Coğrafiya

Mars planeti haqqinda melumat

Mars planeti  qırmızı planetdir, Yerdən qırmızı – narıncı rəngdə görünür. Planet üçün atmosferin, buludların, qütblərdə “buz papaqlar” ının, səthində qaranlıq sahələrin olması səciyyəvidir. Onun qütb sahələrində karbon qazının donması nəticəsində yaranan örtüklər (” ağ papaqlar”) bəzən yox olur. Küləklər Marsın səthində sarı rəngli toz buludları yaradır. Onlar planetin Yerdən görünməsinə mane olur. Onun səthində temperatur Yerdəkinə  nisbətən xeyli aşağıdır. Yalnız ekvator üzərində yayda temperatur 0° C – dən yuxarı qalxır. Marsda qütblərdə və buludlarda buz kristallarının formasında su müəyyən edilmişdir. Mars planetində katerlər vardır. Vulkanların fəaliyyəti indi də davam edir. Burada olan dağlar 11 – 13 km – dək yüksəlir.

Planetin səthində olan açıq qırmızı sahələr  “materiklər” adlanır. Onun üzərindəki  “dənizlər” isə tünd qırmızı rəngdə görünür. Dənizlər qumlu səhralardır, materiklər isə yaylalara uyğun gəlir.

Mars Günəş sistemindəki 4-cü planetdir.  O, həm də səmada adi gözlə müşahidə oluna bilən az sayda planetdən biridir.  Mars Günəş sistemindəki ilk 3 planet kimi qayalı planetdir.  Mars planetimizə ən yaxın nöqtəsində 56 milyon kilometr, bizdən ən uzaq nöqtədə isə təxminən 400 milyon kilometr məsafədədir.

Marsı kimin kəşf etdiyi barədə bir nəticə çıxarmaq mümkün deyil . Çünki bu planeti adi gözlə müşahidə etmək olar və qeydə alınan sənədlər 4000 il əvvələ gedib çıxır.  Lakin Marsı teleskopla müşahidə edən ilk şəxs 1610-cu ildə Qalileo Qaliley olmuşdur.

Yerdən qırmızı göründüyünə görə ona Qədim Yunan əfsanələrinin MüharibəAllahının adı verilmişdir. Demos və Fobos Marsın təbii peykləridir. Peykləri 1877 – ci ildə A. Xolç kəşf etmişdir.

Geoloji araşdırmalara görə, milyardlarla il əvvəl Marsın axan suları və dərin mavi səması olduğu düşünülür.

Çox nazik atmosferə malik planetin qırmızı rəngdə görünməsinin səbəbi torpaq strukturunda olan dəmir minerallarının oksidləşməsi (başqa sözlə paslanır) nəticəsində bu rəngi alan birləşmələrin əmələ gəlməsidir.

Mars planetinin xüsusiyyətləri:

 Orbital xassələri

Mars planetinin orbiti digər xarici planetlərlə müqayisədə çox yüksək basıqlığa (0,093) malikdir.  Beləliklə, çox elliptik orbitdə dolanır.  İş o yerə çatıb ki, planet qışgündönümü olduqda onun Günəşə olan məsafəsi təqribən 207 milyon kilometrdir, yaygündönümü vəziyyətində isə bu məsafə 249 milyon kilometrə qədər artır.  Bu Mars planetinin iqliminə çox əhəmiyyətli təsir göstərir.

Planetin Günəş ətrafında bir tam orbitini Yerinki qədər çox qısa müddətdə (24,6 saat) tamamlaması üçün 687 gün lazımdır.

Mars planetinin orbitinin Yer orbiti ilə oxşarlığı bununla bitmir.  Planetin fırlanma oxunun orbital müstəvisinə nisbətdə meyli də Yerinki kimi 25 dərəcədir (Yerinki 23,4 dərəcədir).

Fiziki xüsusiyyətləri :

Marsın radiusu təqribən 3394 kilometrdir.  Bu dəyər Yerin radiusunun demək olar ki, yarısına uyğundur (Yer üçün 6371 kilometr).

Planetlərin kütləsini təyin etməyin dolayı yollarından biri Keplerin üçüncü qanununu planetin orbitində fırlanan peykə tətbiq etməkdir.  Mars planetinin də Yer kimi təbii peykləri (və ya Yerdən daha çox) olduğundan, biz bu üsulu Marsa da tətbiq edə bilərik.  Beləliklə, Marsın kütləsini 6,5×1023 kq, başqa sözlə, Yerin təxminən 1/10 hissəsi kimi tapırıq.  Daha dəqiq desək, Marsın kütləsi 0,107 Yer kütləsidir.

Kütlə və radius məlumatlarından istifadə edərək Mars planetinin orta sıxlığını 3930 kq/m3 olaraq tapırıq.  Yerin orta sıxlığı 5510 kq/m3 olduğundan Mars planetinin sıxlığı Yerin sıxlığının 71%-ni təşkil edir.

Səth quruluşu:

Onun səthi haqqında ətraflı məlumat orbitinə göndərdiyimiz kosmik gəmi və rover sayəsində əldə edilib.  Nəhəng vulkanik strukturları və dərin kanyonları ilə Mars planeti Günəş sistemində toz fırtınalarının formalaşdırdığı ən təsirli səthlərdən birinə malikdir.

Oxşar mövzular:

Yazını dəyərləndir post

Back to top button