Xaricde Tehsil

F group xaricdə təhsil mərkəzi

Deyirlər minlərlə kilometr uzunluğunda olan yollar sadəcə bir addımla başlayır. İrəliyə doğru getdikcə məsafələr azalar, hədəflədiyimiz nöqtəyə çatarıq. Sonra yeni hekayə başlayar. Əslində həyatımızın hər mərhələsində müxtəlif yollardan start götürərik. Hərkəsin seçdiyi yol onu yaşamaq istədiyi, seçim etdiyi həyata doğru aparar. Önəmli olan hədəfləri olan, inamlı, cəsarətli, öyrənməyə meyilli addımlarla başlamaqdır. Bu zaman nəticələr, yolda qarşılaşdığımız təcrübələr, insanlar da bizə böyük dəyərlər qatar. F group xaricdə təhsil mərkəzi də minlərlə gəncin öz uğur yolunu tapması üçün illər öncə fəaliyyətə başladı. Yeni hekayələrin başlanğıc səbəbi olmaq olduqca qürurlu, məsuliyyətli və fəxrlə bol olan hissdir. Minlərlə gənci müxtəlif ölkələrə yola salmaq üçün səfərbər olan peşəkar komanda ilə şirkət daha böyük hədəflərə çatmaq üçün çalışır. 

F group mərkəzi gənclər üçün hansı xidmətləri həyata keçirir?

Xaricdə təhsillə bağlı ödənişsiz konsultasiya

Namizədlərlə birgə xaricdə təhsilə dair məsləhət saatları həyata keçirilir. Bu zaman müraciətçilərin bacarıqları, hədəfləri, xəyal etdikləri ixtisaslar, universitetlər və s. haqqında tam ödənişsiz şəkildə geniş müzakirələr aparılır. 

Gənclərin hər qərarını incələyən peşəkar komanda dəstəyi

Gənclərin seçimləri, yol almaq istədikləri istiqamətlər peşəkar xaricdə təhsil mütəxəssisləri tərəfindən incələnir. Onlar üçün ən prespektivli nümunələr təqdim olunur. Gələcəyin uğurlu peşəsi, ən uyğun universitetlər, şəhərlər, karyera imkanları və s. izah olunur. Qeyd edək ki, təhsil mütəxəssislərinin hər biri müxtəlif ölkələrdə təhsil alan ekspertlər olur.

Universitet və ixtisas seçimi

Bu gün seçim edilən universitet və ya ixtisas bütövlükdə gələcəyə birbaşa təsir göstərəcəyi üçün maksimum şəkildə diqqətli olmaq önəmlidir. Yaxud eyni anda bütün ölkə və ya universitetlər haqqında araşdırma aparmaq çətin görünə bilər. Bu səbəbdən təhsil ekspertləri gənclərlə bempati quraraq hərtərəfli öz dəstəyini göstərir. Onların xəyallarına, inkişaf edə biləcəkləri istiqamətlərə yönəlmələrinə köməklik edir.

Müxtəlif təqaüdlərə müraciətlər

Xaricdə təqaüdlü təhsil almaq hər tələbənin xəyalıdır desək yanılmarıq. Bəzən bu proqramlar haqqında məlumatsız oluruq. Yaxud qeydiyyatlar üçün gecikə bilərik. Bu zaman F group xaricdə təhsil əməkdaşları tələbələrin istədikləri yaxud onlar üçün uyğun olan müxtəlif təqaüd proqramlarına müraciətlərini də həyata keçirir. 

Büdcəyə uyğun universitetlərin seçilməsi

Bəzən maddi çətinliklər ucbatından xaricdə təhsil almaq imkansız səslənə bilir. Ancaq mütləq mənada öz büdcəmizə uyğun seçimlər hər zaman vardır. Bunun üçün peşəkar ekspert dəstəyi almaq, onların məsləhətlərindən yararlanmaq faydalı olacaqdır.

Xaricdə yataqxana və ya evlərə yerləşdirilmə

F group əməkdaşları qəbul alan tələbələrini sonrakı mərhələlərdə tək buraxmır. Xarici ölkədə yaşamaq üçün önəmli məsələlərdən biri olan yaşayış məkanının seçilməsi, ev və ya yataqxanalara yerləşdirilmə məsələlərini də öz öhdəsinə götürür. Burada da tələbənin yaşamaq istədiyi yerlər, büdcəsi və s. nəzərə alınır.

Mərkəzdə gənclərin hansı ölkələrə qəbulları həyata keçirilir?

F group Türkiyə, Polşa, Avstriya, Almaniya, Rusiya və s. olmaqla dünyanın 41 ölkəsində yerləşən nüfuzlu universitetlərə tələbə qəbulunu həyata keçirir. Tələbələrin istəyindən asılı olaraq qəbullar dövlət və özəl universitetlər üzrə aparılır. Ən əsası isə tələbələr yalnız diplomları beynəlxalq səviyyədə tanınan ali təhsil ocaqlarında təhsil almağa göndərilir. Bu isə nəyinki ölkəmizdə Avropada da istədiyiniz dövlətlərdə karyera qurmağınızı təmin edir.

Ən yaxşı xarici universitetlər hansılardır?

“Times Higher Education” tərəfindən hazırlanan dünyanın ən yaxşı universitetlərinin siyahısını təqdim edirik. Milyonlarla tələbənin müxtəlif ölkələrdəki universitetləri araşdırarkən istifadə etdiyi mənbələrdən biri olan bu siyahıda 1600-dən çox fərqli universitet var. İlk sıralarda yer alan universitetlərlə tanış olaq.

  • Oksford Universiteti  
  • Kaliforniya Texnologiya İnstitutu
  • Harvard Universiteti
  • Stanford Universiteti
  • Massaçusets Texnologiya İnstitutu
  • Prinston Universiteti
  • Kaliforniya Universiteti, Berkeley
  • Yale Universiteti
  • Çikaqo Universiteti
  • Kolumbiya Universiteti
  • London İmperial Kolleci
  • Pensilvaniya Universiteti

Türkiyədə hansı nüfuzlu universitetlərdə təhsil almaq olar?

  • Hacettepe Universiteti
  • İstanbul Universiteti
  • İstanbul Teknik Universiteti
  • Ankara Universiteti
  • Orta Şərq Texniki Universiteti
  • Ege Universiteti
  • Qazi Universiteti
  • Dokuz Eylül Universiteti
  • Koç Universiteti
  • Marmara Universiteti
  • Atatürk Universiteti
  • İstanbul Universiteti – Cerrahpaşa
  • Yıldız Texniki Universiteti
  • İhsan Doğramacı Bilkent Universiteti
  • Fırat Universiteti
  • Erciyes Universiteti
  • Səlcuq Universiteti
  • Qaradəniz Texniki Universiteti
  • Boğaziçi Universiteti
  • Çukurova Universiteti

Son olaraq qeyd edək ki, uğurlu gələcəyiniz üçün daim araşdırmalar edin. Ən yaxşı seçimləri mütləq axtarıb tapın və onlara doğru addımlayın. Bu sizi daha güclü, peşəkar, inamlı, uğurlu insana çevirəcək! 

Xaricdə bakalavr təhsili almaq üçün hansı sənədlər tələb olunur?

  • Orta məktəb attestatı
  • Transkript 
  • 3×4 fotoşəkil
  • Xarici passport
  • 18 yaşa çatmamış gənclərin valideynləri tərəfindən arayış

Xaricdə magistr təhsili almaq üçün hansı sənədlər tələb olunur?

  • Bakalavr diplomu və ya transkript
  • 3×4 fotoşəkil
  • Xarici passport
  • Beynəlxalq imtahan nəticələri – ALES, Toefl, İELTS və s.

Hansı ölkədə təhsil almaq daha prestijlidir?

Bu tələbələrin arzularına, hədəflərinə görə dəyişə bilir. Ancaq istənilən halda yüksək səviyyəli təhsil vəd edən bütün xarici universitetlər prestijlidir.

Xaricdə təhsil alarkən diplomlar tanınırmı?

F group mərkəzi vasitəsi ilə tələbələrin qəbul olacağı xarici universitetlərin diplomları beynəlxalq formada tanınır.

Yazını dəyərləndir post

Əlaqəli yazılar

Back to top button