Xaricde Tehsil

Gemi xaricde tehsil mərkəzi

Uğurlu inkişaf üçün daim prespektivli qərarlar vermək önəmlidir. Xüsusilə karyera ilə bağlı addım atarkən gələcək illəri dərindən incələmək, dövrün tələbləri ilə ayaqlaşmaq vacibdir. Çünkü seçim edəcəyimiz istiqamətlər həyatımızın geri qalanını necə yaşayacağımıza birbaşa təsir göstərər. Karyeramızın ilkin addımları əsasən bakalavr təhsilini almağa başladığımız dövrdən start götürür. Bu baxımdan ekspertlər məhz bu illəri faydalı keçirməyi şiddətlə tövsiyyə edir. Əsasən gənclərə xaricdə təhsil almaq məsləhət görülür. Buna səbəb isə fərqli ölkədə keçən tələbəlik illərinin insan həyatına bənzərsiz dəyər və təcrübələr qazandırmasıdır. Bütün bunları nəzərə alaraq Gəmi xaricdə təhsil mərkəzi uzun illərdir ki, gənclərimizə xaricdə öz uğur hekayələrini yazmağa dəstək oluruq. Bu yola başlamaq bizim üçün olduqca həyəcanlı, məsuliyyətli və qürurlu idi. Hazırda minlərlə gəncin gözlərindəki sevinci, inam hissini, uğuru görmək bizi doğru yolda addımladığımıza əmin edir.

Şirkətin fəaliyyətə başlaması haqqında

Gəncliyin Elmi-Mədəni İnkişafı İctimai Birliyi (GEMİ) 26 dekabr 2007-ci il tarixində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən ictimai birlik kimi qeydiyyata alınıb. Fəaliyyətə başladığı gündən etibarən Gənclər və İdman Nazirliyi, Prezident yanında Gənclər Fondu, Mədəniyyət və Turizm Nazirliyi, Təhsil Nazirliyi, eləcə də digər dövlət qurumları ilə sıx əməkdaşlıq edir. Eyni zamanda gənclərimizin xaricdə təhsil alması istiqamətində uğurla fəaliyyət göstərir.

Gəmi xaricdə təhsil mərkəzi gənclərə hansı xidmətləri göstərir?

İlk olaraq qeyd edək ki, şirkətimiz çoxtərəfli fəaliyyət sahəsinə malikdir. Xaricdə təhsil xəyalı olan gənclərimiz üçün isə ilk andan təhsil almağa başladığı günə qədər bütün prosedurlarda onlarla birgə addımlayırıq. 

Ödənişsiz Konsultasiya

Universitet, ixtisas seçimindən öncə gənclərimizlə bərabər məsləhət saatı və ya konsultasiyalar, təlimlər keçirilir. Bu zaman namizədlərlə onların xəyalları, hədəfləri, bacarıqları və s. haqqında müzakirələr aparılır. Buna uyğun olaraq gənclər üçün ən prespektivli və münasib universitet, ixtisas seçiminə qərar verilir. Fərdi yaxud qrup şəklində təşkil olunan konsultasiylara qoşulmaq ödənişsizdir. Eyni zamanda, xarici ölkələrdə ixtisasartırma kurslarında və təcrübə proqramlarına iştirak etmək istəyən, müxtəlif istiqamətdə öz nəzəri və təcrübi biliklərini artırmaq istəyən gənclərə də GEMİ tərəfindən müvafiq dəstək göstərilir.

Xarici universitetlərə qəbullar

Mərkəzimiz xaricdə təhsil xəyalı olan hər kəsin müxtəlif nüfuzlu universitetlərə qəbullarını həyata keçirir. Gənclərin tək attestat sənədiylə bakalavr pilləsi üzrə, bakalavr diplomu ilə isə magistratura pilləsi üzrə tələbə adını qazanması mümkündür. Namizədlərin Türkiyə, Polşa. Ukrayna, Litva, Almaniya, Avstriya, Amerika, Rusiya və Belarusda fəaliyyət göstərən nüfuzlu universitetlərdə təhsil alması təmin olunur. Əyani və qiyabi təhsildən yararlanmaq imkanları var. 

Beynəlxalq diplomla təminat

Tələbələrin qəbulları yalnız diplomları ölkəmizdə və Avropada tanınan universitetlər üzrə həyata keçirilir. Bu isə istənilən ölkədə gələcək karyeranızı qurmağınızı təmin edir. 

Gəmi xaricdə təhsil mərkəzi dünyanın hansı universitetləriylə əməkdaşlıq edir?

Şirkət dünyanın bir çox nüfuzlu universitetləriylə əməkdaşlıq edir. Bu barədə daha ətraflı məlumatları və universitet siyahılarını aşağıda qeyd olunan ölkələrin adlarının üzərindəki linklərə keçid edərək əldə edə bilərsiniz.

Xaricdə təhsil almağın hansı faydaları var?

Fərqli ölkədə universitet həyatını dəyərləndirməyin saysız üstünlükləri var desək yanılmarıq. Hazırda sürətlə inkişaf edən əmək bazarı olduqca rəqabətlidir. Bu səbəbdən də rəqiblərinizdən daha güclü, peşəkar, ixtisaslı kadr olmağa çalışmaq önəmlidir. Təbii ki, başqalarının yerini tutmaq üçün yox, bazardakı öz yerimizi tapmaq üçün yetərincə inkişaf etmək vacibdir. Məhz yollandığımız ölkələr, universitetlər də bizi geniş dünyagörüşlü, bacarıqlı, təcrübəli şəxslərə çevirir. Ümumilikdə gəlin baxaq xaricdə təhsil almağın hansı üstünlükləri var?

  • Yüksək keyfiyyətli təhsil
  • Beynəlxalq diplom
  • Yeni dil öyrənmək şansı
  • Fərqli mədəniyyətlər
  • Yeni dostlar qazanmaq fürsəti
  • Beynəlxalq diplom
  • Geniş karyera imkanları
  • Dünyagörüşünün zənginləşməsi
  • Başqa ölkələrə səyahət emək şansı və s.

Ümumi olaraq qeyd edək ki, qərar verərkən mütləq şəkildə çoxlu araşdırmalar edin, ekspert dəstəyi almaqdan çəkinməyin. Çünkü bu həyatınızın ən önəmli qərarlarındandır. Necə deyərlər yüz ölçüb bir biçin.

Xaricdə bakalavr təhsili almaq üçün hansı sənədlər tələb olunur?

  • Orta məktəb attestatı;
  • 3×4 fotoşəkil;
  • Xarici passport;
  • 18 yaşa çatmamış gənclərin valideynləri tərəfindən arayış

Xaricdə magistr təhsili almaq üçün hansı sənədlər tələb olunur?

  • Bakalavr diplomu və ya transkript
  • 3×4 fotoşəkil;
  • Xarici passport;
  • Beynəlxalq dil imtahanı nəticəsi (İELTS, TOEFL və s.)
  • Tövsiyyə məktubu/Recommendation Letter

Xaricdə təhsil haqqları nə qədərdir?

Təhsil haqqları ölkəyə, universitetə və ixtisasa görə dəyişir. Minimum halda 300 manatdan başlayaraq dəyişə bilir. Ancaq yenə də araşdırma etmək faydalıdır.

Yazını dəyərləndir post

Əlaqəli yazılar

Back to top button