Tibb kolleci keçid balları
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində olan tibb kolleclərinə qəbul Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ( TQDK) tərəfindən həyata keçirilir. ( kollece kecid balları oxu )
Tibb kolleclərinin ixtisasartırma və təkmilləşdirilmə kurslarına qəbul Səhiyyə Nazirliyi tərəfindən təsdiq olunmuş təqvim proqramına və qaydalarına əsasən keçirilir.
Tibb kolleclərinə qəbul olmaq hüququna Azərbaycan Respublikasının bütün vətəndaşları malikdir.
Beynəlxalq əməkdaşlıq çərçivəsində xaricilər və vətəndaşlığı olmayan şəxslər də kollecdə ödənişli əsaslarla təhsil ala bilərlər.
Tibb kolleclərində təhsilin və diplomdan sonrakı təhsilin normativ müddəti ixtisasların xüsusiyyətlərindən asılı olaraq ixtisasın proqramında göstərildiyindən ibarətdir.
Kolleclərdə təhsil əyani formada keçirilir.
Orta məktəbi bitirən abituriyentlər TQDK tərəfindən keçirilən buraxılış imtahanlarının nəticələrinə əsasən tibb kolleclərinə qəbul olunurlar.
Əvvəlki illərdə orta məktəbi bitirib ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmayan abituriyentlər isə TQDK tərəfindən kolleclər üçün keçirilən imtahanların nəticələri əsasında yerləşdirilir.
Tibb kolleclərinə keçid balları
Abituriyentlər ixtisas seçimi ederkən əvvəlki illərdə olan keçid ballarına əsasən seçim edirlər.
1 nömrəli Bakı Tibb Kollecinə əvvəlki illərə nisbətən formalaşan keçid balları :
Ödənişsiz əsaslarla müalicə işi 76,mamalıq işi 74, əczaçılıq 72, tibb bacısı işi 70,idman və müalicə masajı ( gözdən əlillər üçün) 30, ödənişli əsaslarla müalicə işi 66, mamalıq işi 64, əczaçılıq 62, tibb bacısı işi 62 bal olub.
2 nömrəli Bakı Tibb Kolleci üçün əvvəlki ilə nisbətən formalaşan keçid balları :
Ödənişsiz əsaslarla müalicə işi 76, mamalıq işi 73, tibbi profilaktika 67, ortopedik stomotologiya 69, əczaçılıq 71, tibb bacısı işi 70, labaratoriya diaqnostikası 69, ödənişli əsaslarla müalicə işi 67, mamalıq işi 65, tibbi profilaktika 61, ortopedik stomotologiya 62, əczaçılıq 62, tibb bacısı işi 62, labaratoriya diaqnostikası 61bal olubdur.
Qeyd edim ki ixtisas seçiminə ümumi balı 30-dan Azərbaycan (rus) dili və riyaziyyat fənlərinin hər biri üçün balı 8-dən az olmayan ( xarici dil fənni üzrə bal məhdudiyyəti yoxdur ) abituriyentlər buraxılırlar. Xüsusi qabiliyyət tələb edən ixtisasların müsabiqəsinə isə ümumi balı 25-dən (fənlər üzrə bal məhdudiyyəti yoxdur) az olmayan abituriyentlər buraxılırlar.
Tibb kolleclərinə keçid balları-ixtisasların hər biri üzrə ayrıca ətraflı olaraq ” Abituriyent” jurnalında dərc olunur.