Xaricde Tehsil

İTCC xaricdə təhsil mərkəzi

Məşhurlardan Andre Jid deyir – “ Yaxşı başlanğıc uğurun yarısıdır”.. Doğurdan da düzgün verilmiş qərar həyatımızda yeni səhifələrin açılmasına səbəb olur. Önəmli olan doğru zamanda həmin fürsətləri qaçırmadan cəsarətli addımlar atmaqdır. Uzun illər gənclərə fərqli ölkələrin pəncərələrindən baxmağa dəstək olan İTCC xaricdə təhsil mərkəzi minlərlə uğur hekayələrinin başlanğıcı olmağı hədəf seçən şirkətlər siyahısına qoşuldu. Məqsəd əngəl görünən sərhədləri aşmağın mümkün olduğunu, xəyallarını uğura çevirməyin real olduğunu göstərmək idi. Artıq bu məqsədinə nail olan şirkətimiz daha böyük hədəflər və daha çox əhatə dairəsi uğrunda mübarizə aparır. Əgər xəyal etdiyiniz hər hansısa ölkə varsa, yaxud karyeranızda yüksəlmək hədəfləriniz varsa yolunuzu İTCC ofisindən keçməsində böyük fayda var. Şirkət sizi ilkin olaraq tam ödənişsiz şəkildə hər qərarınızı ekspertlərlə birgə müzakirə etməyə dəvət edir. Daha sonra isə həyatınızı dəyişəcək həmin möhtəşəm qərarı verməyiniz üçün bütün imkanlar nəzərdən keçiriləcək. 

İTCC şirkəti xaricdə təhsil almaq üçün sizə nə təklif edir?

İlk olaraq xaricdə təhsil üçün universitetlərə müraciət formalarından başlayaq. Mərkəzimizdə yaşından, cinsindən asılı olmayaraq qəbullar bakalavr, magistr, doktorantura olmaqla bütün təhsil pillələri üzrə aparılır. Eyni zamanda əyani və ya qiyabi tədris formasını da seçə bilərsiniz. Bəy namizədlər üçün əyani təhsil forması üzrə əsgərlikdən hərbi möhlət almaq mümkün olsa da, qiyabi tədris forması üzrə bu əlçatan deyil. Şirkətimizin nüfuzlu universitetlərlə həyata keçirdiyi əməkdaşlıqlar sayəsində əlavə imtahanlara ehtiyac olmadan xarici ölkələrdə təhsil ala bilərsiniz. Bunun üçün aşağıdakı sənədlər toplusunu şirkətin ofisinə yaxınlaşaraq təqdim etməyiniz kifayətdir. 

Bakalavrlar üçün tək attestat sənədiylə qəbul!

  • Məktəbdən arayış və ya attestat
  • Xarici pasport
  • Qiymət ortalaması. (9-10-11-ci sinif qiymətləri)
  • 3×4 ə şəkil

Magistrlar üçün tək bakalavr diplomu ilə qəbul!

  • Bakalavr diplomu
  • Transkript
  • Europass CV
  • Xarici Passport
  • 2 ədəd Referans məktubu

Müraciətlər zamanı universitetlərdən asılı olaraq sizdən beynəlxalq dil imtahan nəticələri tələb oluna bilər. Məsələn, Türkiyədə təhsil almaq istəyən namizədlərdən YÖS, TYS, ingilis dilli ölkələrdə isə İELTS, SAT və s. imtahan nəticələri tələb oluna bilər. Bu imtahanlara hazırlaşaraq əslində yollanacağınız ölkədə dərsləri daha tez qavramağınızı həmçinin insanlarla daha sürətli ünsiyyət qrmağınızı təmin etmək faydalıdır. 

İTCC xaricdə təhsil mərkəzi hansı üstünlükləri vəd edir?

Gənclərin uğurlu karyera qurmasında öz tövhələrini verməyə davam edən İTCC qrupa müraciət edən gənclər bir çox üstünlüklər qazanır. 

  • Xaricdə yüksək keyfiyyətli təhsil
  • Nüfuzlu universitetlərə qəbul
  • Arzuladığınız ixtisaslarda tələbə olmaq şansı
  • Böyük şirkətlərdə karyera imkanları
  • Münasib büdcəli təhsil haqqı
  • Təqaüd qazanmaq şansı
  • Yataqxana və evlərin seçilməsi, tələbələrin yerləşdirilməsi
  • Beynəlxalq diplom vəd edən universitetlərə qəbul və s.

İTCC şirkətinə müraciət təhsil həyatınızda nələri dəyişəcək?

Şirkətimiz sizinlə birgə təhsil həyatınızda addımlamaq üçün peşəkar təhsil ekspertlərini təyin edir. Onlarla birgə arzuladığınız sahələri, universitet və ya ölkələri tam rahat şəkildə ödənişsiz olaraq müzakirə edə bilərsiniz. Daha sonra ən prespektivli gələcək vəd edən universiteti seçmək imkanı təqdim olunur. Ümumilikdə unutmayın ki, fərqli ölkədə təhsil almaq tələbəlik həyatınızı unudulmaz xatirələrə, təcrübələrə çevirəcək. Həyat, dost, karyera, sevgi, qayğı, cəsarət və s. anlayışlarınız, dünyaygörüşünüz, biznes planlarınız tamamən dəyişərək inkişaf edəcək. Həyata daha çox bucaqdan yanaşmağı öyrənəcəksiniz. Eyni zamanda sonda beynəlxalq diplomlarla təmin olunacaqsınız. Biz xaricdə təhsil şirkəti olaraq sizə bu və daha çox dəyərləri qazandırmaqdan qürur duyuruq. 

Xaricdə hansı ixtisaslar üzrə təhsil almaq olar?

Əksər nüfuzlu universitetlərdə demək olar ki, bütün istiqamətlər üzrə təhsil almaq mümkündür. Eyni zamanda müasir dövrün tələblərinə cavab verən yeni ixtisaslarla da qarşılaşa bilərsiniz ki, ekspertlər həmin peşələr üzrə yönəlməyinizdə fayda olduğunu bildirir. Məsələn, İnformasiya texnologiyaları ilə bağlı yaranan yeni ixtisaslar sizin üçün uğurlu gələcək vəd edir. Seçim edərkən gələcəyinizi hansı ölkədə, sektorda gördüyünüzü düşünərək qərar verin. Məsələn, turizmi zəif olan bölgədə yaşamaq fikriniz varsa, turizmlə bağlı təhsil almağınız sizi geri sala bilər. Ümumilikdə son məlumatlara əsasən gələcəyin ən gəlirli peşələrininilk beşliyi aşağıdakı kimidir. Qeyd edək ki, bu sahələr üzrə ölkəmizdə də kadra təlabat çoxdur.

  • Maliyyə-mühasibatlıq
  • Marketinq və satış
  • İKT və dizayn 
  • Pərakəndə ticarət 
  • Təchizat-logistika 

Xaricdə bakalavr təhsili almaq üçün hansı sənədlər tələb olunur?

  • Orta məktəb attestatı
  • Transkript 
  • 3×4 fotoşəkil
  • Xarici passport
  • 18 yaşa çatmamış gənclərin valideynləri tərəfindən arayış

Xaricdə magistr təhsili almaq üçün hansı sənədlər tələb olunur?

  • Bakalavr diplomu və ya transkript
  • 3×4 fotoşəkil
  • Xarici passport
  • Beynəlxalq imtahan nəticələri – ALES, TOEFLl, İELTS və s.

Hansı ölkədə təhsil almaq daha prestijlidir?

Bu tələbələrin arzularına, hədəflərinə görə dəyişə bilir. Ancaq istənilən halda yüksək səviyyəli təhsil vəd edən bütün xarici universitetlərdə təhsil almaq faydalıdır.

Xaricdə təhsil alarkən diplomlar tanınırmı?
İTCC təhsil mərkəzi vasitəsi ilə tələbələrin qəbul olacağı xarici universitetlərin diplomları beynəlxalq formada tanınır.

Yazını dəyərləndir post

Əlaqəli yazılar

Back to top button