İnşalar

Ramazan bayramı🤲

Ramazan bayramı hər bir müsəlmanın böyük həvəslə gözlədiyi dini bayramlardan biridir. Bu bayrama Azərbaycanda da böyük maraq vardır. Müsəlman dünyasında Ramazan “Ayların sultanı” olaraq da adlandırılır. Xüsusilə ailələrin bir ay boyunca sevərək oruc tutması, qohumların bir-birinin evinə gedib bayramlaşması, uşaqlara hədiyyələr alınması kimi gözəl ənənələri gətirən Ramazanı məhz bu xüsusiyyətlərinə görə sevirlər. Ramazan bayramı yaxınlaşdıqca insanların üzündəki sevinci görməmək qeyri-mümkündür.

Ramazan bayramı haqqında məlumat🌙

Ayların sultanı - müqəddəs Ramazan - 31.03.2022, Sputnik Azərbaycan

“Bayram” sözünün mənası “sevinc, şadlıq, əyləncə”dir. Dini bayramların günləri “hicri-qəməri təqvimi” ilə hesablandığından indiki təqvim hər il eyni tarixlə üst-üstə düşmür. Hər il on günlük geriləmə ilə gələn Ramazan və Qurban bayramları beləliklə müxtəlif fəsillərdə qeyd olunur. Bayramın nə zaman başlayacağı isə media qurumlar tərəfindən əhaliyə bildirilir. Beləliklə insanlar bayram hazırlıqlarına başlayırlar. Qəməri təqviminə əsasən, Şəvval ayının ilk üç günü Fitr bayramı, Zilhiccə ayının onuncu günündən başlayaraq isə dörd gün Qurban bayramı qeyd olunur. Bu bayramlar xalq adət-ənənələrində əvvəlki zamanlar qədər olmasa da, hələ də canlı şəkildə mövcuddur. Ramazan İslamın daha çox yayıldığı ölkələrdə daha təm-təraqlı şəkildə qeyd edilir. Azərbaycanda isə bu coşqu daha az hiss edilməkdədir.

Bayramdan əvvəl evlərdə təmizlik işləri aparılır. Kənd və qəsəbə evlərinin həyətləri, bağçaları təmizlənir ki, bu da “bayram təmizliyi” adlanır. Xüsusilə uşaqlar üçün bayramlar daha əyləncəli və maraqlı keçir. Belə ki, bayramın gəlişi ilə bağlı onlara yeni geyimlər, ayaqqabılar alınır. Bayram axşamı yeni geyinir və süfrəyə oturulur. Bayramlar üçün xüsusi yeməklər və desertlər hazırlanır.

Bayram namazından əvvəl şirniyyat yemək bayram adətlərindən biridir. Bayram namazından əvvəl və sonra kişilər məsciddə təmiz və təzə paltar geyinirlər. Bayram namazından çıxan kişilər, namazdan sonra məsciddən əvvəl bir-birləri ilə bayramlaşırlar. Bayram səhəri qohumların, ailələrin səhər yeməyində birgə olması diqqət yetirilir. Bəzi kənd və ya qəsəbələrdə, eyni zamanda şəhərlərdə zəngin ailələrin imsak və iftar olaraq bütün tanıdıqları və ya yoxsullar üçün böyük bir qrupa bayram yeməyi təşkil etməsi geniş yayılmış adətlərdən birinə çevrildiyini görə bilərik. Bayram süfrələri ya mərasim zallarında, ya restoranlarda, ya da iri çadırlarda verilir.

Ramazan bayramının əsas özəlliyi qonşuların, dostların və qohumların ziyarət səfərlərinə toplaşması, bir-birlərini yad etmələridir. Bəzən şəhərlərdə yaşayanlar bayramlardan istifadə edib kəndlərdə yaşayan ağsaqqallarına, qohumlarına baş çəkirlər. Gənclər böyüklərin əllərindən öpür, xeyir-dualarını alırlar. Əl öpən uşaqlara pul və hədiyyələr vermək də adətlərdən biridir. Çünki uşaqların sevincinə bu bayram ərəfəsində daha çox üstünlük verilir. Ramazan bayramında ziyarətçilərə konfet təklif olunur. Bu səbəbdən Ramazan bayramınına uşaqlar “Şəkər bayramı” da deyilir. 10-cu əsrdə yaşamış Harezm alimi Biruninin verdiyi məlumata görə, bayramlarda şirniyyat təqdim edilməsi ənənəsi Novruzdan gəlir. Belə ki, Cem’in Novruz günündə şəkər qamışından şirin suyu tapması və ondan şəkər çıxarması ilə Ramazanda konfet təklif olunması ənənəsi bir-biri ilə əlaqələndirilir. Əvvəllər yalnız Novruzda şirniyyat verilirdisə, sonralar eyni ənənə digər bayramlarda da tətbiq olunmağa başladı. Hətta Türkiyə və bir çox müsəlman dövlətlərində Novruzda çərşənbə və bayram günündəki “papaq atma” adətinin yerinə yetirildiyini də görə bilirik. Ramazan bayramında da uşaqları qapıları tək-tək gəzərək bayram şəkəri toplayırlar.

Ramazan və Qurban bayramlarının ortaq xüsusiyyətlərindən biri də onların kollektiv əyləncə məkanı olmasıdır. Şəhərlərdə və rayonlarda keçirilən festivallarda, xüsusən də uşaqlar və gənclər əylənirlər. Festival yerləri də kiçik bir yarmarkalar da hazırlanılır. Əsasən Bakıda bayram şənlikləri təşkil olunur, konsertlər verilir.

Ramazan bayramının digər bir ənənəsi də nişanlı qızlara bayram xonçaları aparılmasıdır. Müxtəlif təamların olduğu xonçalarla yanaşı bəzi ailələr qızıl da hədiyyə edirlər. Eyni zamanda Qurban bayramında isə nişanlı qıza qırmızı geyim geyindirilmiş qoç hədiyyə edirlər. Paxlava, şəkərbura, qoğal və s. bayram təamları ilə dolu olan xonçalarla oğlan evindən qadınlar və ən yaxın kişi nümayəndələri qız evinə bayramlaşmağa gəlirlər. Qız tərəfi isə xonşaları boş geri qaytarmır əvəzində hədiyyələr qoyaraq təhvil verirlər.

Zəkat, fitrə nədir?🤲🏼

Zekat nedir? Zekat ne kadar verilir? Zekat hesaplama - Son Dakika Haberleri  Milliyet

Ramazanın digər bir gözəl ənənəsi də sədəqə verməkdir. Bu bayramda verilən sədəqəyə “zəkat” , “fitrə”deyilir. Zəkat “çoxaltma”, “təmizlik” deməkdir. Müsəlmanların verdiyi, Quranda buyurulmuş, toplanma qaydası və həcmi şəriət qanunları ilə müəyyənləşdirilmiş dini vergidir. Zəkat verməyən bir şəxs malının bərəkətini görmədiyi kimi, əzaba düçar olar kimi inanclar mövcuddur. Zəkat İslam dininin beş rüknlərindən biri hesab olunur və ildə bir dəfə verilir. Bu da Ramazan bayramı ərəfinə düşür. Zəkatı, zəkat vacib olan şəxs ödəyir. Zəkat əl-fitr (fitrə) ailənin hər bir üzvündənRamazan ayında, orucluq tamam olan gün verdiyi sədəqə yaxud vergi növüdür və eyd əı-fitr günlərində sədəqə kimi paylanır. Zəkatın adi məbləği illik gəlirin 2,5 faizini təşkil edir. Lakin müsəlman ilahiyyatçıları arasında zəkatın məbləği və vergi tutulmalı olan əmlakın növləri məsələsində hələ də fikir ayrılıqları vardır.

Sədəqə verməyi vacib edən Ramazan ayında 1 ay boyunca bütün insanı keyfiyyətlər yüksəlir deyə bilərik. Bu ayda insanlar pis vərdişlərdən uzaq durmağa, kimisə incitməməyə, nəfsinə qalib gəlməyi öyrənirlər.

Ramazan bayramı nə vaxt başlayır?🌒

Qeyd etdiyimiz kimi digər bayramlardan fərqli olaraq dini bayramlar hər zaman eyni bir gündə qeyd edilmir. Bir əvvəlki ildə keçirilən bayramla arasında 10-11 gün fərq olur. Bu il üçün Ramazan ayı aprelin 2-də başlayır.

Hicri təqvimi ilə müəyyən edilən dini günlər hər il miladi təqvimdən 11 gün əvvəl qeyd olunur. Ramazan ayı 2022-ci ilin aprel ayına düşür. 2022-ci ildə aprelin 2-də başlayan oruc, mayın 1-də başa çatacağı deyilir. 2 may Ramazan bayramının 1-ci günüdür.

 FİTR BAYRAMI🌝

 Fitr bayramı bir aylıq orucluq müddətinin sonuncu günündə qeyd olunan bayramdır. Ramazan ayı olaraq təyin olunan bu dövr müxtəlif adət-ənənələrlə müşayiət olunur. zAyların sultanı olan Ramazan ayında ailələr bir-birlərini şam yeməyinə dəvət edirlər. Bu yeməklərdə Ramazana xas qidalarla, təamlarla iftar süfrələri bəzədilir. Müxtəlif yemək və şirniyyatlardan ibarət zəngin süfrələrin ətrafında doğmalar toplaşıb bayramı qeyd edirlər.

 Bir çox müsəlman ölkələrdə, qardaş ölkə Türkiyə daxil olmaq imsaq zamanı küçələrdə nağaralar çalınır, insanları imsaqa dəvət edəcək bayatılar söylənilir. Əvvəllər oruc tutanlar səhər açılmamış yeyilən imsak yeməyini, xüsusən də gecələrin qısa olduğu yay fəslinə təsadüf edən Ramazan ayında gözləyirdilər. Belə ki, gecənin təravih namazı ilə imsak vaxtı arasındakı vaxt müxtəlif əyləncələrdə keçirilirdi. Əyalətlərdə, şəhər və qəsəbə evlərində keçirilən məclislərdən başqa, aşiqlər çayxanalarda mahnı oxuyar, musiqilər söyləyərdilər. Ramazan ayında məclislərdə aşiqlər saz və xalq mahnılarından başqa, çox vaxt bir neçə gecə davam edən xalq nağılları da danışardılar. Bu nağılları ağsaqqallar danışar, gənclər dinləyərdilər. Təəssüf ki, artıq bu kimi ənənələrin qorunub-saxlandığı çox az yerlər qalıb.

4.5/5 - (59 votes)

Əlaqəli yazılar

Digər yazılar
Close
Back to top button