Xaricde Tehsil

Turkiyede Tehsil 2023

Türkiyə strateji cəhətdən əlverişli mövqedə yerləşən bir ölkədir.Həm şərq,həm də qərb sərhədində yerləşməyi hər iki mədəniyyətin gözəl xüsusiyyətlərini  özündə cəmləməklə bərabər gənclərin marağını da qazanmağa səbəb olmuşdur.Türkiyə bir  cox cəhətdən Azərbaycana ən yaxın ölkədir. Həm mənəvi cəhətdən yaxınlığımız-ortaq dilimiz,dinimiz,mədəniyyətimizin olmağı, həm də ərazi baxımından yaxın olmağımız qardaş ölkəni bizim üçün daha da doğma edir.

Türkiyə universitetləri dünyanın keyfiyyətli təhsil verən  ən yaxşı universitetləri sırasında yer alır.Buna səbəb təhsil sahəsində uğurlu irəliləyişlərə imza atmağıdır.Bu universitetlər hər il minlərlə xarici tələbə qəbul edir.Dünyanın dörd bir yanından gənclər sevə-sevə bu universitetləri seçirlər.  Onların arasında Azərbaycanlı tələbələr də üstünlük təşkil edir.

Nəyə görə Türkiyədə təhsil?

Tələbə adını qazanmaq istəyən azərbaycanlı gənclərin üstünlük verdiyi ölkələr sırasında Türkiyə ilk sırada gəlir.Bu ölkəni seçmək üçün bir çox səbəblər var: yaxın məsafə, dilimizin eyni olması, gənclərin mühitə qısa zamanda adaptasiya olması və s. Bundan başqa təhsil haqqının çox münasib olması da vacib səbəblərdəndir. Bütün bunlarla birlikdə çox keyiyyətli təhsil alıb gələcək uğurlara doğru addımlamaq qarşısına məqsəd qoymuş hər bir gəncin arzusudur.Bu arzunu reallaşdırmaq üçün ilk adddımı Türkiyə universitetlərinə müraciət etməklə ata bilərsiniz.

Yüksək səviyyədə təhsil verməsinə baxmayaraq Avropanın digər ölkələri ilə müqayisədə Türkiyədə təhsil qiymətləri çox münasibdir.

Tələbələrin daha çox seçdikləri sahələr aşağıdakılardır:

Tibb,mühəndislik,biznes,turizm,marketinqvə ticarət,beynəlxalq əlaqələr,kompüter texnologiyaları və s.

Türkiyədə təhsil sistemi Boloniya prosesi prinsipi əsasındadır. Buradakı 11 universitet dünyanın ən yaxşı universitetləri sırasındadır. Bu universitetlər iqtisadi cəhətdən münasib qiymətlərlə Avropa keyfiyyətində təhsil təklif edir.

Türkiyədə təhsil almaq istəyən gənclər heç bir imtahan vermədən yalnız attestatla özəl və ya dövlət universitetlərinə qəbul ola bilərlər. Bu universitetlərdə bakalavr,magistr və doktorantura pillələri üzrə təhsil ala bilərsiniz.

Türkiyədə 206 universitet və akademiya var. 131 dövlət universiteti (10 texniki, 1 yüksək texnologiyalar institutu və 2 incəsənət universiteti ilə yanaşı Milli Müdafiə Universiteti və Polis Akademiyası) və 75 vəqf (özəl) universitet var. Universitetlər xaric 5 peşə ali məktəbi var.

Beynəlxalq təcrübədə öz sözünü demiş prestijli universitetləri isə bunlardır:

  1. Boğaziçi Universiteti
  2. Hacettepe Universiteti
  3. Koç Universiteti
  4. OTDÜ (Orta Şərq Texniki Universiteti)
  5. Bilkent Universiteti
  6. Sabancı Universiteti
  7. İTÜ (İstanbul Texniki Universitet)
  8. Ankara Universiteti
  9. İstanbul Universiteti
  10. Ege Universiteti
  11. Anadolu Universiteti
  12. Atatürk Universiteti
  13. Dokuz Eylül Universiteti
  14. Qazi Universiteti
  15. Gebze Texniki Universiteti

Türkiyədə təhsil müddəti aşağıdakı kimidir:

  • Bakalavr pilləsi üçün 4 il
  • Magistr pilləsi üçün 1.5-2 il
  • Elmlər doktoru üçün təlim 2 ildən 4 ilədək

Türkiyədə təhsilin üstünlükləri:

Tələbə adını qazanmaq istəyən gənclərin məhz Türkiyəni seçmək üçün bir çox səbəbləri var.Bu ölkədə inkişaf etmiş infrastruktor ilə təmin olunmuş universitetlər tələbələri  rahat yaşayış üçün rahat kampusla və 24 saat internetlə təmin edir.

Bundan əlavə buradakı qabaqcıl universitetlər tələbələr üçün sərfəli təcrübə proqramı təkli edən dövlət və xarici şirkətlərlə tanış edir.Beləliklə tələbə təhsil alarkən gələcək karyerasinı qurmaq üçün potensal işəgötürən ilə əlaqə qurmaq imkanı qazanır.

Digər çox vacib olan üstünlüklərdən biri də odur ki,Türkiyə universitetlərinin diplomları Azərbaycan da daxil olmaqla dünyanın 30-dan çox ölkəsində tanınır.

Tələbələr təhsil alan müddətdə işləyə bilərlər. Bu da onların maddi cəhətdən təmin olunmasına şərait yaradır.

Qardaş ölkədə təhsilin üstün cəhətlərindən biri də əlavə dil öyrənməyə ehtiyac olmamağıdır.Doğma türk dilinində danışmaq və anlamaq əksər azərbaycanlı üçün çətin deyil.

Yaşayış xərcləri

Türkiyədə təhsil alanlar yataqxanalarda yaşaya bilərlər. Yataqxana qiymətləri şəhərdən və universitetdən asılı olaraq dəyişir.Dövlət yataqxanalarında qiymət aylıq 50 USD təşkil edir. Buraya gün ərzində 2 dəfə yemək daxildir.

Türkiyənin bəzi şəhərlərində dövlət yataqxanaları birinci ildən azərbaycanlı tələbələri qəbul etmir.Belə olan halda tələbə özəl yataxanada 500TL ödəniş edərək qala bilər.Qiymətə gün ərzində 2 dəfə yemək daxildir.

Türkiyədə attestatla təhsil alma üçün lazım olan sənədlər aşağıdakılardır:

  1. Attestat (attestat yoxdursa 11-ci sinii bitirdiyinə dair arayış)
  2. Transkript ( qiymət cədvəli 9-10-11-ci sinif qiymətlərinin çıxarılışı)
  3. 3*4 ölçüdə fotoşəkil (12 ədəd)
  4. Xarici pasport və ya şəxsiyyət vəsiqəsi

Magistratura üçün:

  • Bakalavr diplomu
  • Transkript(4 illik qiymət cədvəli dekanlıqdan alınır.)
  • 3*4 ölçüdə rəngli fotoşəkil (12 ədəd)
  • Xarici pasport və şəxsiyyət vəsiqəsi
  • Universitet müəllimlərindən tövsiyyə məktubu(2 ədəd)
  • Niyyət məktubu (1ədəd)

Əgər 18 yaşınız tamam olmaybsa ölkədən çıxış haqqında valideynlərinizin razılıq sənədi tələb oluna bilər. Valideynlərinizlə birlikdə notariusa gedib ərizə almalısınız ki xaricdə olarkən sizin bütün təhsil  və yaşam xərclərinizi ödəyəcək himayədarınız var.

Türkiyə Universitetlərinə Qəbul Prosesi

Attestatla qəbul

Tək attestatla Türkiyənin bir çox reytinqli universitetlərində təhsil ala bilərsiniz. Türkiyə universitetlərinə attestatla qəbul üçün yeganə tələb attestat qiymətlərinin yaxşı olmasıdır. Attestatla Türkiyənin ən məşhur universitetlərində təhsil ala bilərsiniz.

Kollec diplomu ilə qəbul

Türkiyədə kollec diplomu ilə təhsil almaq mümkündür, lakin ilk növbədə diplomunuz Türkiyə Eğitim Müşavirliyi tərəfindən tanınıb təsdiq olunmalıdır. Təsdiq olunarsa, önlisans proqramlarına müraciət edib önlisans proqramını bitirib lisans proqramlarına müraciət edə bilərsiniz.

DİM balı ilə qəbul

Azərbaycanda verdiyiniz DİM nəticəsi ilə Türkiyənin bir çox universitetlərində bakalavr təhsili ala bilərsiniz. DİM nəticənizdən asılı olaraq universitet seçimləri edə bilərsiniz. Universitetlərə rahatlıqla qəbul olmaq üçün DİM imtahanından minimum 400 bal toplamalısınız.

YÖS balı ilə qəbul

Xarici Tələbə İmtahanı (YÖS) Türkiyədəki universitetlərin bakalavr proqramlarına qəbul olmaq istəyən əcnəbi tələbələr üçün keçirilən qəbul imtahanıdır. YÖS imtahanı Türkiyədəki universitetlərin birgə təşkilatçılığı ilə keçirilir. YÖS imtahanı xarici tələbələrin türkcə, riyaziyyat və əsas elmlər üzrə bilik və bacarıqlarını ölçür.

YÖS imtahanı ilə qəbul ola biləcəyiniz universitetlər:

  • İstanbul Üniversitesi
  • Ankara Üniversitesi
  • İzmir Yüksek Teknoloji Enstitüsü
  • Ege Üniversitesi
  • Hacettepe Üniversitesi
  • İstanbul Teknik Üniversitesi
  • İstanbul Medeniyet Üniversitesi
  • Yıldız Teknik Üniversitesi

SAT balı ilə qəbul

Beynəlxalq imtahanlardan biri olan SAT ilə siz Türkiyənin top universitetlərində təqaüdlə təhsil ala bilərsiniz. Universitetlərdən asılı olaraq qəbul üçün minimal keçid adətən 1200 müəyyən olunur. 1400 və üzəri nəticə toplayan tələbələrin təhsil haqqına 25-75% endirim edilir.

Bakalavr diplomu ilə Türkiyənin prestejli dövlət və özəl universitetlərində magistratura oxumaq şansınız var. Universitetlərə qəbul bakalavr pilləsinin  ortalamaqiymətinə  görə aparılır. Bakalavr ortalama balı 70+ üzəri olmalıdır.

Universitetlərə qəbul payız sessiyasına – oktyabr noyabr aylarında, yaz sessiyasına- aprel və may aylarında aparılır.

Magistr təhsil müddəti 2 ildir. Magistr pilləsində təhsil alan xarici tələbələrin 20 saat işləmə icazəsi vardır.

  • Zonguldak Bülent Ecevit Universiteti
  • Yalova Universiteti
  • Eskişehir Osmangazi Universiteti
  • On dokuz Mayıs Universiteti (Samsun)
  • Aksaray Universiteti
  • Anadolu Universiteti
  • Giresun Universiteti
  • Sakarya Universiteti,
  • Uşak Universiteti
  • Süleyman Demirel Universiteti
  • Balıkesir Universiteti
  • Sinop Universiteti
  • Nevşehir Universiteti
  • Niğde Universiteti 
  • Ahi Evran Üniversiteti
  • Kırklareli Universiteti

Türkiyədə təhsil ala biləcəyiniz ixtisaslar aşağıdakılardır:

  • İqtisadiyyat
  • Beynəlxalq münasibətlər
  • İdarəetmə(Menecment)
  • Maliyyə
  • Bank işi
  • Turizm
  • Müəllimlik
  • Mexanika mühəndisliyi
  • Elektrik mühəndisliyi
  • Komputer mühəndisliyi
  • İnşaat mühəndisliyi
  • Aqronomluq
  • İncəsənət
  • İdman
  • Digər ixtisaslar

Türkiyədə universitetə qəbulun imtahanla və ya imtahansız olmasının bəzi fərqləri var. Universitetə imtahan verib qəbul olarkən bir universitet və bir ixtisas seçə bilərsiniz. İmtahan vermədən qəbul olma zamanı isə minimum 5 universitet və ixtisas seçməyiniz qəbul olma şansınızı artiracaq.Çünki universitetlərin əksəriyyəti YÖS imtahanı verən tələbələri qəbul etməyi daha üstün tuturlar.

Türkiyədə ingilis dilində təhsil almaq üçün sizdən TOEFL təhsili tələb olunacaq. Bundan başqa burada dövlət universitetlərində təhsil almaq üçün SAT imtahanı da tələb olunur.

Türkiyədə dövlət universitetlərinin təhsil haqqı 200-1200 USD arası dəyişir. Özəl universitetlərdə təhsil haqqı isə2500-15000 arası dəyişir. Dövlət universitetlərinin qiymətləri daha aşağıdır və müəyyən güzəştlər mövcuddur.

Türkiyədə təqaüdlü təhsil

Türkiyədə təqaüdlü təhsil almaq üçün Türkiyə “burs”larına müraciət etmək lazımdır. Özəl universitetlərə qəbul olunan tələbələr isə burada təklif olunan daxili “burs”lardan yararlana bilərlər.

4/5 - (5 votes)

Əlaqəli yazılar

Digər yazılar
Close
Back to top button