Xaricde Tehsil

Rusiyada tehsil

Rusiyada tehsil almaq ölkəmizin vətəndaşları üçün olduqca asandır. Çünki şərtlər sadədir. Son illər xaricdə təhsil almaq üçün populyar və üstünlük verilən ölkələrdən biridir. Rusiyada verilən təhsilin keyfiyyəti digər ölkələrlə müqayisədə daha üstün və eyni zamanda qiymət baxımından da xeyli sərfəlidir. Ölkəmizdə rus dilinin xeyli inkişaf etməsi, rusdilli ailələrin çoxluğu və həmçinin rus bölməsində dövlət hesabına təhsil almağın mümkünlüyü sayəsində Rusiyada tehsil almaq vətəndaşlarımız üçün daha əlçatan olur.

Rusiyada təhsil almağın ilkin mərhələləri.

Rusiyada təhsil almaq istəyən və rus dilini yaxşı səviyyədə bilməyən tələbələr ilk olaraq 8-12 nəfərlik qruplar şəklində rus dili hazırlıq dərslərində iştirak edirlər. Hazırlıq sertifikatı alan tələbələr bakalavr və magistratura təhsilinə başlaya bilirlər.

Yerləşmə.

Rusiyada təhsil alan hər bir xarici tələbələr üçün univeristetlərin yataqxanaları olur. Bu yataqxanalar şəraitli və rahatdır. Otaqların böyük və kiçik olmasına görə tələbələr 2, 3 və 4 nəfər olaraq yerləşə bilərlər. Adətən bir çox yataqxanada hər mərtəbədə mətbəx yoxdur. Ümumi mətbəx vardır ki, tələbələr burada yemək bişirib yeyirlər. özəl yataqxanalarda isə yataqxana qiymətindən asılı olaraq 3 dəfə qidalanma imkanı vardır.

İndi isə gələk Rusiyada təhsil almaq üçün lazım olan hansı sənədlərin lazım olduğuna.

Rusiyada tehsil almaq üçün aşağıdakı sənədləri toplamaq lazımdır:

  • Şəxsiyyət vəsiqəsinin surəti
  • Atestatın tərcüməsi və notarial qaydada təsdiq edən sənəd
  • Xarici pasport
  • Şəkilli tibbi arayış  (forma 086)
  • Doğum haqqında şəhadətnamə
  • 10 ədəd 3×4 şəkil
  • Əyani oxuyan tələbələr üçün Spid sertifikatı

Magistratura üçün əlavə olaraq;

  • Diplom və ya hələ əldə edilməyibsə, univeristetdən arayış
  • Diplom əlavəsi və hər birinin tərcüməsi və notarial qaydada təsdiqi lazımdır.

Rusiyada universitet seçimi.

Rusiyada universitet secimi etmək səriştəsiz, təcrübəsi olmayan tələbələr üçün üçün olduqca çətindir. İlk olaraq qeyd edək ki, Rusiya böyük olduğu üçün burada saysız-hesabsız dövlət və özəl univeristetlər mövcuddur. Seçim zamanı reytinqi yüksək təhsil ocaqlarını seçmək sizin iş həyatına atılan zaman qarşınızda daha perspektivli qapılar açacaqdır. Aşağıda sizə təqdim etdiyimiz universitetlər Rusiya və dünyada ən çox tanınan və reytinqi yüksək təhsil ocaqlarıdır.

  • Lomonosov adına Moskva Dövlət Universiteti
  • Moskva Fizika və Texnologiya Universiteti
  • Ali İqtisadiyyat Universiteti
  • Sank-Peterburq Universiteti
  • Novosibirsk State University
  • Tomsk State University
  • Bauman adına Moskva Dövlət Texniki Universiteti

Rusiyada təhsil dərəcələri.

Rusiyada tehsil dereceleri bunlardır:

  • Bakalavr dərəcəsi
  • Mütəxəssis dərəcəsi
  • Magistr dərəcəsi
  • Aspirantura dərəcəsi

Bakalavr dərəcəsi orta məktəb, peşə məktəbi, kollec və texnikum təhsili almış şəxslər üçündür. Təhsilin müddəti 4 ildir.

Mütəxəssis dərəcəsi Bakalavr dərəcəsindən fərqli olaraq daha çox praktik işə yönəlir. Kursun müddəti 5 ildir. Orta təhsil, peşə təhsili alan şəxslər kursda iştirak edə bilər.

Magistr dərəcəsi tələbənin seçdiyi sahədə daha mükəmməl şəkildə ixtisaslaşma imkanı verir. Ali məktəb məzunları üçün nəzərdə tutulmuşdur.

Aspirantura dərəcəsi akademiklər üçün nəzərdə tutulmuşdur. Əyani təhsil 3 il, qiyabi təhsil 4 il dava edir. Kursda təhsil, tədris, praktika və tədqiqat işləri yer alır.

Rusiyada təhsil  haqqı.

Rusiyada tehsil haqqi digər Avropa ölkələri ilə müqayisədə olduqca aşağıdır. Lakin təhsilin keyfiyyəti heç də bu ölkələrdən geri qalmır. Əsasən qiymətlər yerli valyuta ilə tənzimlənir, yəni rublla. Adətən əyani təhsil 240-260 min rubl, illik olaraq isə minimum 122 500 rubl, maksimum qiymət isə 880 000 rubla başa gəlir.

Rusiyada təqaüdlü təhsil.

Rusiyada teqaudlu tehsil almaq mümkündür. Bunun üçü müxtəlif təqaüd proqamları vardır. İlk əvvəl qeyd edək ki, ölkəmizdə xaricdə təhsil almaq tələbələr üçün dövlət hesabına təhsil proqramı xidmət göstərir. Yüksək bal toplamış abituriyentlər arzu etdikləri ölkədə dövlət hesabına təhsil ala bilərlər. Lakin şərt olaraq yenidən ölkəyə qayıtmaqları, müəyyən müddətə qədər vətəndə xidmət göstərmələri tələb olunur. Lakin ölkə xaricində daimi olaraq yaşamaq istəyən tələbələr üçün bu proqram heç də əlverişli deyil. Bu səbəblə digər Rusiyada teqaudlu tehsil proqramlarını seçməyə önəm verilir. Ən çox tələb görən təqaüd proqramı isə Open Door scholarships proqramıdır ki, bu proqram vasitəsilə magistr təhsili almaq istəyən xarici vətəndaşlar üçün yeni qapılar açılır. Proqram 2 onlayn mərhələdən ibarət olur. İştirakçılar rus və ingilis dili ilə yarışda iştirak edə bilərlər. Eyni zamanda qaliblər heç bir imtahan olunmadan 21 tanınmış univeristetdən arzu etdiklərini seçə bilərlər.

Rusiyada yataqxana qiymətləri.

Rusiyada yataqxana qiymetleri adətən Moskva və Sank-Peterburqda aylıq orta qiymət 75 dollar, digər şəhərlərdə isə 40 dollar təşkil edir. Göründüyü kimi Rusiyada yataqana qiymetleri heç də baha deyil.

Yazını dəyərləndir post
loading...
Back to top button