Ali Tehsil

Magistratura ixtisas seçimi

Magistratura ixtisas seçimi zamanı artıq təhsil almaq istədiyiniz sahəni dəqiqləşdirməlisiniz. Bakalavr təhsili zamanı bir çox abituriyent valideynlərinin, müəllimlərinin məsləhəti ilə ixtisas seçimi edir. Demək olar ki, bunun nəticəsində də ixtisasını özü seçməyən və seçvəyən çox sayda kadr yetişir. Lakin magistr təhsili zamanı artıq müəyyən yaşa gəlmiş, yetkin insan olunduğu üçün sevdiyi ixtisasa yiyələmək, həm də mükəmməl səviyyədə daha əlçatan olur. Magistratura ixtisas secimini ise tələbə özü qərar verərək etməlidir.

Təhsil.com.az komandası olaraq ali təhsilini bitirməkdə olan və bitirmiş tələbələrin marağında olan magistartura haqqında bütün suallarınızın cavabını bu məqalədə hazırladıq.

Magistr təhsili nədir?

magistratura bakalavr təhsil sistemi əsasında istənilən bir sahə üzrə təhsil və tədqiqatın nəticələrini aşkara çıxarmaq məqsədilə yaradılmış yüksək təhsil almağı hədəfləyən ali təhsildir. Magistratura təhsili bir çox ölkələrdə həmçinin ölkəmizdə ixtisas sahibinin peşəsinə tam bələd olması, tam şəkildə ixtisaslaşması amanı başa çatır ki, bu müddət adətən 2 illik olaraq müəyyənləşdirilmişdir. Azərbaycan vətəndaşları hə ölkəmizdə, həm də xaricdə magistratura təhsili ala bilər.

Magistratura imtahan mərhələsi.

Magistratura imtahanı 2 mərhələlidir. İlk mərhələ qış aylarında, ikinci mərhələ isə yay aylarında baş tutur. İmtahanlar zamanı bakalavrlərin məntiqi təfəkkürü, informatika və xarici dil bilikləri yoxlanılır.

  • Məntiq üzrə – 50 sual
  • İnformatika üzrə – 25 sual
  • Xarici dil üzrə- 25 sual tərtib və təqdim olunur.

İmtahan müddəti 3 saatdır. Hər düzgün cavab 1 bal ilə qiymətləndirilir.

Magistratura ixtisas seçimi haqqında.

magistratura ixtisas seçimi edə bilmək üçün hər il yeni jurnal formaları tərtib olunur. Həmin jurnallarda ölkəmizdə təhsil ala biləcəyiniz ixtisaslar, onların keçid balları və univeristetlərin adları qeyd edilir. Seçim zamanı yeni jurnal gec çıxdığı üçün keçən ilki jurnallara göz gəzdirərək qəbul ola biləcəyiniz ixtisasları təxmin edə bilərsiniz.

Magistratura ixtisas seçimi necə edilir?

  1. Dim.gov.az-a daxil olursunuz.
  2. Saytda sol yuxarı hissədə bakalvrların elektron ixtisaslaşma seçimi ərizəsi bölməsinə “klik” etməlisiniz.
  3. Daha sonra siz elektron hökümət portalına yönləndiriləcəksiniz və orada ilk bənddə yazılmış olan “Magistratura səviyyəsinə qəbul olmaqistəyən bakalvrların elektron ixtisaslaşma seçimi ərizələrinin onlayn qəbulu” bölməsini seçirsiniz.
  4. Yeni bir pəncərə açılacaqdır ki, şəxsi kabinetə daxil olmaq üçün şəxsiyyət vəsiqənizin FİN Kodunu və şifrənizi yazaraq daxil olursunuz.
  5. Açılan yeni səhifədə qarşınıza çıxan pəncərədə aşağı hissədə “Məlumatı oxudum” hissəsini seçib tədiqləyirsiniz.
  6. Qəbul olmaq istədiyiniz ixtisasın proqramını seçməlisiniz.
  7. “Klik”lədikdən sonra veb-saytın özü sizin qəbul ola biləcəyiniz proqramları göstərəcəkdir ki, arzu etdiyiniz proqramı seçib “yadda saxla” düyməsini sıxmalısınız.
  8. İxtisasları görmək üçün səhifəni yeniləmək lazımdır.
  9. Açılan yeni səhifədə sizlər seçmək istədiyiniz ixtisasları və onların kodlarını görə biləcəksiniz.
  10. Keçid balına görə deyil də ilk yerlərə öz sevdiyiniz ixtisasları yazın.

Magistratura təhsili almaq vacibdirmi?

Əlbəttə ki, magistr təhsilini alıb-almayacağını qərarlaşdıran yeganə şəxs tələbənin özü olmalıdır. Yəni dəqiq bir yaş həddi, bir zaman yoxdur ki, magistr təhsili almaq üçün vacib olsun. Siz univeristeti bitirdikdən dərhal sonra da qeydiyyatdan keçə bilərsiniz, 5 il sonra da. Bakalvr təhsil dövrü müddətində fərd öz arzu və istədiklərini, seçdiyi ixtisası sevib-sevmədiyini, bu sahədə işləyib-işləməyəcəyini qərarlaşdırır. Özündə kəşf etdiyi potensialları ilə tanış olur. Artıq ixtisaslaşmış, tək nəzəri deyil, praktiki bacarıqlara da sahib olmaq istədiyi sahəni, harada təhsil almaq istədiyini müəyyənləşdirir. Xaricə üz tutan tələbələr arasında məhz magistr təhsili seçənlər çoxluq təşkil edir deyə bilərik. Professional bir kadr olmaq istəyənlər üçün magistratura təhsili olduqca əhəmiyyətlidir.

4.5/5 - (13 votes)
Back to top button