Xaricde Tehsil

Türkiyədə təhsil ixtisaslar baxımından bizə nə vəd edir?

Uğur ona doğru addımlayanlar üçün daim əlçatan olar. Çünkü həyatımızın yazılmayan qanunu var. Hansı ünvanlara üz tutsaq oradakı şansları özümüzə doğru gətirərik. Önəmli olan zamana, məkana, hansı şərtlər daxilində olmağımıza baxmadan xəyallarımız üçün daim mübarizə aparmaqdan imtina etməyək. Böyük hədəfləri olan, uğurlu karyera qurmaq istəyənlər üçün fərqli ölkədə təhsil almaq böyük əhəmiyyət daşıyır. Bu dəfəki məqaləmizdə sizin üçün qardaş ölkə olan Türkiyə universitetlərində yer alan ixtisasların prespektivliyindən danışacağıq.

Həyatınızın hansı mərhələsində olmağınızdan asılı olmayaraq istər abituriyent olun istərsə də məzun Türkiyədə təhsil ixtisaslar baxımından həyatınıza yeni səhifə aça bilər. Zəngin peşə seçimləri xəyallarınızı bir andaca gerçəyə çevirmək üçün bir şans rolunu oynayacaq. Burada zövqünüzə, günün tələbinə uyğun bütün növ peşələr, onların fəaliyyət istiqamətləri həmçinin geniş təcrübə qazanmaq imkanları təqdim olunur. Türkiyədə təhsil ixtisasları bir-birindən fərqləndirmək, hansı peşənin sizin üçün daha yaxın olduğunu ayırd etmək üçün son dərəcə ideal seçimlərdəndir.

Türkiyədə təhsil ixtisaslar üzrə necə qruplaşdırılıb?

Qardaş ölkənin universitetləri son dövrlər dünya üzrə reytinq sıralamalarında uğurla təmsil olunur. Təhsil səviyyəsinin yüksək olması sayəsində buraya dünyanın müxtəlif ölkələrindən hər il minlərlə tələbə axın edir. Gəlin görək son illər tələbələr arasında Türkiyədə təhsil ixtisasları cəhətdən ən çox müraciət olunan peşələr hansılardır?

İqtisadiyyat və idarəetmə  fakültəsi

  • Əmək iqtisadiyyatı və sənaye münasibətləri
  • İqtisadiyyat
  • Biznes
  • Dövlət idarəçiliyi
  • Maliyyə
  • Beynəlxalq əlaqələr
  • Bankçılıq və Sığorta 
  • Beynəlxalq Ticarət və Logistika 
  • Ekonometriya
  • İdarəetmə İnformasiya Sistemləri
  • Kommunikasiya fakültəsi

Jurnalistika fakültəsi

  • İctimaiyyətlə əlaqələr və piar şöbəsi
  • Radio-Televiziya və Kino şöbəsi
  • Ədəbiyyat fakültəsi
  • Alman dili və ədəbiyyatı
  • Amerika mədəniyyəti və ədəbiyyatı
  • Ərəb dili və ədəbiyyatı
  • Arxeologiya
  • Məlumat və sənəd idarəetməsi
  • Coğrafiya
  • Çağdaş Türk Dialektləri və Ədəbiyyatları
  • Fars dili və ədəbiyyatı
  • Fəlsəfə
  • Fransız dili və ədəbiyyatı
  • İngilis dili və ədəbiyyatı
  • Psixologiya
  • Rus dili və ədəbiyyatı
  • Sosiologiya
  • Tarix
  • Türk dili və ədəbiyyatı
  • Astronomiya və Astrofizika
  • Biologiya
  • Fizika
  • Kimya
  • Riyaziyyat
  • Molekulyar biologiya və genetika
  • Təsviri incəsənət 

Fotoqrafiya fakültəsi

  • Ənənəvi Türk Sənətləri
  • Qrafika 
  • Heykəltəraşlıq 
  • Musiqi Elmləri 
  • Rəssamlıq 
  • İfa sənəti
  • Kino – Televiziya 
  • Tekstil və Moda Dizaynı

Mühəndislik fakültəsi

  • Kompyuter mühəndisliyi
  • Ətraf Mühit mühəndisliyi
  • Elektronika mühəndisliyi
  • Sənaye mühəndisliyi
  • Mülki mühəndislik
  • Kimya mühəndisliyi
  • Mexanika Mühəndisliyi
  • Metallurgiya və material mühəndisliyi

Turizm Fakültəsi

  • Qastronomiya və kulinariya sənəti
  • Turizm menecmenti
  • Bələdçilik

İlahiyyat Fakültəsi

  • Fəlsəfə və Dinşünaslıq 
  • LITAM Proqramı
  • İbtidai təhsil Dini mədəniyyət və əxlaq tərbiyəsi 
  • İslam Tarixi və İncəsənəti 
  • İslam Elmləri 

Təhsil fakültəsi

  • Bədən tərbiyəsi və idman 
  • Kompüter Təhsili və Tədris Texnologiyaları 
  • Təsviri İncəsənət 
  • Riyaziyyat 
  • Türk və Sosial Elmlər 
  • Xarici dil 

Kənd təsərrüfatı fakültəsi

  • Bağçılıq
  • Bitki Mühafizəsi 
  • Qida mühəndisliyi
  • Kənd təsərrüfatının iqtisadiyyatı
  • Kənd Təsərrüfatı Maşınları və Texnologiyaları Mühəndisliyi
  • Kənd Təsərrüfatı Biotexnologiyası
  • Torpaqşünaslıq və Bitki Qidalanması 
  • Kənd Təsərrüfatı Quruluşları və Suvarma

İdman Elmləri Fakültəsi

  • Məşqçilik 
  • Bədən tərbiyəsi və idman müəllimliyi 
  • İdman menecmenti 

Tibb ixtisasları

  • Stomatologiya 
  • Əczaçılıq 
  • Fizioterapiya və reabilitasiya
  • Baytarlıq

Türkiyədə təhsil ixtisasların illik ödənişlərinə görə əlçatandırmı?
Türkiyədə illik təhsil haqqları digər Avropa ölkələri ilə müqayisədə olduqca münasibdir. Bakalavr təhsili üçün illik ödənişlər X manatdan, magistratura təhsili üçün isə X manatdan başlayaraq universitetlərə görə dəyişir.

Yazını dəyərləndir post

Əlaqəli yazılar

Back to top button