməl formada yaşamasına yaxından dəstək olur.
Qafqaz Təhsil Mərkəzi
Gənclərin və ya xaricdə təhsil almağı planlayan şəxslərin bu təşəbbüsünə stimul vermək məqsədi ilə fəaliyyətə başlayıb. Şirkət ölkədə səs salan uğurları münasibəti ilə “Diamonds Turkey Awards” mükafatına layiq görülüb. “Uğur hekayəni bizimlə yaz” şüarını seçən mərkəzdə hər il yüzlərlə gənc Polşa, Litva, Latviya, Türkiyə, Rusiya və s. kimi fərqli ölkələrin nüfuzlu universitetlərinə yollanır. Namizədlərin perespektivli universitet, ixtisas, yataqxana (və ya ev) seçimində onlara xaricdə təhsil alan mütəxəssis komandası xidmət göstərir. Təhsil sərhədlərini aşaraq dünya səviyyəli universitetlərdə beynəlxalq diploma sahib olaraq həmçinin şirkətin sizə təqdim etdiyi bir çox imkanlardan yararlana bilərsiniz.
İnterstudent
Uzun illərə söykənən xaricdə təhsil təcrübəsi ilə şirkət gənclərə ən nüfuzlu universitetlərə qəbul olmaq zəmanəti verir. Həmçinin mərkəz namizədlərə təhsil və tədris sahəsində baş verən ən son yeniliklərə uyğunlaşan optimallaşdırılmış xidmətlər paketi təqdim edir. Burada xəyallarınıza uyğun ən sərfəli seçimləri əldə edərək böyük uğuralara imza ata bilərsiniz.
Türkiyə, Polşa, Avstriya, Almaniya, Rusiya və s. olmaqla dünyanın 41 ölkəsində yerləşən nüfuzlu universitetlərə tələbə qəbulunu həyata keçirir. Tələbələrin istəyindən asılı olaraq qəbullar dövlət və özəl universitetlər üzrə aparılır. Ən əsası isə tələbələr yalnız diplomları beynəlxalq səviyyədə tanınan ali təhsil ocaqlarında təhsil almağa göndərilir. Bu isə nəyinki ölkəmizdə Avropada da istədiyiniz dövlətlərdə karyera qurmağınızı təmin edir.
Oxford College
Gənclərə İngiltərə, Türkiyə, Almaniya, Polşa, Ukrayna, Amerika, Latviya, Litva, Estoniya kimi xarici ölkələrdə təhsil almaq fürsəti təqdim edir. Şirkət namizədlərə ödənişsiz konsultasiyadan tutmuş vizaların alınması, nüfuzlu unievrsitetlərə yüz faizlik qəbul zəmanəti, ən münasib universitet seçimləri kimi geniş xidmətlər toplusu təqdim edir. Həmçinin mərkəzin xaricdə təhsilə dair tələb olunan beynəlxalq imtahanlara hazırlıq kursları da fəaliyyət göstərir. Buraya YÖS, SAT, İELTS, TOEFL və s. daxildir.
Qebulol.az
Qebulol.az-ın tələbələri Ukrayna, Polşa, Amerika, Kanada, Almaniya, İngiltərə, Xorvatiya, Yunanıstan və s. kimi dünya ölkələrinin nüfuzlu universitetlərində təmsil olunur. Gənclərin uğurlu karyera qurmaları üçün bütün səylərini səfərbər edən şirkət onlara münasib təhsil haqqı, nüfuzlu universitet və ixtisas seçimi, peşəkar mütəxəssis dəstəyi (ödənişsiz) və digər bir çox xidmətlərini təklif edir.
Marmara Group
2011-ci ildən fəaliyyətə başlayan şirkət gənclərin xaricdə təhsil xəyallarını gerçəyə çevirməyi, onların nüfuzlu universitetlərdə uğurla təmsil olunmalarını təmin etməyi hədəf seçib. Mərkəz Azərbaycan Respublikasının Nazirlər Kabineti və Təhsil Nazirliyinin fəaliyyət proqramlarına uyğun olaraq xidmət göstərir. Marmara Group həmçinin 2018 ci ildən təhsil sektorunda keyfiyyət və etibarlılığın davamlılığını təmin etmək məqsədi daşıyan UED-ə (Beynəlxalq Təhsil Məsləhətçiləri Birliyi) üzv seçilib.
Xaricdə təhsil mərkəzləri hansı formada qəbullar həyata keçirir?
- Tək attestat sənədiylə bakalavr təhsili
- Tək bakalavr diplomu ilə magistr təhsili
- Müxtəlif imtahan nəticələriylə (YÖS, SAT, İELTS, TÖMER və s.)
- Kollec diplomu ilkə qəbul
- Qəbul imtahan balı ilə qəbul
Qeyd olunan bütün formalarda qəbullar rəsmi müqavilələrin imzalanması ilə həyata keçirilir. Eyni zamanda müraciətlər müxtəlif ölkələrin yalnız və yalnız beynəlxalq diplom vəd edən universitetləri arasında aparılır.
Azərbaycanda hansı xaricdə təhsil mərkəzləri var?
Azeredu, Edumaster, Qafqaz Xaricdə Təhsil, İnterstudent, F Group, Oxford College, Qebulol.az, Marmara Group və s.
Attestatla xaricdə təhsil almaq üçün hansı sənədlər tələb olunur?
- Orta məktəb attestatı;
- Transkript
- 3×4 fotoşəkil;
- Xarici pasport;
- 18 yaşa çatmamış gənclərin valideynləri tərəfindən arayış;
- Universitetin tələbinə uyğun dil imtahan nəticəsi (YÖS, SAT, TÖMER, İELTS, TOEFL)
Xaricdə təhsil haqqları nə qədərdir?
Xarici universitetlərdə təhsil haqqları ixtisasa, ali təhsil ocağına, təhsil pilləsinə (bakalavr, magistr, doktorantura) və s. görə dəyişir. Minimum halda 300-500 manatdan başlayaraq dəyişir.
Xaricdə təhsil almaq üçün imtahanlar hansılardır?
Xaricdə təhsil almaq üçün hər hansısa xüsusi imtahandan keçməyiniz tələb olunmur. Əgər seçdiyiniz universitetin və ya ixtisasın spesifik tələbi yoxdursa sizdən sadəcə dil imtahan sertifikatı tələb oluna bilər. Buraya YÖS, SAT, İELTS, TOEFL, TÖMER və s. imtahanları daxildir.