Kimdir?

Qənirə Paşayeva kimdir? Həyatı haqqında

Qenire Pashayeva kimdir, hansı peşənin sahibidir, həyat hekayəsi necədir kimi sizi maraqlandıran suallarınızın cavabını saytımızda tapa biləcəksiniz.

Qənirə Paşayeva Ələsgər qızı 1975-ci il 24 mart tarixində Tovuz rayonunun Düz Qırıqlı kəndində anadan olmuşdur.

Azərbaycan Dövlət Tibb Universitetinin “Pediatriya” fakültəsini və Bakı Dövlət Universitetinin “Beynəlxalq hüquq” fakültəsini bitirmişdir. Rus və ingilis dillərini səlist şəkildə bilir.

Siyasi elmlər üzrə fəlsəfə doktoru, professordur. Gürcüstanın «Şərəf» ordeni ilə təltif edilmişdir. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. 20-dən artıq elmi, publisistik kitabın, romanın, yüzlərcə məqalənin müəllifidir. 20-yə yaxın sənədli filmin ssenari müəllifi və baş məsləhətçisi olmuşdur. Gürcüstanın, habelə Türkiyənin bir çox vilayətlərinin fəxri vətəndaşıdır.
Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının üzvüdür. Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İctimai Birliyinin sədridir.

Qənirə Paşayeva İş fəaliyyəti

Qənirə xanım olduqca bacarıqlı, savadlı və cəsarətli şəxsdir. O, 1998-ci ildən ANS-Tv-də çalışmağa başlamışdır. Burada “Xəbərlər xidməti”ndə bir sıra vəzifələrdə çalışmışdır. Daha sonra isə həmin redaksiyanın baş redaktor müavini vəzifəsinə yüksəlmişdir. 2005-ci ildən isə Heydər Əliyev Fondunun İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri vəzifəsində çalışmağa başlamışdır. 2012–2015-ci illərdə «Odlar Yurdu» Universitetinin Siyasi elmlər kafedrasına rəhbərlik etmişdir.

Qenire Pashayeva Siyasi fəaliyyəti

Qənirə Paşayeva bir çox sahələrdə çalışsa da, hər zaman siyasətə marağı ilə də seçilmişdir. Məhz bu maraq onu deputatlığa qədər apardı. O, üçüncü, dördüncü və beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur. Bundan əlavə Milli Məclisin Mədəniyyət komitəsinin sədri, Azərbaycan-Pakistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Avstraliya, Bosniya və Herseqovina, Fransa, Gürcüstan, Vyetnam, Yaponiya, İndoneziya, İraq, İspaniya, İtaliya, Koreya, Macarıstan, Malayziya, Qazaxıstan, Qırğızıstan, Mərakeş, Misir, Moldova, Özbəkistan, Rumıniya, Şimali Makedoniya, Tailand, Türkiyə, Türkmənistan parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür.
Asiya Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəridir.

Kitabları və məqalələri

Qənirə paşayevanın bacarıqları özünü bədii sahədə də göstərmişdir. Onun çox gözəl şeirləri, məqalələri vardır.

  • “Nobel mükafatlı qadınlar”,
  • “Tarixə adını yazan qadınlar”,
  • “Xocalı soyqırımı (26 fevral 1992): şahidlərin dilindən”
  • “Səndən sonra” kitablarının,
  • “Bülbül kimi gül aşiqi”

Mükafatları

Qısa zaman ərzində bu qədər işlərə imza atan şəxsin saysız-hesabsız mükafatları da vardır, əlbəttə ki.

30 sentyabr 2011-ci ildə İctimai Birliyi “İslahatçı Gənclər” Qənirə Paşayevanı “Xəzər” Milli Mükafatı ilə təltif etmişdir.

2013-cü ildə İctimai Birliyi tərəfindən “İslahatçı Gənclər” Azərbaycanda reallaşdırılan dövlət gənclər siyasətinə verdiyi dəstəyə və bu siyasətin təbliğindəki xidmətlərinə görə Fəxri Diplomla şərəfləndirilmişdir.

Qənirə paşayeva, eyni zamanda, Gürcüstanın fəxri vətəndaşıdır.

Somali səfəri

Hər zaman xeyirxah işlərlə seçilən Qənirə Paşayeva 2012-ci ildə iki həftə uşaq həkimi qismində Somalidə fəaliyyət göstərmiş, sakinlərə yardım etmişdir.

Bundan əlavə o, tez-tez Türkiyədə və bir çox xarici ölkələrdə təhsil alan gənclərlə, tələbələrlə görüş keçirir, onların problemlərini dinləyir və bu təhsil yolunda hər zaman onlara dəstək olacağını dilə gətirir, göstərir.

Azərbaycanın hər yerində Qənirə xanım olduqca çox sevilir. Vətəndaş qəbulunda şəxsən özü iştirak edərək vətəndaşların problemlərini dinləyir və lazimi tədbirlərin görülməsi ilə bağlı göstərişlər verir.

Qeyd edək ki, Qənirə Paşayeva subaydır və Firuzə adlı mənəvi qızı var.

Qenire Pashayeva Əsərləri

Kitabları

  • Nobel mükafatlı qadınlar. Bakı: “Elm və təhsil”, 2009. 456 səh. 1000 nüsxə
  • Tarixə adını yazan qadınlar, 3 cilddə. Bakı: Ozan, 2011.
  • Xocalı soyqırımı (26 fevral 1992): şahidlərin dilindən 2016-03-05 at the Wayback Machine. H. Məmmədova ilə birgə. Bakı: “Elm və təhsil”, 2011.
  • Səndən sonra. Təbriz: 2020

Məqalələri

  • “Bülbül kimi gül aşiqi”, “Ozan dünyası” jurnalı, №3(10) 2012.

Filmoqrafiya

  1. Apreldən əvvəl may… Azərbaycan Xalq Cümhuriyyəti (film, 2001)
  2. Erməni soyqırımı. Türkün sözü (film, 2001)
  3. Mənə inanın! (film, 2007)
  4. Ruhum qarabağlıdır (film, 2012)

İstinadlar

  1. “Paşayeva Qənirə Ələsgər qızı”. www.meclis.gov.az.
    1. . 2012-08-08 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-08-07.
    1. http://qaynar.info/?p=48773
    1. http://azxeber.com/index.php?action=static_detail&static_id=52505. 
    1. 2010-03-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-03-23.
    1. Qənirə Paşayeva Somalidə həkimlik edəcək. lent.az, 07.08.2012  (azərb.)
    1. Azərbaycan millət vəkili Somalidə [Fotolar]. amerikaninsesi.org, 08.08.2012  (azərb.)
    • Real TV (30.07.2020). “Millət vəkili Qənirə Paşayevanın kitabı Təbrizdə nəşr edilib” (azərb.). Youtube.com. İstifadə tarixi: 2020-07-30.

Qənirə Paşayevanın sosial şəbəkələrdə paylaşım rekordu qıran şeirini təqdim edirik:

Qənirə Paşayeva Ana Şeiri

Müəllif: Qənirə Paşayeva

Bu gecə yata bilmədim, ana,
36 yaşın qorxusu vardı içimdə.
Məni 37-yə aparan gecənin
səhərində soyuq var
Üşüdüm, ana!
Bütün gecə
Səsin gəldi qulaqlarıma –
Keçmişdən səsin gəlirdi:
“Böyü, qızım,
Yeri, qızım,
Dil aç, qızım!” – deyirdin…
Böyüdüm, ana,
Tarixin ən amansız illərində böyüdüm.
Dil açdım, ana,
Həyatın ən çətin yollarında
Yeridim, ana!
Amansızca vuran oldu,
Yıxılıb-qalxdığım oldu…
Qalxdım qalxmağına,
amma canım çox ağrıdı,
Qəlbim çox ağrıdı, Ana…
Sən mənə bu dünyada
Qadın olmanın,
Belə çətin olduğunu,
Deməmişdin axı…
Ayaqların üstündə durmaq,
Namusunla yaşamaq,
Haqq bildiyini söyləmək istəsən,
Qadın olmanın bədəli çox ağırmış, ana!
Sən mənə belə deməmişdin axı…
Heç kimə göstərmədim göz yaşlarımı,
İçimə axıtmağı öyrəndim, ana,
Xoşbəxtliyi oynamağı…
Ürəyim ovcumdaykən
Başım dimdik gəzməyi.
Məni vuranları sevindirməmək üçün,
Yıxılmamağı öyrəndim, ana!
Yalandan gülməyi elə öyrəndim ki,
Gülməyin əslini unutdum.
Xoşbəxtliyi oynamagı elə öyrəndim ki,
Xoşbəxtlik necə olur əslində – unutdum…
Bu gecə
Səsin gəlirdi qulaqlarıma –
Mənə nağıl danışırdın,
Xeyirin həmişə Şərə qalib gələcəyini deyirdin.
Mən düz 36 il Xeyirin qələbəsini gözlədim,
Şər qalib gələndə ağladım, ana!
Sənin nağılların belə qurtarmırdı axı…
Səni dinləyirdim, ana,
“Biri vardı, biri yox” deyirdin.
Mənim nağılımda
“Biri yoxdu”lar daha çox oldu, axı…
Böyüdüm, ana,
Daha o qız deyiləm,
Ağrı və göz yaşlarıyla
Böyüyən qadınam…
Yadındamı, ana,
Kəbə yolu gedirdik,
Sən sakitcə dua eləyirdin.
Birdən səndən
Kimə dua elədiyini soruşdum.
Üzümə baxıb:
“Ana olanda anlarsan” – dedin.
Mən ana olmadım, ana…
Amma səni az da olsa, anlaya bilirəm…
Arxadan vuran dostları,
Qəlbimi verdiyim sevgilinin
Ögey baxışlarını görəndə,
Anladım, ana,
Sən söykənə biləcəyim
Tək varlıqsan…
Sevincimi bölüşdüm səninlə,
Amma üzülməyəsən deyə
Kədərimi bölüşmədim, ana.
Kədərimdən əzilməyəsən, deyə.
Əslində kədərimi tək sən gördün,
İlk sevdam daşa dəyəndə,
Məni təkcə sən anladın.
Mən səndə gördüm insanı anlamağın necə
səssiz olduğunu…
Sevdiyim mənə
– Sən mənim heç nəyimsən! –
Deyəndən beşcə dəqiqə sonra,
Sən mənə
– Sən mənim hər şeyimsən! – demişdin.
Sən mənə bunu deyəndə,
Mən sənin deyil, onun hər şeyi olmaq
istəyirdim.
Amma həmişə belə oldu,
Yanımda həmişə sən oldun, ana…
Sənin gözlərində
Qəzəblərin ən gözəli olurdu,
Kimlərsə məni ağladanda.
Gözlərində alovların ən qaynarı olurdu,
Kimlərsə məni aldadanda…
Qaçqınların yurd həsrətini,
Atılmış körpələrin göz yaşlarını
İçimdə hiss elədim.
Taledən yarımayanların, ürkək baxışlarını
İçimdə hiss elədim.
Savaşda itirdiyim dostlarımın,
Gözlərini, arzularını, xəyallarını
Heç unutmadım, ana..
Məni ağrılar büyütdü,
Daha güclü oldum, ana!
Gəncliyin, eşqin, sevdanın dadı,
ağrılarda, savaşlarda itib getdi.
Sonra sevgini tanıyanda
O artıq məndən qaçırdı…
37 yaşıma çatdım, ana,
Tonqala atılan Jannadan,
Vətən ugrunda Kirin başını kəsən Tomrisdən,
İsgəndərə ədalət dərsi keçən Nüşabədən,
Sevgi şəhidi Leylidən
Daha çox yaşadım, ana!
Amma nə Tomris ola bildim,
Nə Nüşabə, nə Janna,
Leyli də ola bilmədim, ana…
Əvəzində sənin hər şeyin oldum,
Məni uşaqlığıma apar, ana,
Sonu xoşbəxtliklə qurtaran nağıllar danış.
“Biri var”ları çox olsun,
37 yaşımın ilk sabahını
Sənin nağıllarına inanaraq açmaq istəyirəm.

4.8/5 - (130 votes)

Əlaqəli yazılar

Back to top button