Xaricde Tehsil

İELTS olmadan xaricdə təhsil almaq mümkündürmü?

Avropada təhsil almaq xəyalı olan hərkəs üçün vacib məqamlardan biri zəruri dil biliklərinə sahib olmaqdır. Çünkü yeni həyata başlayacağımız ölkədə fikirlərimizi bölüşməyimiz, özümüzü ifadə etməyimiz, həmçinin, dərslərdə iştirak baxımından dil faktoru önəm daşımağa başlayır. Ancaq əgər ingilis dili üzrə səviyyəniz normaldırsa və imtahanlarda stres, həyəcan və ya digər səbəblərdən dolayı ürəyiniz istəyən nəticəni toplaya bilmirsinizsə bu dəfə sizin üçün İELTS olmadan xaricdə təhsil imkanlarından danışacağıq.

İELTS sənədi olmadan xarici universitetlərə necə qəbul olmaq olar?

İELTS imtahanlarında iştirak etmədən xarici universitetlərə müraciət etməyin bir neçə növü var. Gəlin, onlarla tanış olaq.

1 . Əgər orta məktəb təhsilini ingilis dilində almısınızsa bu zaman tədrisin ingilis dilində olduğuna dair arayışı təqdim edərək bakalavr səviyyəsi üzrə təhsilinizi davam etdirə bilərsiniz. Eyni şərtlər ingilis dilində alınmış bakalavr təhsilindən sonra magsitratura proqramları üçün də keçərlidir.

2 . Sırf müraciət etdiyiniz universitetin onlayn formada təşkil etdiyi dil imtahanından uğurla keçərək qəbul mərhələsinə keçid edə bilərsiniz. Ancaq bu zaman dil səviyyəniz minimum halda B2 olmalıdır. 

3 . Universitetlərdən asılı olaraq tələbə təhsil müddətindən əlavə bir il dil kurslarında iştirak edib uğurla tamamladıqdan sonra müraciət olunan ixtisas üzrə təhsilini davam etdirə bilər.

Hansı ölkələrin universitetləri İELTS tələb etmir?

Amerika

Təəccüblü səslənsə də Amerika beynəlxalq tələbələr üçün dil bilikləri sertifikatı olmadan təhsil imkanları vəd edən ölkələrdəndir. Eyni zamanda bəzi universitetlər tələbələrdən hər hansısa spesifik şərtlər tələb edə bilir. Amerikanın İELTS və ya TOFEL tələb etməyən universitetləri aşağıdakılardır.

  • Albany Universiteti
  • Delaware Universiteti
  • Drexel Universiteti
  • Rice Universiteti
  • New Orleans Universiteti
  • Avstraliya

İELST olmadan xaricdə imtahansız təhsil almaq istəyirsinizsə yolunuzu Avstraliyadan sala bilərsiniz. Bunun üçün ingilisdilli orta məktəbi bitirməyiniz və ya ingilisdilli ölkədə bir neçə illik təhsil təcrübənizin olması kifayət edir.  Avstraliyanın İELTS və ya TOFEL tələb etməyən universitetləri aşağıdakılardır.

  • Adelaida Universiteti
  • Kvinslend Universiteti
  • Cənubi Kvinslend Universiteti
  • Makkuori Universiteti

Böyük Britaniya

İngiltərə, Uels, Şotlandiya və Şimali İrlandiya kimi ölkələrin daxil olduğu Böyük Britaniyada tələbə adını qazanmaq üçün ən vacib tələb IELTS imtahanıdır. Qəbul cavabınız bu testin nəticəsindən asılıdır. Bununla yanaşı, əksər universitetlər istisna hallarda bu testdən keçmədən sizə bölgədə təhsil almaq üçün ikinci şans verir. Belə ki, əgər orta məktəb təhsilinizdə ingilis dili qiymətiniz 60%-dən yuxarıdırsa bir sıra universitetlər ərizələrinizi dəyərləndirə bilər. Yaxud da, bəzi universitetlərin Skype vasitəsilə keçirdiyi onlayn müsahibələrə qoşulmalısınız. Böyük Britaniyada IELTS imtahanı vermədən təhsil ala biləcəyiniz universitetlər bunlardır.

  • Şeffild Hallam Universiteti
  • Warwick Universiteti
  • Suonsi Universiteti
  • Birmingham Şəhər Universiteti
  • Plimut Universiteti

Hindistan

Günümüzdə Asiyanın ikinci ən böyük ali təhsil mərkəzi hesab edilən Hindistan aşağı təhsil xərcləri və yüksək tədris keyfiyyəti ilə tələbələrin sevimli ölkələri siyahısında yer alır. Xüsusilə texnologiya, bio-texnologiya, nano-texnologiya, mühəndislik, tibb və elm sahələrində təhsil alan tələbələrə qlobal səviyyədə şəbəkə imkanlarını inkişaf etdirmək imkanı yaradılır. Hindistanda IELTS və ya TOEFL olmadan bakalavr, magistr və doktorantura dərəcələrində təhsil almaq mümkündür. Müvafiq universitetlər isə aşağıdakılardır.

  • Mumbay Universiteti
  • Dehli Universiteti

Almaniya

Avropanın ən böyük iqtisadiyyatına malik Almaniya hazırda mühəndislik, elm və incəsənət sahələrində dünyanın ən yaxşı universitetlərinə ev sahibliyi edir. Üstəlik, dövlət universitetlərində təhsil dünyanın dörd bir yanından gələn beynəlxalq tələbələr üçün pulsuzdur. Ölkədə tədris dili həm alman, həm də ingilis dilidir. IELTS və ya TOEFL sertifikatları olmadan Almaniyada təhsil ala biləcəyiniz universitetlər aşağıdakılardır.

  • Koblenz və Landau Universiteti
  • Braunschweig Texnologiya Universiteti

Fransa

Fransa zəngin mədəniyyəti, kulinariyası, memarlığı və bənzərsiz həyat tərzi sayəsində xaricdə təhsil almaq istəyən tələbələr üçün ideal ölkələrdəndir. Əgər ingilis dilindən müvafiq test nəticələriniz yoxdursa, seçdiyiniz universitet ingilis dili bacarıqlarınızı ölçmək üçün sizdən Skype müsahibəsi tələb edə bilər. Fransada IELTS və ya TOEFL olmadan müraciət edə biləcəyiniz ən yaxşı universitetlər aşağıdakılardır.

  • Toulouse Biznes Məktəbi

EBS Paris

Ümumi olaraq qeyd edək ki, İELTS imtahanları xaricdə təhsil xəyalınıza maneə törədən səbəblərdən deyil. Əksinə praktiki və akademik biliklərinizi artıraraq dil səviyyənizin səlis olmasını tələb edir. Unutmayın ki, İELTS olmadığı təqdirdə universitet, ixtisas seçimlərinin sayı da azala bilir. 

İELTS tələb etməyən hansı təqaüd proqramları var?

İELTS nəticəsi tələb etməyən bəzi təqaüd proqramlarını təqdim edirik.

  • Konfutsi İnstitutu təqaüdü
  • Schwarzman alimlər proqramı
  • Jiangsu Universiteti prezident təqaüdü
  • Çin əyalət hökuməti təqaüdləri
  • Şanxay hökumət təqaüdü
  • Pekin hökumət təqaüdü
  • Hubei hökumət təqaüdü
  • CAS-TWAS təqaüdləri
  • Beynəlxalq Tələbələr üçün Çin İnkişaf Bankı Mükafatı
  • Beynəlxalq Tələbələr üçün Hong Kong PhD Təqaüd Proqramı
  • Beynəlxalq Tələbələr üçün Çin Universiteti Proqramı Təqaüdləri
  • Qingdao Hökumətinin Beynəlxalq Tələbələr üçün Təqaüdü
  • Beynəlxalq Tələbələr üçün Tsinghua Universitetində Siemens Çin Təqaüdü

İELTS sənədi olmadan hansı ölkələrdə təhsil ala bilərəm?

İELTS tələb etməyən ölkələr siyahısına ABŞ, Kanada, Almaniya, İngiltərə, Fransa və s. kimi böyük dövlətlər də daxildir.

İELTS imtahanları üçün minimum nəticə nə qədərdir?

Avropa universitetlərində İELTS imtahanları üzrə tələb olunan minimum nəticə 6.0-dur.

İELTS imtahanları üzrə ödəniş nə qədərdir?

  • IELTS Academic and General Training qiyməti 370 AZN
  • IELTS for UK Visas and İmigration (UKVİ) qiyməti 415 AZN
  • IELTS Life Skills (A1 and B1) qiyməti 350 AZN

Azərbaycanda İELTS imtahanları harada keçirilir?

Bu istiqamətdə imtahanlar təşkil edən müxtəlif şirkətlər var. Ay ərzində 1 ya 2 dəfə keçirilir. İmtahana ən az 6 həftə öncədən qeydiyyatdan keçmək tələb olunur.

İELTS sertifikatı nə qədər müddət keçərlidir?

İELTS sertifikatının qüvvədə qalma müddəti iki ildir.

Yazını dəyərləndir post

Əlaqəli yazılar

Digər yazılar
Close
Back to top button