Azərbaycan Dili

İsim nəyə dəyilir?

Ümumi qrammatik mənasına görə əşyanın adını bildirən əsas nitq hissəsinə isim deyilir. İsim kim? nə? hara? suallarından birinə cavab verir. İsimin özünəməxsus cəhətləri var ki, onları başqa nitq hissələrində görmürük.

İsmə məxsus xüsusiyyətlər:

  1. Konkret və ya mücərrəd olur.
  2. Ümumi və ya xüsusi olur.
  3. Tək və ya cəm olur.
  4. Mənsubiyyətə görə dəyişir.
  5. Hal şəkilçisi qəbul edir (hallanır).
  6. Şəxs ( xəbərlik) şəkilçisi qəbul edir.

İsmə aid bu xüsusiyyətlərin içində ilk ikisini çıxmaq şərti ilə digərlərinin qrammatik ( morfoloji) göstəriciləri ( şəkilçiləri) var.

Konkret və mücərrəd isimlər

Bütün əşyaların, varlıqların adını bildirmək İsimin birinci əlamətidir. Varlıqlar isə şərti olaraq müəyyən qruplara bölünə bilər ki, onlardan biri də gözlə görünə bilən görünməyən varlıqlardır. Gözlə görünə bilinən, əllə toxunulması mümkün ola bilən isimlər konkret isimlərdir. Şəklini çəkə bildiyimiz isimlər də konkret isimlərdir. Bir sözlə, fiziki olaraq mövcud olan isimlər konkret isimlərdir.

Məsələn : maşın, bulud, hərf, mühəndis, hava, külək və s. Mücərrəd isimlərdə isə bu xüsusiyyətlər yoxdur. Belə varlıqlar yalnız xəyallarda, düşüncələrdə mövcuddur və nə? sualına cavab verir : qüssə, yaddaş, zaman, əmək, hiyləgərlik və s. Mücərrəd isimlərin bəzisi cəm şəkilçisi ilə işlənmir. Məsələn : insanlıq, düşüncəsizlik, yoldaşlıq və s. Elə isimlər də var ki,həm konkret, həm də mücərrəd isim kimi başa düşülə bilər. Məsələn : analıq, atalıq, bacılıq və s. Analığım gəldi (konkret), analıq hissi ( mücərrəd).

İsim neye deyilir?

Ümumi və Xüsusi isimlər

Əşyalar cəmiyyətdəki mövqeyinə və həmcinsliyinə görə iki qrupa bölünür :

  • Ümumi isimlər
  • Xüsusi isimlər

Bunlar arasında oxşar cəhətlər var. Hər ikisinin əşya adı bildirməsi,hallanması,mənsubiyyətə görə dəyişməsi və quruluş baxımından üç yerə bölünməsi oxşar cəhətlərdəndir.

Ümumi isimlər eynicinsli əşyalara verilən adlarıdır: ağac, gül, küçə, daş. yol, kənd və s.

Eynicinsli əşyaları bir – birindən fərqləndirmək üçün onları  hər birinə verilən adlara xüsusi isimlər deyilir:  “Mehman” (povest), “Azərbaycan” ( qəzet), Araz ( insan və ya çay adı) və s. Xüsusi isimlərin ümumi isimlərdəm bir sıra fərqli cəhətləri var:

  • İşlənmə yerindən aslı olmayaraq ilk hərfi həmişə böyük yazılır.
  • Ancaq konkret olur.
  • Sinonimi. omonimi olmur.

Xüsusi isimlər bir sıra növlərə bölünür:

  1. İnsan adlarını və soyadlarını bildirənlər: Vidadi, Məhəmməd, Elşən, Zərdabi, Gəncəvi, Axundzadə və s.
  2. Yer adlarını bildirənlər : Təbriz, Xankəndi, Şuşa, Türkiyə və s.
  3. Əsər və mətbuat adları : İskəndərnamə”, ” Vaqif”, ” Səs” (qəzet) və s.
  4. Heyvanlara verilən adlar : Dürat, Alaş, Məstan, Bozdar, Alapaça və s.

Xüsusi isimlərin əksəriyyəti sadə, düzəltmə, mürəkkəb, konkret, mücərrəd olan ümumi isimlərdən yaranır. Məsələn : Hikmət, İsmət, Arzu, Ulduz, Topxana, Tovuz və s. Bəzi hallarda xüsusi isimlər də ümumiyə çevrilir. Məsələn : sirab, badamlı. şampan, kalaşnikov, plombir, mersedes və s.

 📌 Elə xüsusi isimlər var ki, başqa nitq hissələrindən düzəlir: Mehriban, Qorxmaz, Əziz – sifətdən, Sevil, sevər – feildən yaranmışdır. Bu cür xüsusi isimlər,ümumiyyətlə, tərkibinə görə təhlil edilmir.

İsimlərin Quruluşca Növləri

İsimlərin quruluşca üç növü var :sadə, düzəltmə, mürəkkəb.

Sadə isimlər heç bir leksik şəkilçi qəbul etmir. Yalnız qrammatik şəkilçi qəbul etmiş isimlər də sadə isimlərdir. Məsələn : şeir  şeirimiz, ağac ağaclar, maşın  maşını, kitab kitabdır və s.

Düzəltmə isimlər isə kökdən və leksik şəkilçidən ibarət olur. Düzəltmə isimlər əsasən isimlərə və feillərə leksik şəkilçilər artırmaqla yaranır. Yalnız – lıq (liq,luq,lüq)  şəkilçisinin köməyi ilə isim, sifət, say

əvəzlik və zərfdən isim düzəltmək olur. Məsələn : istilik, düzlük. çoxluq,mənlik, gerilik,yaxınlıq və s. Bu cür isimlər, əsasən, mücərrəd isimlərdir.

Mürəkkəb isimlər sintaktik yolla, iki və daha artıq sözün birləşməsi ilə yaranır. Mürəkkəb isimlər yazılışına görə iki yerə bölünür : bitişik yazılanlar, defislə yazılanlar.

Bitişik yazılan mürəkkəb isimlər bir vurğu altında deyilir.

4.5/5 - (602 votes)

Əlaqəli yazılar

Digər yazılar
Close
Back to top button