Türkiyədə təhsil qiymətləri necə dəyişir?
Avropaya və Asiyaya açılan pəncərə olaraq Türkiyə təhsil həyatına başlamaq üçün ən ideal seçimlərdən hesab olunur. Bütün büdcələrə uyğun olması cəhətdən qardaş ölkənin uniersitetləri hər kəs üçün daha əlçatandır. Buraya təhsil haqqları, yaşayış xərcləri, nəqliyyat qiymətləri və s. daxildir. Əgər yetəri qədər əzmkarsınızsa Türkiyə burslarını qazanmaq üçün də müraciət edə bilərsiniz. Bu zaman aviabiletlərin təşkili, təhsil haqqları, yataqxana xərcləri kimi bütün lazımi xərcləriniz qardaş ölkə tərəfindən qarşılanacaq. Ancaq bursları bütün tələbələrin eyni anda qazanmasının mümkün olmadığını nəzərə alsaq, bu dəfəki məqaləmizdə ümumilikdə qardaş ölkədə mövcud olan təhsil haqqlarından bəhs edəcəyik. Odur ki, gəlin görək Türkiyədə təhsil qiymətləri necə dəyişir? Nə qədər münasibdir?
Türkiyədə təhsil qiymətləri universitetlərə görə necə dəyişir?
Avropa, Amerika universitetləri ilə ekvivalent təhsil xidmətləri təklif edən Türkiyə universitetləri qiymət cəhətdən daha münasib hesab olunur. Belə ki, universitetlərdən, onların təqdim etdiyi şərtlərdən, müxtəlif səviyyəli təqaüd şanslarından asılı olaraq Türkiyədə təhsil qiymətləri aralığı özəl ali tədris ocaqları üçün 1000-30.000 dollar, dövlət universitetlərində isə illik 300-10.000 dollar arasında dəyişir. Tibb, mühəndislik və s. kimi müxtəlif bölmələr üzrə illik ödənişlər digır ixtisaslarla müqayisədə bir qədər yüksək ola bilir. Eyni zamanda təhsil haqqları bakalavr, magistr, doktorantura pillələri üzrə fərqli aralıqlarda mövcuddur. Yuxarıda qeyd olunan qiymətlər özəl, dövlət, vəqf universitetləri üçün keçərli ola bilər ki, bu hər tədris ilində elan olunan rəsmi qəbul qaydalarında öz əksini tapır. Odur ki, hazırlaşdığınız il üçün cari məlumatları həmin universitetlərin və ya Türkiyə təhsil nazirliyinin rəsmi saytlarından əldə edə bilərsiniz.
Türkiyədə təhsil qiymətləri üzrə tələbəyə akademik nəticələrinə görə güzəşt edilə bilərmi?
Qardaş ölkəni bəzi universitetləri xarici tələbələr üçün tam (100%) və ya qismən (25%, 75% və ya 50%) təqaüd qazanmaq imkanları yaradır. Onların sırasına Koç Universiteti, Sabançı Universiteti, Üsküdar Universiteti, Acıbadem Universiteti, İstanbul Gelişim Universiteti, Nişantaşı Universiteti, Rumeli Universiteti, Fenerbahçe Universiteti və s. daxildir.
Türkiyədə yaşayış xərcləri necədir?
Türkiyə digər Avropa ölkələriylə müqayisədə yaşayış xərcləri baxımından daha münasibdir. Bununla yanaşı unutmaq olmaz ki, ümumilikdə yataqxana və yaşayış xərcləri şəhərə, şəraitə, universitetə, metrolara yaxın olma məsafəsinə, tələbənin həyat tərzinə və s. görə dəyişir. Yataqxanaların aylıq qiyməti bir nəfər üçün 80-100 azndən başlayaraq müxtəlif aralıqlarda dəyişir.
Türkiyədə təhsil qiymətləri hansı universitetlərdə daha ucuzdur?
Türkiyədə təhsil qiymətləri hər universitetə görə fərqli aralıqlarda dəyişir. Təhsil ekspertləri ilkin mərhələdə bacarıq və arzulara uyğun ixtisasın seçilməsini daha sonra daha münasib qiymətlər təklif edən universitetləri araşdırmağı məsləhət görür. Çünkü, hər universitetin fərqli peşələr üzrə təhsil haqqları fərqlidir. Məsələn, son dövrlərin ən sevilən və populyarlaşan Psixologiya fakültəsinin qiymət aralıqlarına aşağıdan nəzər sala bilərsiniz.
- Antalya Akev Universiteti – 99.000 TL
- Antalya Bilim Universiteti – (%25 Burslu) – 69.000 TL
- Beykoz Universiteti – (%50 İndirimli) – 69.120 TL
- Bilgi Universiteti – 125.000 TL
- Fatih Sultan Mehmet Vakıf Universiteti – (%50 Burslu) – 43. 500 TL, 87.000 TL
- Işık Universiteti – 103.600 TL
- Haliç Universiteti – 86.400 TL, İngiliscə- 90.720 TL
- İstanbul 29 Mayıs Universiteti – 60. 000 TL
- İstanbul Aydın Universiteti – 64.000 TL
- İstanbul Medipol Universiteti – 62.640 TL
- Toros Universiteti – 58.625 TL
- Üsküdar Universiteti – 79.175 TL
Türkiyənin ən nüfuzlu özəl universitetləri hansılardır?
Türkiyənin özəl universitetləri dövlət ali təhsil ocaqlarından geri qalmır. Yüksək səviyyəli təhsil, təcrübə keçmək imkanları, sonda beynəlxalq diplomlarla təminat və s. cəhətdən tələbələr heç bir məhdudiyyətlə qarşılaşmır.
- Koç Universiteti
- Bilkent Universiteti
- Sabancı Universiteti
- Bezmialem Vakıf Universiteti
- Çankaya Universiteti
- Başkent Universiteti
- İstanbul Rumeli Universiteti
- Atılım Universiteti
- TOBB Ekonomi ve Teknoloji Universiteti
- Acıbadem Universiteti
- Özyeğin Universiteti
- Yeditepe Universiteti
- Kadir Has Universiteti
- Bahçeşehir Universiteti
- İstanbul Medipol Universiteti
- Doğuş Universiteti
- İzmir Ekonomi Universiteti
- İstanbul Arel Universiteti
- Yaşar Universiteti
- İstanbul Bilgi Universiteti