Kollec diplomu ilə xaricdə təhsil almaq üçün hansı şərtlər tələb olunur?
Bəzən arzuladığımız ölkədə yaşamaq, yeni həyat qurmaq bizim üçün nağıllar aləmi kimis ehrli gəlir. Həm də bir o qədər də əlçatmaz. Yaxud bir valideyn olaraq, dayı, əmi xala və s. kimi əzizlərimizin ən yaxşı təhsili almasını istəyərik. Çünkü artıq hamımız bilirik ki, güclü, savadlı, peşəkar olmaq hər hansısa sərhədləri aşmaqla başlayar. Öz komfort zonanı, evini, ailəni tərk edərək yeni səhifəyə başlamaq olduqca böyük dəyərlər qazandırır. Məhz buna görə də, fərqli ölkədə təhsil almaq, bu təcrübəni yaşamaq bəzən insana əslində kim olduğunu, nə istədiyini sözün əsl mənasında dərk etdirər. Mövzunun aktuallığını nəzərə alaraq bu gün sizə kollec diplomu ilə xaricdə təhsil almaqdan danışacağıq.
Kollec diplomu ilə xaricde tehsil almaq mümkündür?
Son dövrlər həm tələbələr həm də valideynlər tərəfindən kollec diplomu ilə xarici universitetlərə qəbul olmaqla bağlı müraciətlər çoxalıb. Maraqlı məqamlardan biri də budur ki, bu formada tələbə adını qazanmaq daha asandır. Sadəcə kollec diplomunuzu və digər zəruri sənədləri təqdim etmək kifayət edir. Azərbaycanlı tələbələr arasında kollec diplomuyla Türkiyə univesritetlərində təhsil almaq daha məşhurdur. Lakin eyni zamanda Almaniya, Polşa, Litva, Latviya, Rusiya və s. kimi ölkələrdə də təhsil almaq mümkündür. Diqqətdə saxlanılmalı olan məqamlardan biri budur ki, istənilən halda müraciət etdiyiniz bütün xarici universitetlər sizdən hər hansısa xarici dil biliklərinizi təsdiq edən sertifikatları tələb edə bilər. Məsələn, İELTS, TOEFL, YÖS və s. Əgər təhsil aldığınız kollec ingilis dillidirsə bu zaman beynəlxalq sertifikata ehtiyac qalmır. Təhsil dilinin ingiliscə olduğunu sübut edən sənədi təqdim etmək yetərlidir. Müxtəlif ölkələrdə kollec diplomuyla birbaşa bakalavr təhsili almaq mümkün olsa da, bəzi universitetlərdə şərtlər müxtəlif ola bilir. Bu barədə daha ətraflı məlumat üçün təhsil almaq istədiyiniz universitetin rəsmi saytına daxil ola bilərsiniz.
Türkiyədə kollec diplomuyla təhsil almaq üçün şərtlər necədir?
Kollec diplomları Türkiyə Milli Eğitim Bakanlığı (MEB) tərəfindən tanınır. Bunun üçün, siz kollec diplomunuzun əslini və türk dilinə tərcümə olunmuş versiyasını MEB-ə təqdim etməyiniz tələb olunur. MEB kollec diplomunuzun tanınma prosesi ilə yanaşı universitetin akreditasiyasını, dərs proqamını və tədris prosesinin keyfiyyətini nəzərdən keçirir. Kollec diplomunun təsdiq olunma prosesi bir neçə ay və ya həftəyə qədər çəkə bilər. Diplomunuzun tanınmasından sonra, MEB tərəfindən Türkiyə Milli Eğitim Sistemində qəbul edilən və Türkiyədə istifadə edilən digər diplomlarla müqayisə edərək qərar verilir. Təsdiq olunduğu təqdirdə “önlisans” proqramlarına müraciət edərək “önlisans” (subbakalavr) proqramını bitirib daha sonra “lisans” (bakalavr) proqramlarına müraciət edə bilərsiniz.
“Önlisans” dərəcəsi nədir?
“Önlisans” proqramı (subbakalavr) adətən iki illik müddəti əhatə edir. Müvafiq müddət ərzində önlisans dərəcəsi nəzərdə tutulmuş proqramlarla kollecdə, dövlət kollecində və ya peşə/texniki məktəblərində əldə edilir. Önlisans proqramlarına müəyyən bir sahə və ya akademik intizam haqqında məlumat əldə edə biləcəyiniz və sənayedə işə başlamağınıza kömək edəcək əsas alətləri, metodları və prinsipləri öyrənə biləcəyiniz tədris kursları daxildir. Ali təhsil ocaqlarında önlisans ixtisasları gündən-günə artmağa davam edir.
Aşağıdakı siyahıdan önlisans bölümləri üzrə ixtisas adları ilə tanış ola bilərsiniz ki, təbii ki, siyahı sadəcə bunlarla yekunlaşmır. Maraqlandığınız sahələrə uyğun digər ixtisaslara müraciət edə bilərsiniz.
- Kompüter proqramlaşdırması
- Nəzarət və Avtomatlaşdırma Texnologiyası
- Kompüter texnologiyası
- İnformasiya İdarəetmə
- Elektrik enerjisinin istehsalı, ötürülməsi və paylanması
- Elektronika Texnologiyası
- Elektron Rabitə Texnologiyası
- Elektrik Cihazı Texnologiyası
- Tikinti Texnologiyası
- İş Sağlamlığı və Təhlükəsizliyi
- İnternet və Şəbəkə Texnologiyaları
- Maşınqayırma
- Avtomobil Texnologiyası
- Biokimya
- Dəniz və Liman İdarəetməsi
“Lisans” dərəcəsi nədir?
“Lisans” dərəcəsi (bakalavr) adətən dörd illik kollec və ya universitet proqramını əhatə edir. Bakalavr proqramlarına daha dərin bilik və bacarıqlar təklif edən əsasən ixtisaslaşdırılmış fənnlərin tədrisi daxildir. Eyni zamanda bu təhsil pilləsi üzrə universiteti tamamlayaraq arzuladığınız peşələrin nümayəndəsi kimi uğurlu karyera qurmağa doğru addımlaya bilərsiniz. Bu proqram üzrə gənclərə həkim, hüquqşünas, psixoloq, müəllim və s. kimi geniş ixtisas seçimi təklif olunur. İxtisas seçimləriylə bağlı daha ətraflı məlumat əldə etmək üçün linkə keçid edə bilərsiniz.
Hansı sənədlər tələb olunur?
- Kollec diplomunun əsli və türk dilinə tərcümə olunmuş nüsxəsi
- İELTS, TOEFL və s. kimi dil sertifikatı
- Şəxsiyyət vəsiqəsi
- Təhsil illərinin qiymət göstəriciləri
- Universitetlərdən asılı olaraq danışıq və ya yazı bacarıqlarının yoxlanılması məqsədi ilə sərbəst mətnin yazılması
Kollec bitirən namizədlər Türkiyədə hansı universitetlərdə təhsil ala bilər?
Kollec diplomu ilə Türkiyənin aşağıdakı universitetlərinə müraciət edə bilərsiniz.
- Boğaziçi Universiteti
- Sabancı Universiteti
- Middle East Technical University (ODTÜ)
- Bilkent Universiteti
- Hacettepe Universiteti
- İstanbul Teknik Universiteti
- Ege Universiteti
- İstanbul Universiteti
- Ankara Universiteti
- Marmara Universiteti
Kollec diplomu ilə xaricdə təhsil alarkən əldə olunan diplomlar tanınırmı?
Günümüzdə dünyanın əksər universitetləri beynəlxalq tələbə mübadiləsi proqramlarına və yaxud baloniya sisteminə qoşulduğu üçün diplomlar rəsmi şəkildə tanınır. Lakin daha dəqiq əmin olmaq istəyirsinzisə bunun üçün ölkəmizdə xarici diplomların təsdiqinə dair Təhsildə Keyfiyyət Təminatı Agentliyinin hazırladığı xüsusi siyahı ilə tanış ola bilərsiniz.
Xaricdə təhsil üçün hansı ixtisaslara müraciət etmək faydalıdır?
Ümumilikdə istər Avropa istərsə də Türkiyə universitetləri ixtisas cəhətdən olduqca geniş seçimlər vəd edir. Arzuladığınız bütün istiqamətlər üzrə yönələ bilərsiniz. Əgər qərar verməkdə çətinlik çəkirsinizsə bunun üçün təhsil ekspertləri ilə məsləhətləşə bilərsiniz. Ancaq qeyd edək ki, hazırda ən perespektivli, gəlirli hesab olunan ixtisaslar arasında mühasibatlıq, İnformasiya texnologiyaları, qrafik dizaynerlər, məzmun yaradıcıları, həkimlər və s. yer alır.
Xaricdə təhsil üçün hansı ölkələr prestijlidir?
Türkiyə, Polşa, Macarıstan, Almaniya, Amerika və s. Əsas məqam təhsil almaq istədiyini ixtisasın ən yaxşı təhsilini vəd edən ölkəni seçməkdir.
Xarici diplomlar ölkəmizdə tanınırmı?
Bəli, xarici ölkələrdə rəsmi dövlət qeydiyyatında olan universitetlərin diplomlar ölkəmzidə tanınır.
Kollec diplomu ilə xaricdə təhsil almaq mümkündürmü?
Bəli mümkündür. Türkiyə və Avropa universitetlərində təhsil ala bilərsiniz.
Kollec diplomu ilə xaricdə təhsil almaq üçün dil biliyi tələb olunurmu?
Bəli xarici universitetlərin əksəri dil biliyi tələb edir.