Xaricde Tehsil

Türkiyədə qiyabi təhsil almaq üçün hansı məlumatları bilməliyik?

Əlimizdə olan imkanlar çərçivəsində karyeramız üçün bütün fürsətləri dəyərləndirmək önəmlidir. Eyni zamanda unutmaq olmaz ki, təhsilə yatırılan investisiya gələcəyin uğur qarantisidir. Bu baxımdan prestijli universitetlərdə tələbə adını qazanmaq olduqca önəmlidir. Ancaq bəzən işlərin çoxluğu, yaxud digər məsələlərdən dolayı əyani təhsil almaq biraz çətinləşir. Bugünki məqaləmizdə həmin zaman necə addım atmalı olduğumuzdan danışacağıq.

Türkiyədə qiyabi təhsil imkanları haqqında

Günümüzdə əyani təhsil almaqda çətinlik çəkən tələbələr üçün qiyabi (distant) təhsil imkanları yaradılır. Son dövrlər təhsil ekspertləri azərbaycanlı tələbələr üçün Türkiyədə qiyabi təhsil formasını şiddətlə tövsiyyə edir. Əgər nüfuzlu universitetin diplomunu əldə etmək həm də qiyabi formada təhsil almaq istəyirsinizsə Türkiyədə təhsil forması sizin üçün ən ideal seçimdir. İlk olaraq qeyd edək ki, qardaş ölkənin ali təhsil ocaqları türk və ingilis dilində tədris imkanlarını təklif edir. Növbəti mərhələdə sizdən ildə sadəcə iki dəfə universitetə gəlib imtahanlarda iştirak etmək tələb olunur. Dərsliklər il ərzində onlayn şəkildə tələbələrə göndərilir. Qeyd edək ki, bakalavr təhsil pilləsi üzrə Türkiyədə qiyabi təhsil imkanları hazırda mövcud deyil. Magistratura üzrə isə bəzi ixtisaslar üzrə qiyabi təhsil forması keçərlidir.

Hansı universitetlərdə Türkiyədə qiyabi təhsil forması mövcuddur?

Dövlət, özəl, vəqf universitetlərində müxtəlif  ixtisaslar üzrə təhsil almaq mümkündür. Türkiyədə qiyabi təhsil üzrə qardaş ölkənin universitetləri arasında Atatürk Universiteti ən nüfuzlusu hesab olunur. Qəbul ola biləcəyiniz digər universitetlərdən bəzilərini təqdim edirik: 

  • İstanbul Yıldız Teknik Universiteti
  • Ege Universiteti
  • Dokuz Eylül Universiteti
  • On Dokuz Mayıs Universiteti
  • Akdeniz Universiteti

Hansı ixtisaslar üzrə Türkiyədə qiyabi təhsil almaq olar?

Türkiyədə təhsil almaq üçün şans yaradılan ixtisasların siyahısı aşağıdakı kimidir. 

  • Beynəlxalq əlaqələr 
  • Hüquq
  • İqtisadiyyat
  • Biznesin idarə edilməsi 
  • Menecment 
  • Psixologiya 
  • Qrafik dizayn 
  • Biologiya
  • Coğrafiya

Türkiyədə qiyabi təhsil almaq üçün hansı sənədlər tələb olunur?

Turkiyede qiyabi tehsil almaq istəyən gənclərdən ALES sertifikatı və ya bakalvr diplomu tələb olunur. Universitetlərdən asılı olaraq şərtlər dəyişə bilir ki, zəruri məlumatları həmin ali təhsil ocaqlarının rəsmi saytlarından əldə edə bilərsiniz.

İllik təhsil haqqları universitetlərdən asılı olaraq dəyişir ki, ilkin məbləğ 1000 manatdan başlayır.

Türkiyədə qiyabi təhsil haqqında bəzi vacib nüanslar

  • Turkiyede qiyabi tehsil zamanı əsgərlikdən hərbi möhlət verilmir
  • Tibb ixtisası üzrə qiyabi təhsil yoxdur
  • Diploma qiyabi təhsil alındığı qeyd olunur
5/5 - (1 vote)

Əlaqəli yazılar

Back to top button