Sağlamlıq

Soganin faydalari

Soğan  ta qədimdən təkcə ərzaq məhsulu kimi deyil həm də dərman kimi də istifadə olunmuşdur. Məşhur təbib ibn-Sina “Tibb qanunları” əsərində soğanın faydalarından bəhs edərək belə söyləmişdir:
” Soğan bədənimizi təmizləyir, bədənimizdən zərərli suları xaric edir.”

Xalq təbabətində ondan daha çox allergiya, infeksiya və iltihablara qarşı istifadə edilir.

Soğanın tərkibi

Soğan xüsusilə A, C və B vitaminləri ilə zəngindir. A vitamini həm infeksiyalara qarşı immuniteti gücləndirir, həm də göz sağlamlığını dəstəkləyir. B vitamini immunitet və sinir sisteminin düzgün işləməsinə kömək edir. C vitamini isə xüsusilə qışda xəstəliklərdən qorunmağa kömək edir.

Soğanın tərkibində, həmçinin kükürd, yod, kalsium, dəmir, maqnezium, fosfor, kalium kimi minerallar və faydalı liflər də vardır.

 Tərkibindəki C vitamini və qlükonin maddəsinin təsiri ilə qanda şəkəri  aşağı salır. Bu baxımdan diabet xəstəliyində istifadə edilir.

Soğan suyunun faydaları

sogan suyunun faydalari
sogan suyunun faydalari
  • Quru öskürək və boğaz ağrılarının qarşısını alır.
  • Üzdəki sızanaq və səpkilərdən qurtulmağa kömək edir.
  • Diabet tənzimləyici xüsusiyyətə malikdir.
  • Yumurtalıq xərçəngi riskini əhəmiyyətli dərəcədə azaldır.
  • Sidikqovucu xüsusiyyətə malikdir.
  • Burun tutulmalarında istifadə edilir.
  • Qanın laxtalanmasının qarşısını alır.
  • Vitamin və minerallarla zəngin olduğundan saçlara parlaqlıq və güc verir.
  • Saç köklərini bəsləyir, tökülmələrin qarşısın alır və saçların sürətlə böyüməsini təmin edir.
  • Ürək sağlamlığı üçün faydalıdır. Bu səbəbdən  infakt və insult riskini azaldır. Ağrı kəsici kimi istifadə etmək olar.
  • Bədəndəki artıq yağları əridir. Bu səbəbdən arıqalamaq üçün pəhrizlərdə geniş istifadə olunur.
  • Tərkibindəki kükürd astma tutmaları üçün yaxşıdır
  • Menopozdan sonra bədən istiliyinin artmasının qarşısını almaq üçün istifadə olunur. Antioksidant quruluşu sayəsində immunitet sistemini gücləndirir. Boğaz ağrısından əziyyət çəkən insanlar üçün mükəmməldir.
  • Bir çox xərçəng növlərinin qarşısının alınmasında böyük rol oynayır. Aterosklerozun qarşısını alır və iştahı artırır.
  • Boğazda yığılmış bəlğəmi xaric etmək üçün içmək olar.
  • Bədəndə yarana biləcək şişlərin qarşısını alır.
  • Saçlara parlaqlıq və güc verir.

Xəbərdalıq: Soğan mədə və bağırsaq həssaslığı olan şəxslərdə narahatlıq yarada bilər.

Qırmızı soğanın faydaları

qirmizi soganin faydalari
qirmizi soganin faydalari

Qırmızı soğan ən faydalı soğan növü hesab edilir. Onun faydaları:

  • Qan təzyiqini və qandakı şəkəri aşağı salır.
  • Anemiya (qanazlığı) zamanı faydalıdır
  • Qırmızı soğan  həm də əsl təbii antioksidant olub, bədəndəki sərbəst radikalları aradan qaldırır.
  • İmmun sistemi gücləndirir.
  • Dərini, saç və dırnaqları bəsləyir.
  • Kəsik və yanıqlara mikrob düşməməsi üçün qırmızı soğan suyu sürtülür.
  • Xərçəng əleyinə təsirlidir.( Bədəndəki xərçəng hüceyrələrini aradan qaldırır.)

Aparılan elmi araşdırmalarda sübut edilmişdir ki, qırmızı soğan mədə xərçənginə tutulma riskini azaldır. Məsələn, daha çox qırmızı soğandan istifadə edilən Çində mədə xərçənginə tutulma riski 40% daha aşağıdır.

Qırmızı soğanın digər soğan çeşidlərindən fərqli olaraq daha dadlıdır.Turş dadlarla yaxşı getdiyi üçün salatlarda daha çox istifadə olunur.

Onun kalorisi çox azdır. (28 qramında cəmi 11 ) Qırmızı soğan əsasən karbohidratlardan və sudan ibarətdir, tərkibində sıfır yağ var. Qırmızı və ya ağ soğan yeməklərə duz, şəkər, yağ və ya kalori əlavə etmədən dad əlavə etmək üçün əla bir yoldur.   O  yeməklərə bol ləzzət əlavə edir, buna görə də duz qəbulunu azaltmağa kömək edə bilər. Sarı və ya ağ soğandan istifadə edilən bütün yeməklər qırmızı soğanla da hazırlana bilər.

Ağ soğanın faydaları

Soğanın ən geniş istifadə edilən növlərindən biri də ağ soğandır

Ağ soğandan pəhriz və diyetlərdə də istifadə olunur.O, həmçinin anemiyanın(qan azlığı) inkişafının qarşısını alır.

. O, digər növlərə baxmış daha yumşaqdır. Yeməklərdə istifadə edildikdə xoş dad və xüsusi qoxu verir..Tərkibində su daha çox,  şəkər isə daha azdır.

Diabetdə şəkəri aşağı salmaq üçün ağ soğandan istifadə edilir.

1.5/5 - (2 votes)
Back to top button