Xaricde Tehsil

Xaricdə distant təhsil almaq olarmı?

Dünyada informasiya və texnologiyalar inikşaf etdikcə yeni imkanlar və şəraitlər yaranır. Bu öz növbəsində yeni maraqlar və təlabat yaradır. Artıq hər kəsin həyatının bir hissəsinə çevrilən internet insanlar üçün ən əlverişli informasiya vasitəsidir.  Bununla bərabər, internet vasitəsilə Distant Təhsil almaq imkanı da vardır. Xüsusilə bu təhsil növü dünyanı cənginə alan pandemiya zamanı daha çox dəbə düşmüşdür və təlabatı yaranmışdır.
Bu təhsil sistemi  vasitəsilə evdə oturaraq dünyanın müxtəlif universitetlərində virtual təhsil ala bilərsiniz. Bu növ təhsil həm bakalavr həm də magist pilləsinə aiddir..Distant təhsil dünyanın inkişaf etmiş və inkişaf etməkdə olan bütün ölkələrində tətbiq olunur.

Distant təhsil nədir?

Distant təhsil – müəyyən məsafədən keçirilən təhsil  sistemidir. Bu təhsil növünün kifayət qədər tarixçəsi vardır. Deyilənə görə bu növ təhsil sistemi ilk dəfə İngiltərədə  yaranıb. Daha sonra ABŞ, Almaniya və digər ölkələrdə geniş yayılmağa başlamışdır. Distant təhsil qiyabi təhsil formasının daha da çox üstünlüklər ilə olan formasıdır. Bir çox insanlar qiyabi təhsillə bu təhsil növünü qarışdırırlar. Lakin distant təhsil qiyabi təhsildən fərqlənir. Günümüzün ayrılmaz hissəsi olan internetin electron poçt, müxtəlif mesencerləri, sosial şəbəkələri və digər proqramları olduğu zamanda Distant təhsil olduqca rahat və əlçatandır. Siz bu təhsili harda olmağınızdan asılı olmayaraq ala bilərsiniz. Yəni sizin harada internetə çıxışınız varsa, onlayn dərslərə qoşula bilərsiniz. Dərslər sizə verilən elektron materiallar, video dərsliklər və s. vasitəsilə tədris edilir.

Distant təhsilin əsas prinsipləri

Distant Təhsildə hər kəs vaxt itirmədən xarici universitetlərdə oxuya bilər. Burada tələbənin sərbəst öyrənmə prinsipi vardır. Təhsil  sahəsi elə qurulub ki təhsil alan,  müəllimdən vaxt və ya məsafə ilə ayrılıb, eyni vaxtda da onlar həmçinin istədiyi vaxt telekommunikasiya vasitələri ilə əlaqə saxlaya bilərlər. İstənilən  təhsil porqramı sahəsində distant təhsil almaq mümkündür. Distant Təhsildə müəllim tapşırıqları, testləri və əlavə materialları tələbəyə göndərir, tələbə də bütün testləri, çalışmaları yerinə yetirərək müəllimə göndərir. Bu prisiplə tədris ilinin sonuna kimi dərslər davam edir.

Distant təhsilin üstünlükləri

  • Dünyada geniş yayılmış Distant təhsil ölkəmizdə maraq dairəsindədir. Bu təhsilin bir çox üstünlükləri vardır:
  • Evdə oturaraq xarici universitetlərdə təhsil almaq
  • Həm oxuyub, həm də işləmək imkanı
  • Daha əlverişli və sərfəli təhsil
  • Sərbəst təhsil alma sistemi
  • Ödənişin kredit sistemi ilə ödəmə şansı
  • İşdən sonra və evdə oxuma imkanı

Distant Təhsili necə əldə etmək olar?Azərbaycanda Distant təhsil bəzi universitetlərimiz tərəfindən təsdiqlənsə də lakin hələ də inkişaf etməyib. Artıq siz evdə oturaraq, xaricə getmədən də xarici universitetlərdə təhsil ala bilərsiniz. Bunun üçün sadəcə bizim təhsil şirkətinə müraciət etmək kifayətdir. Gerisi bizim ekspert mütəxəssislərimizin görəcəyi işlərdir.

Distant təhsilin təklif etdiyi rahatlıq, çeviklik və asanlıq həqiqətən də dünyanın hər yerindən olan tələbələri, xüsusən də peşə həyatından, ailəsindən və digər öhdəliklərindən yayınmaq istəməyən və eyni zamanda ali təhsilini başa vurmaq istəyən tələbələri cəlb edir. karyeralarında uğur qazanmaq üçün böyük rol oynayır

5/5 - (1 vote)

Əlaqəli yazılar

Digər yazılar
Close
Back to top button