Azərbaycan Dili

Fonetik norma

Müasir Azərbaycan dili mükəmməl, sabit normalara malikdir və bu dilin dəyişilməzliyindən ( sabitliyindən) irəli gəlir. Həmin normalar müəyyən tarixi təkamülün nəticəsidir. Bu normlar dialekt və şivələrdəki. xalq danışıq dilindəki qeyri – mükəmməl və qeyri – sabit normalardan fərqlənir. Dilin daxili quruluşunu onun fonetikası, leksikası, qrammatikası təşkil edir.

Buna uyğun olaraq, ədəbi dilin aşağıdakı normaları meydana çıxır :

  1. fonetik norma.
  2. leksik ( leksik – semantik) norma.
  3. qrammatik (morfoloji və sintaktik) norma.

Orfoepik və orfoqrafik normalar dilimizin fonetik və qrammatik normaları əsasında yaranır. Türk dillərinin o cümlədən də Azərbaycan dilinin iltisaqi quruluşa malik olması onların ədəbi normalarının xaraqterini, tipologiyasını müəyyən edir. Ədəbi dilin normaları bir sistem olsa da, onların müstəqilliyi də vardır

Nitq mədəniyyətinin ən mühüm, hamıdan tələb olunan şərti ədəbi dilin normalarına riayət etməkdən ibarətdir. Dilimizin fonetik, leksik, qrammatik normaları normativ qrammatikalarda, dərslik və lüğətlərdə əks olunur.

Fonetik norma

Ümumxalq dilində söz müxtəlif variantlarda işlənsədə, ədəbi dildə ancaq bir variantda tələffüz olunur və yazılır. Fonetik norma iki yerə bölünür : orfoepik, orfoqrafik.

  • Ədəbi dildə sözün tələffüz qaydası orfoepik norma adlanır. Azərbaycan ədəbi dilinin orfoepik lüğətlərdə əks olunur.
  • Ədəbi dildə sözün yazılış qaydası orfoqrafik norma adlanır. Orfoqrafik norma orfoqrafiya lüğətlərində əks olunur.
  • Xüsusi isimlərin böyük, ümumi isimlərin kiçik hərflərlə yazılması, mürəkkəb sözlərdə ki defis işarəsinin qoyulması, durğu işarələrinin istifadəsi orfoqrafik norma ilə müəyyənləşir.
  • Həm orfoepik, həm orfoqrafik normalar dilin fonetik quruluşu ilə müəyyən edilir.
  • Fonetik normada dəyişmə gec olur.

Hər bir dildə, o cümlədən də Azərbaycan dilində bir sıra sözlərin tələffüz ilə yazılışı arasında müəyyən fərqlər özünü göstərə bilir. Bu baxımdan dilimizdə elə sözlər vardır ki, onları tələfüz edildiyi kimi yazmaq, yaxud əksinə, yazıldığı kimi tələffüz etmək səhvdir. Məsələn : [ ik’tidar] deyilir, iqtidar yazılır, [ ma:vin] deyilir, müavin yazılır və s.

Deməli fonetik norma iki şəkildə təzahür edir: düzgün yazı təzahürü – orfoqrafiya, düzgün tələffüz təzahürü – orfoepiya.

  • Əgər orfoepik,ya da ki, orfoqrafik norma pozulubsa, onda fonetik norma pozulmuş sayılır.
  • Durğu işarələrindən səhv istifadə orfoqrafik normanın pozulmasıdır.

Fonetik normanın pozulması kimi başa düşülməlidir :

  1. Xüsusi isimlərin böyük hərflərlə yazılmaması: Hər zaman yer günəş ətrafında fırlanır.
  2. Dırnaq işarəsinin qoyulmaması: Mən Xosrov və Şirini oxudum.
  3. Defisin qoyulmaması: tez tez, 25 ci, qeyri – adi və s.
  4. Rum rəqəmlərindən sonra sıra sayını düzəldən şəkilçinin qoyulması: X – cu
  5. Sıra sayının şəkilçisinin səhv yazılması: 5 – ncı, 20 – si Yanvar və s.
  6. Sözü sətirdən sətirə keçirəndə edilən səhvlər : a – lan, vət – ən və s.
  7. Tələffüzdə vurğu Dan düzgün istifadə edilməməsi: ( orfoepik norma) Kənd camaatı yayda kəndə köçürdü və s.
4/5 - (33 votes)

Əlaqəli yazılar

Digər yazılar
Close
Back to top button