Əvəzliyin məna növləri
Əvəzliyin əsas xüsusiyyəti bütün əsas nitq hissələrini əvəz etməkdir. Əvəzlik əvəz etdiyi əsas nitq hissəsinin sualına cavab verir. Əli ( isim) gəldi, o ( əvəzlik) gəldi.
Əvəzliyin ismi əvəz etməsi : atam gəldi – o gəldi.
Əvəzliyin sifəti əvəz etməsi : gözəl qız – bu qız
Əvəzliyin sayı əvəz etməsi : beş kitab – neçə kitab
Əvəzliyin zərfi əvəz etməsi : ucadan oxu – belə oxu
Əvəzliyin əvəzliyi əvəz etməsi : O getdi – Kim getdi
Əvəzliyin mənaca növləri :
- Şəxs əvəzlikləri
- Qeyri – müəyyən əvəzlikləri
- İşarə əvəzlikləri
- Sual əvəzlikləri
- Təyini əvəzlikləri
Şəxs əvəzlikləri
İsmi əvəz edərək kim? nə? suallarından birinə cavab verir. Bu əvəzliklər səxsə və kəmiyyətə görə fərqlənir : tək və cəm olur.
- Şəxs əvəzlikləri quruluşca yalnız sadə olur
- Şəxs əvəzlikləri hallanır. Mən və sən əvəzliklərindən başqa, digər şəxs əvəzlikləri cəmlənə bilir.
- Şəxs əvəzlikləri cümlədə mübtəda, tamamlıq və xəbər olur.
Mən və biz əvəzlikləri hallandıqda yiyəlik halda – in yox, – im şəkilçisini qəbul edir. Şəxs əvəzlikləri mənsubiyyətə görə dəyişmir, ad bildirmir, qeyri – müəyyən təsirlik halda olmur. Bəzən biz, siz, onlar əvəzlikləri yönlük halda işlənərək yer – məkan məzmununu bildirir. Bu zaman yer zərifliyi olur. Mən onlara ( sizə ) gedirəm. Rəsmiyyət və hörmət mənasında siz
əvəzliyi böyük hərflə yazıla bilər. Məsələn : Sizi alqışlayıram.
Qeyri – müəyyən əvəzliklər
Qeyri – müəyyən əvəzliklər də şəxs əvəzlikləri kimi ismi əvəz etsə də, onların mənasında qeyri – müəyyənlim var.
🔹Qeyri – müəyyən əvəzliklər bunlardır : hamı, hər kəs, hər nə, heç nə, hər şey, hərə, bəzisi, kim isə, kimsə, nəsə, biri, kimi, filankəs, birisi, bəziləri
?Qeyri – müəyyən əvəzliklər sadə ( hərə, hamı) düzəltmə ( kimsə, nəsə) mürəkkəb və tərkibi ( filankəs, nə isə, hər şey) olur.
?Qeyri – müəyyən əvəzliklər hallanır : kimi, kiminin, kimini, ki ində, kimindən
İstisna :Kim isə, nə isə əvəzlikləri nə hallanır, nə də mənsubiyyət şəkilçisi qəbul edir. Bəzi
əvəzliyi yalnız mənsubiyyət şəkilçisi qəbul etdikdən sonra hallanır.
Qeyri – müəyyən əvəzliklər, əsasən mənsubiyyətə görə dəyişə bilir.
Qeyri – müəyyən əvəzliklər kim? nə? suallarından birinə cavab verir.
Bəzi qeyri – müəyyən əvəzliklər cəmlənə də bilir. Hamı, hərə, kimi, biri və s kimi əvəzliklər hallana bilmir.
Qeyri – müəyyən əvəzliklər cümlənin mübtədası, tamamlığı,xəbəri olur. Yalnız bəzi əvəzliyi sifəti əvəz edərək cümlənin təyini də ola bilir.
İşarə əvəzlikləri
Kimə və ya nəyə isə işarə məqsədi ilə işlədilən əvəzliklərə işarə əvəzliyi deyilir.
- İşarə əvəzlikləri aşağıdakılardır: o, bu, elə, belə, həmin
- İşarə əvəzlikləri necə? nə cür? hansı? suallarından birinə cavab verir.
- İşarə əvəzlikləri quruluşca yalnız sadə olur.
- İşarə əvəzlikləri sifəti və zərfi əvəz edə bilir. Yəni əşyaya aid olduqda sifəti, ə
- hərəkəti izah etdikdə isə zərfi əvəz edir.
- İşarə əvəzlikləri cümlənin təyini və zərifliyi. xəbəri ola bilir. “Həmin” dən başqa, digər işarə əvəzlikləri bəzən sifət kimi isimləşərək cümlənin mübtədası, tamamlığı da ola bilir.
- O, bu işarə əvəzlikləri hallanır, amma mənsubiyyətə görə dəyişə bilmir.
- Elə, belə işarə əvəzlikləri sifəti əvəz etdikdə, mənsubiyyət şəkilçisi qəbul edəndən sonra hallanır və cəmlənir : eləsini,belələri
- Həmin əvəzliyi ismin heç bir xüsusiyyətini qəbul edə bilmir, yalnız sifəti əvəz edə bilir.
- O, bu əvəzlikləri cümlədə mübtəda vəzifəsində çıxış edərsə, onlardan sonra vergül qoyulmalıdır.
Qeyd : ” O” əvəzliyi həm şəxs, həm də işarə əvəzliyidir. Onları yalnız cümlə və ya söz birləşməsi tərkibində müəyyənləşdirmək olar. Bu əvəzlik işarə məqsədilə işlənərək cümlənin təyini olarsa işarə, mübtəda, tamamlıq vəzifəsində işlənırsə,şəxs əvəzliyidir.
Təyini əvəzliklər :
Əşyanı ümumi şəkildə müəyyən etmək üçün işlədilən əvəzliklərə təyini əvəzliklər deyilir.
- Təyini əvəzliklər bunlardır : hər, bütün, filan, öz
- Təyini əvəzliklər işarə əvəzliyi kimi sifəti əvəz edir.
- Təyini əvəzliklər quruluşca yalnız sadə olur.
- Təyini əvəzliklər necə? hansı? suallarına cavab verir.
- Heç bir təyini əvəzlik cəmlənə bilmir
- Öz Əvəzliyindən başqa bütün təyini əvəzliklər yalnız cümlənin təyini olur, yəni isimləşə bilmir.
- Öz əvəzliyi şəxs əvəzliyini də əvəz edə bilir
Sual əvəzliyi
Bütün əsas nitq hissələrinin sualları sual əvəzlikləridir. Kim? necə? neçə? nə etdi? və s. Sual əvəzlikləri əvəz etdikləri nitq hissələrinin əlamətlərini özündə daşıyır.
- Sual əvəzlikləri əvəzliklər də daxil olmaqla bütün əsas nitq hissələrini əvəz edir.
- Sual əvəzlikləri quruluşca sadə ( nə? hara), düzəltmə ( neçənci?) və tərkibi ( nə etdi? nə üçün?) olur
- Bəzi sual əvəzlikləri bir neçə nitq hissəsini əvəz edə bilir :
1.Kim? və nə? : isim və əvəzliyi – Nicat gəldi – O gəldi – kim?
2.Necə?: sit və zərfi – belə adam, belə gülmə – necə?
3.Hansı? :sifət və say – birinci sinif, aşağıdakı quş – hansı?
4.Hara? :isim və şifahi formada zərfi – Bakı gözəldir, Ora getmə – hara? (haraya)