Zefer gunu ( 8 Noyabr )
Zefer gunu Azərbaycan, azərbaycanlılar üçün çox böyük məna ifad edir. Illərdir həsrətində olduğumuz torpağa qovuşmaq, o yerlərə yenidən ayaq basa bilmək, əzizlərini bu torpaq uğrunda itirənlərin biraz da olsun ürəyinə su səpə bildiyi gündür Zefer gunu.
Rusiyanın Azərbaycan torpaqlarını işğal etdiyi gündən qara günlər başlandı.
Türkiyədən ermənilərin Azərbaycan ərazisinə köçürülməsi Rusiyanın məkrli siyasətinin bir parçası idi. Onlar Azərbaycanın daxilində xristian bir dövlət yaratmaq arzusunda idilər. Beləliklə ermənilərin İrəvan ərazisinə köçürülməsindən qısa müddət sonra çaxnaşmalar başladı. Ermənilər burada yaşayan azərbaycanlıları incitməyə, onlara hücüm çəkib qətlə yetirməyə başladılar. Çox az müddətdə kiçik quruplaşmalar halında toplanaraq kəndlərimizi yağmalamağa başladılar. İrəvanı özününküləşdirmək xəyalları artıq reallığa doğru gedirdi. İrəvanda məskunlaşmış yerli əhali erməni quldurlarının əlindən cana gəlmişdi.
Çox təəssüf ki, bu çirkin siyasət düşmənin xeyrinə oldu.
1988-ci ildə Azərbaycanla Dağlıq Qarabağ Muxtar Vilayətinin statusu üstündə münaqişəyə cəlb olunmuşdu. Bu səbəbə görə 1988–1991-ci illərdə 200 min Azərbaycan türkü , 18 minə yaxın kürd və 4 min nəfər Rus ölkədən çıxarılmışdır. 1918-ci ildə mayın 26-da Zaqafqaziya Seymi buraxıldıqdan sonra əvvəlcə Gürcüstan, mayın 28-də isə Azərbaycan və Ermənistan öz müstəqilliyini elan edir. 1921-ci ildə sovet əsgərləri Ermənistana daxil olub, müstəqilliyi ləğv edib SSRİnin tərkibində Ermənistan Sovet Sosialist Respublikasını yaratdılar. 1991-ci ildən Ermənistan Respublikası müstəqil dövlətdir.
1918-ci ildən etibarən İrəvan çətin günlərini yaşamağa başladı. 4 mahalında 199 Azərbaycan kəndi dağıdılır, 135 min nəfər azərbaycanlı didərgin salınır. 1918-ci il 17 martda Urmiya şəhərində erməni terrorçuları 10 min nəfərdən artıq azərbaycanlını qətlə yetirirlər. 1918-ci il 18 martda Şamaxı qəzasının 53 kəndində ermənilər 8 min 27 nəfəri, o cümlədən 4190 kişi, 2560 qadın, 1277 uşağı qətlə yetirmişlər. 1918-ci il mart ayından aprelə kimi Bakı şəhərində ermənilər tərəfindən 18 min azərbaycanlı qətlə yetirilir. 1918-ci il 1–9 mayda Quba qəzasında 122 kənd dağıdılır, 2800 nəfər azərbaycanlı öldürülür. 1918-ci il 29 mayda Azərbaycan parlamenti (Milli Şura) Antanta dövlətlərinin davamlı təzyiqlərindən sonra Azərbaycan şəhəri İrəvanın Ermənistana verilməsi haqda qərar qəbul edir. 1918-ci ilin yay və payız aylarında Zəngəzur qəzasında 115 azərbaycanlı kəndi ermənilər tərəfindən dağıdılır, 7729 azərbaycanlı öldürülür. 1920-ci il dekabrın 1-də Azərbaycanın Zəngəzur mahalının böyük hissəsi Moskva rəhbərliyinin qərarı ilə Ermənistana verilir. 1923-cü il 18 sentyabrda Xankəndinin adı “Stepanakert” adlandırılır. 1930-cu ildə Moskva rəhbərliyinin qərarı ilə Naxçıvanın Əldərə, Lehvaz, Astazur və digər yaşayış məntəqələri Ermənistana verilir. 1938-ci ildə Moskva rəhbərliyinin qərarı ilə Naxçıvanın Sədərək və Kərki kəndlərinin bir hissəsi Ermənistana verilir.
28 noyabr 1945-ci ildə Ermənistan rəhbəri Harri Arutinov Stalinə müraciət edərək Dağlıq Qarabağın Ermənistana birləşdirilməsini xahiş edir. 1947–1953-cü illərdə Ermənistanda toplum şəkildə yaşayan 150 min nəfərdən artıq azərbaycanlı SSRİ rəhbərliyinin qərarı ilə Azərbaycana köçürülür. 1965-ci ildə Xankəndində yaşayan M.Hovenesyan 13 nəfər erməninin imzası ilə Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi xahişi ilə məktubu SSRİ Ali Sovetinə göndərir. 1967-ci ildən başlayaraq davamlı şəkildə azərbaycanlılar incidilir, qətlə yetirilir, şərlənərək həbs olunur. 1988-ci il 15 iyunda Ermənistan Ali Soveti Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi barədə qərar qəbul edir.1988-ci il 18–21 sentyabrda Xankəndində azərbaycanlılar yaşayan evlər yandırılır, adamlar döyülür və Şuşaya göndərilir. 1988-ci il 21 sentyabrda Dağlıq Qarabağ və Ağdam ərazilərində xüsusi vəziyyət elan ounur. 1988-ci il oktyabrın 4-də Dağlıq Qarabağın Xankəndi və Xocalı şəhərlərində azərbaycanlılara basqınlar edilir, onlar döyülür və köçüb getmələri tələb olunur. 1989-cu il 12 yanvarda SSRİ Ali Soveti tərəfindən Dağlıq Qarabağ ərazisində Xüsusi İdarə Komitəsi yaradılır. 1989-cu il avqustun 16-da Xankəndində ermənilər “Dağlıq Qarabağ əhalisinin qurultayı”nı keçirir,Qurultay Dağlıq Qarabağı “müstəqil ittifaq ərazisi” elan edir. 1989-cu ildən yenə də ard-arda terror hadisələri törədilir, kütləvi şəkildə azərbaycanlılar qətlə yetirilir. Bütün bu olanlar Qarabağı əldə etmək uğrunda başlanılacaq müharibənin qığılcımları idi ki, getdikcə daha da alovlanırdı.
1990-cı il yanvarın 4-də erməni terrorçusu Q.Sarkisyan Əsgəran-Ağdam körpüsünü partladır. 1992-ci ilin əvvəllərində Kərkicahan qəsəbəsi, Qeybalı, Malıbəyli, Aşağı Quşçular və Yuxarı Quşçular kəndləri işğal edildi.1992-ci il mayın 8-də Ermənistan Şuşa şəhərinin tutulması ilə Dağlıq Qarabağın, demək olar ki, bütün ərazisini ələ keçirmiş oldu. Beləliklə ard-arda Qarabağımızın gözəl guşələri bir-bir işğal edilməyə başlanıldı. Ölkəni xaos bürüdü. Azərbaycan Respublikası 1994-cü il mayın 8-də münaqişədə iştirak edən tərəflərin, o cümlədən Dağlıq Qarabağın azərbaycanlı və erməni icmalarının niyyətini təsdiq edən Bişkek protokolunu imzaladı. 1994-cü il mayın 12-də cəbhə xəttində atəşkəs əldə edildi. Lakin atəşkəs imzalansa belə ermənilərin təxribatları günü bu gün də bitib tükənmək bilmir. Hər gün davamlı olaraq şəhid verən millətimizin yarası heç cürə qaysaq bağlaya bilmədi.
Zəfər gününə gedən yol
Bu gün millətimizin qürur günüdür. Bu gün illərdir ağlayan gözlər sevinc göz yaşlarına boğulur. Ürəyi Azərbaycan ilə döyünən hər kəs bu günün illərdir həsrətini çəkirdi.
2020-ci il sentyabrın 27-dən etibarən Azərbaycanın başladığı zəfər yürüşündə inanılmaz uğurlar əldə etmişdir. Azərbaycan dövlət sərhədinin Tovuz istiqamətində təxribat törətməsi, eyni zamanda bütövlükdə qoşunların təmas xəttində gərginliyi artırmışdı. Cəbhə xəttinə yaxın ərazilərdə qoşunlarını cəmləşdirməsi, böyük həcmdə silah-sursat toplaması Ermənistanın genişmiqyaslı hücuma hazırlaşdığını göstərirdi.
Ermənistan respublikası ilə 44 gün davam edən müharibə ərzində 4 oktyabrda Cəbrayıl, 17 oktyabrda Füzuli, 20 oktyabrda Zəngilan, 25 oktyabrda Qubadlı və 8 noyabrda Şuşa şəhəri işğaldan azad edilmişdir. 44 gündə müzəffər Azərbaycan Ordusu dünyaya sübut etdi ki, döyüş meydanında zəfəri tanklarla, toplarla deyil, ağılla, zəkayla və bir də insan zehninin ən son nailiyyəti olan PUA-larla qazanmaq olar. Şuşa qalasının alınması əməliyyatı isə tamam başqadır. Düşmənin 30 il ərzində qurduğu, milyonlarla vəsait sərf etdiyi nəhəng istehkamlar qısa müddətdə darmadağın edildi, müzəffər ordumuzun tətbiq etdiyi savaş strategiyası müasir hərb tarixinə yeni örnək oldu.
İlham Əliyev xalqa müraciətində bildirdi ki, Şuşanın azad edilməsi dünya hərb tarixində xüsusi yer tutatacaq: “Şuşanın işğaldan azad edilməsi bizim gücümüzü göstərdi. Ordumuzun peşəkarlığını, hərbçilərimizin cəsarətini, qəhrəmanlığını göstərdi. Şuşanın götürülməsi çox böyük peşəkarlıq, cəsarət tələb edən əməliyyat idi. Əminəm ki, bu əməliyyat dünya hərb tarixində xüsusi yer tutacaq. Çünki bu əməliyyatı bizim qəhrəman hərbçilərimiz dağlardan, meşələrdən, cığırlardan keçərək yalnız yüngül silahlarla silahlanmış şəkildə azad ediblər. Şuşanın işğaldan azad edilməsi bizim şanlı qələbəmizdir”.
Moskvada imzalanan müqaviləyə əsasən, noyabrın 10-u Bakı vaxtı ilə saat 01:00-dan etibarən Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və hərbi əməliyyatların tam dayandırılması razılığına gəlinərək, 1 dekabradək Ermənistan qüvvələrinin Dağlıq Qarabağın ətrafında Ermənistan nəzarətindəki Azərbaycan ərazilərindən çıxarılması və Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşasının təmin edilməsi elan edilmişdir.
2020-ci ilin noyabrında 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də Laçın rayonları azad edilmişdir. Azərbaycanda Zəfər Gününün təsis edilməsi haqda Prezidentin ilk fərmanı dekabrın 2-də verilmişdi. Bu sərəncama əsasən, dekabrın 3-də Zəfər Günü hər il noyabrın 10-da keçirilməli olsa da, noyabrın 10-nun Türkiyədə Mustafa Kamal Atatürkün anım günü olduğunu nəzərə alaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Zəfər Gününün tarixinin dəyişdirilməsi barədə qərar qəbul etmişdir. Şuşa şəhərinin və onun işğaldan azad edilməsinin tarixi əhəmiyyəti nəzərə alınaraq qələbə gününün hər il noyabrın 8-də təntənəli şəkildə Zəfər günü kimi qeyd edilməsi qərara alınmışdır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli digər Sərancamı ilə Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi zəfərin nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Bakı şəhərində Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyinin yaradılması qərara alınmışdır.
Noyabrın 8-i xalqımızın tarixinə şanlı, qızıl hərflərlə yazıldı! 30 ildən sonra Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə sübuta yetirdik ki, bir qarış torpağımızı belə heç bir yağı düşmənə verən deyilik!
Qarabağ Azərbaycandır! Hər zaman da belə qalacaq! 44 günlük qəhrəmanlıq savaşımız tarix boyu şanlı qürur mənbəyimizdir!