Xaricde Tehsil

Atatürk universitetində qiyabi təhsil almaq üçün müraciətlər necə həyata keçirilir?

Atatürk Universiteti Türkiyənin ən qocaman və nüfuzlu ali təhsil ocağıdır. Hər il dünyanın dörd bir yanından beynəlxalq tələbələr buraya axın edir. 1957-ci ildə yaradılan universitetdə ilk olaraq əkinçilik, dil-ədəbiyyat, mühəndislik və memarlıq fakültələri var idi. Hazırda isə Atatürk Universitetində 17 fakültə, 5 yüksək məktəb, 15 peşə məktəbi, 6 institut və 16 araşdırma mərkəzi fəaliyyət göstərir. Universitetin “Açık ve Uzaktan Öğretim Fakültesi” isə 2010-cu ildən fəaliyyət göstərir. Fakültə yerli tələbələrlə yanaşı dünyanın dörd bir yanından qardaş ölkənin qocaman universitetinin məzunu olmaq istəyən minlərlə tələbəyə 30 subbakalavr, 13 bakalavr və 4 bakalavr bitirmə proqramı ilə xidmət göstərir. Bu isə namizədlərə günü-gündən inkişaf edən texnologiya dövrünün uğurlu istiqamətlərindən biri olan qiyabi (distant) təhsilin üstünlüklərindən yararlanmağa imkan verir. Qiyabi təhsil harada yaşamağınızdan, çalışmağınızdan asılı olmayaraq işlərinizi axsatmadan karyeranızda uğurla irəliləməyinizə bir stimuldur. Çünkü bəzən insanlar işlərin, ailə qayğılarının çoxluğu, zaman azlığı, şəxsi həyat çətinlikləri və s. ucbatından xəyallarından, hədəflərindən, arzuladıqları işlə məşğul olmaqdan uzaq düşür. Qiyabi təhsil almaq şansı isə bu zaman köməyinizə çatan ən böyük dəstəkçiniz ola bilər. Mövzunun aktuallığını nəzərə alaraq bu dəfəki məqaləmizdə nüfuzlu Atatürk universiteti qiyabi təhsil almaq üçün tələbələrə hansı imkanlar yaradır?, Müraciət şərtləri nələrdir? və s. kimi sualların cavablarından danışacağıq.

Müraciətlər necə həyata keçirilir?

Əcnəbi tələbələr universitetdə təhsil almaqla bağlı qeydiyyatdan keçmək üçün sənədlərini elan olunan tarixlərdə birbaşa və ya poçt vasitəsilə təqdim edir. Qeydiyyat formasını əldə etmək üçün “Açık ve Uzaktan Öğretim Fakültesi”nin rəsmi saytında qeydiyyat hissəsindəki “Uluslararası Öğrenci” bölməsinə daxil ola bilərsiniz. Namizədərə ilkin qeydiyyat prosesi başa çatdıqdan sonra SMS və ya elektron poçt vasitəsilə məlumat verilir. Ön-qeydiyyat prosesi başa çatdıqdan sonra namizədlərdən ödənişləri tələbə şəxsiyyət nömrəsiylə birgə qeyd olunan tarixlər arasında Halkbank, Vakıfbank və ya Ziraat bankına ödəmələri tələb olunur.

Hansı sənədlər tələb olunur?

Sözügedən universitetə müraciət etmək üçün hazırda tələb olunan sənədlər toplusu aşağıdakı kimidir.

  • Ərizə forması
  • Attestat sənədi
  • Attestat sənədinin Türkiyə nümayəndəliyi tərəfindən türk dilinə tərcümə olunmuş forması
  • Diplom ekvivalenti sertifikatı (Türkiyə Səfirliyindən alınır)
  • 2 ədəd pasport ölçülü fotoşəkil
  • Pasportun surəti və Türkiyə Səfirliyi tərəfindən türk dilinə tərcümə edilmiş nüsxəsi
  • Doğum haqqında şəhadətnamə (ikili vətəndaşlığı olanlar üçün)

Atatürk Universitetində qiyabi təhsil almaq üçün hansı bölmələr mövcuddur?

  • Biznes
  • Səhiyyə müəssisələrinin idarə edilməsi
  • Tibb bacısı
  • Cərrahiyyə üzrə tibb bacısı
  • Uşaq xəstəlikləri üzrə tibb bacısı
  • Psixoterapiya üzrə tibb bacısı
  • Türk təhsili
  • İlahiyyat və s.

Dərslər necə tədris olunur?

Qeyd etdiyimiz kimi, sadəcə attestat sənədi ilə Atatürk universitetində qiyabi təhsil almaq imkanından yararlana bilərsiniz. Qiyabi təhsil zamanı ildə iki dəfə, 6 aydan bir universitetə getməyiniz kifayət edəcək. İmtahanlar ildə 2 dəfə Türkiyədə, 2 dəfə isə Azərbaycanda (Bakıda) keçirilir. Əgər Türkiyədə keçirilən imtahanlarda uğur qazana bilməsəniz Azərbaycanda keçirilən imtahanlarda iştirak edə  bilərsiniz. İmtahanlar Türkiyənin İzmir. Ankara İstanbul və s şəhərlərində keçirilir. Təhsil müddəti 4 ildir və müraciət üçün hər hansısa yaş məhdudiyyəti yoxdur. Universitet tələbələri bütün vəsaitlərlə pulsuz təmin edir. Qeyd edək ki, qiyabi təhsil alan tələbələrə hərbi möhlət hüququ verilmir. Hərbi möhlət hüququ yalnız əyani təhsil alanlar üçün keçərlidir.

Qiyabi təhsil üçün illik təhsil haqqı nə qədərdir?

İllik təhsil haqqı ilə bağlı məlumatları universitetin rəsmi saytından əldə edə bilərsiniz. Çünkü hər il qiymətlər fərqli ola bilər. Ümumilikdə təhsil haqqı ödənişləri ortalama olaraq 1200 TL- dən başlayaraq dəyişir. Tələbələrə təhsil haqqını ildə iki dəfə yəni 6 aydan bir ödəmək şansı yaradılır.

Atatürk Universitetində qiyabi təhsil üçün hansı sənədlər tələb olunur?

  • Ərizə forması
  • Attestat sənədi
  • Attestat sənədinin Türkiyə nümayəndəliyi tərəfindən türk dilinə tərcümə olunmuş forması
  • Diplom ekvivalenti sertifikatı (Türkiyə Səfirliyindən alınır)
  • 2 ədəd pasport ölçülü fotoşəkil
  • Pasportun surəti və Türkiyə Səfirliyi tərəfindən türk dilinə tərcümə edilmiş nüsxəsi
  • Doğum haqqında şəhadətnamə (ikili vətəndaşlığı olanlar üçün)

Kimlər qiyabi təhsil üçün müraciət edə bilər?

Qiyabi təhsil üçün hər hansısa yaş, cins məhdudiyyəti yoxdur. Təhsil almaq istəyən hərkəs müraciət edə bilər.

Dərslər nə zaman başlayır?

Bu barədə “Uzaktan Egitim” fakültəsinin  rəsmi saytındakı “Akademik Takvim” bölməsində qeyd olunur.

Qeydiyyat tamamlandıqdan sonra məlumatları haradan izləmək olar?Tələbələr şəxsi və dərsləri haqqında məlumatlara Öğrenci Bilgi Sistemi (OBS) vasitəsilə daxil ola bilərlər.

Yazını dəyərləndir post

Əlaqəli yazılar

Digər yazılar
Close
Back to top button