Nədir?

Kifoz nədir?

Kifoz – onurğanın önə doğru əyilməsinə verilən addır. Onurğanın bu cür əyilməsi qozbellik şəklində özünü biruzə verir.Buna görə də el arasında kifoz olanlara qozbel deyilir.

Bu anadangəlmə vəya sonradan yaranır.
Kifoza masa arxasında uzun müddət işləyən, ayaq üstə dayanan və ya əyilərək işləməli olanlarda, həmçinin revmatizmadan əziyyət çəkən insanlarda, orta yaşdan yuxarı yaşlılarda daha çox rast gəlinir.

Hər yaşda görülə bilər, lakin daha çox yaşlı qadınlarda olur.
Uşaqlıq dövründə yaranan kifoz; ürək və ağciyər xəstəliklərini tutulma riskini artıra bilər.
İrəli yaşda meydana gələn kifoz isə ağciyərin tənəffüs qabiliyətini azaldır.

Əyrinin böyüklüyü xəstəliyin şiddətini müəyyənləşdirir. Onurğa əyrisi nə qədər böyükdürsə, vəziyyət bir o qədər ciddidir.

Kifozun əlamətləri nələrdir?

Kifozun simptomları onun şiddətindən asılı olaraq daha az və ya daha az görünür.

  • Kürəyin formasında əyrilik
  • Duruşun pozulması
  • Kürək  və ya çiyin ağrısı
  • Nəfəs darlığı
  • Həddindən artıq yorğunluq
  • Çiyinlərin önə doğru düşməsi

İnsanların onurğasında 15-45 dərəcədə müəyyən bükülmə vardır. Bucaq 45  dərəcə və daha yuxarı olduqda isə hiper (ifrat) kifoz baş verir.

Kifozun yaranma səbəbləri :

– yanlış duruş və ya oturuş
– doğum qüsurları
– əzələ iflici
– yaralanmaların və cərrahi müdaxilələrin nəticəsində;
– onurğanın sıxılma nəticəsində yaranan onurğa sınıqları
 – irsiyyət;
– osteoporoz
– disk yırtıqlarının və sinir köklərinin sıxılması

Kifozun növləri

1. Postural kifoz – qamətlə bağlı onurğanın qabarması; Kifozun ən çox rast gəlinən növüdür.  Postural kifozu yaradan səbəblər:

  • Qeyri-düzgün oturma tərzi
  • Uşaqlarda ağır məktəb çantası, böyüklərdə ağır yükün daşınması
  • Uzun müddət əyri qamətdə olmaq

Postural kifozun düzəlməsi üçün fiziki məşqlərdən əlavə cərrahiyə üsuluna gedilə bilər.
16 yaşdan kiçik uşaqlar üçün isə korsetdən istifadə daha məqsədə uyğundur.

2. Kongenital kifoz – Anadangəlmə kifozdur. Bu növdə yaş artdıqca daha çox önə əyilmə baş verir.  
3. Scheuermann kifozu  – Bu kifoz adətən 8-12 yaş arası uşaqlarda olur. Orta dərəcədə Scheuermann üçün korsetdən istifadə edilir.

Yaşla əlaqəli kifoz ümumiyyətlə onurğanın sümüklərinin sıxılmasına və ya çatlamasına səbəb olan zəiflikdən qaynaqlanır. Kifozun digər növləri körpələrdə və ya yeniyetmələrdə onurğanın qüsuru və ya onurğa sümüklərinin zamanla sıxılması səbəbindən baş verə bilər.

Yüngül kifoz bir neçə problemə səbəb olur. Şiddətli kifoz ağrı və eybəcərliyə səbəb ola bilər. Kifozun müalicəsi yaşınızdan və əyriliyin səbəb və təsirindən asılıdır.

1/5 - (1 vote)

Əlaqəli yazılar

Digər yazılar
Close
Back to top button