Ali Tehsil

Magistratura keçid balları

Magistraturaya qəbul imtahanınında bakalavrların məntiqi təfəkkürü, informatika və xarici dili bilmə səviyyələri yoxlanılır. İmtahan test üsulu ilə keçirilir. İmtahanda bakalavrlar üçün məntiqi təfəkkür üzrə 50,xarici dil üzrə 25, informatika üzrə 25 test tapşırığı olur. Blokların hər biri üzrə son 5 sual açıq formalı test tapşırıqlarından ibarətdir. İmtahan suallarının cavablandırılması üçün 3 saat vaxt verilir. Hər düzgün cavab 1 balla qiymətləndirilir.

İmtahanda topldadıqları balı DİM tərəfindən müəyyən olunan şərtləri ödəyən bakalavrlar müsabiqəyə buraxılır.

Azərbaycan ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul olunanların siyahısı, ixtisaslaşmalar üzrə minimal keçid balları, o cümlədən dövlət sifarişi üzrə müsabiqə nəticəsində formalaşmış keçid balları və digər zəruri məlumatlar  ” Magistr” jurnalının 5-ci nömrəsində dərc olunur.

Magistr proqramları ( ixtisaslaşmaları) üzrə boş qalan yerlərin siyahısı və həmin yerlərin müsabiqəsində iştirak etmək üçün elektron ixtisas seçimi seçimi haqqında elan DİM elektron saytında və ya ” Magistr”  jurnalının növbəti sayında təqdim edilir.

Bu il Ali təhsil müəssisələrinin və Milli Elmlər Akademiyasının magistraturalarına qəbul qaydalarında dəyişiklik olunub.

Dəyişikliyə görə beynəlxalq təcrübədə də olduğu kimi magistraturaga qəbul imtahanın yalnız bir mərhələdə – ümumi intellekt səviyyəsinin  ( məntiqi təfəkkürün), informatika və xarici dil üzrə biliklərin qiymətləndirilməsi üzrə keçirilməsi nəzərdə tutulub.

Magistarura pilləsinə qəbul üçün imtahan verən bakalavrların nəticələri qənaətbəxş olmadığı halda Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ( TQDK) bəzi ixtisaslar üzrə keçid ballarını aşağı salır. upperedu.az

TQDK xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə keçid balını 50-40 a, müəyyən proqramlar üzrə 45-ə endirir.

İİM və HSM istiqamətlərinə daxil olan ixtisaslaşmaları (xüsusi qabiliyyət tələb edən ixtisaslaşmalar istisna olmaqla) topladığı bal 50-dən, TM, TTM, MM, TEM və ETM istiqamətlərinə daxil olan ixtisaslaşmaları topladığı bal 45-dən, ATM və HSM istiqamətlərinə daxil olan ixtisaslaşmaları topladığı bal 40-dan az olmayan bakalavrlar seçə bilərlər.

Magistaturaya qəbulun ikinci mərhələsində ilk mərhələdən uğurla keçən bakalavrlar ixtisaslaşma üzrə imtahan verirlər. İmtahanda bakalavrlara seçdikləri proqram istiqaməti üzrə 50 sual təqdim edilir. İxtisaslaşma seçimində iştirak etmək üçün bakalavrların məntiqi təfəkkür, xarici dil və informatika fənni üzrə nəticələrinə məhdudiyyət qoyulmur.

4.8/5 - (54 votes)
Back to top button