2-ci qrup ixtisaslar haqqında
Bu il Azərbaycanda 2 ci qrup üzrə 5 ixtisas ləğv olunub, 4 yeni ixtisas yaranıb. Bu nazirlər Kabinetinin “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları” da etdiyi dəyişikliklərdə əksini tapıb.
Ləğv olunan ixtisaslar bunlardir:
- Dünya iqtisadiyyatı
- Mühasibat uçotu və audit
- Sənayenin təşkil olunması və idarə olunması
- Kommersiya
- Turizm və otelçilik
- Yeni daxil edilən ixtisaslar aşağıdakılardır :
- Beynəlxalq ticarət və logistika
- Mühasibat
- Turizm bələdçiliyi
- Turizm işinin təşkili
Bütün dəyişikliklərdən sonra 2 ci qrup ixtisasları aşağıdakı kimidir:
- Coğrafiya müəllimliyi
- Tarix və Coğrafiya müəllimliyi
- Beynəlxalq münasibətlər
- Regionşünaslıq ( regionlar üzrə)
- Sosiologiya
- Beynəlxalq ticarət və logistika
- Biznesin idarə edilməsi
- Davamlı inkişafın idarə edilməsi
- Dövlət və bələdiyyə idarə etməsi
- İqtisadiyyat
- Maliyyə
- Marketinq
- Menecment
- Mühasibat
- Statistika
- Coğrafiya
- Hidrometeorologiya
- İdman menecmenti və Komunikasiya
- Nəqliyyatda servis ( nəqliyyat növləri üzrə)
- Turizm bələdçiliyi
- Turizm işinin təşkili
2 ci qrup ixtisaslar aşağıdakılardır :
Beynəlxalq münasibətlər
İxtisas hüquq, xarici dillər və sosial araşdırmalara maraq göstərənlərə uyğundur. Bu ixtisaaı seçənlər üçün dil biliyi, xüsusilə də ingilis dili biliyi vacibdir. Bu ixtisasdan məzun olanlar dövlət və özəl müəssisələrlə yanaşı,magistr təhsili alıb pedaqoq kimi də fəaliyyət göstərə bilərlər.
Biznesin idarə edilməsi
Biznes fəaliyyəti ticarət – istehsal – ticarət sxemi üzrə əmtəənin son istehlakçıya çatdırılması ilə əlaqədar həyata keçirilən fəaliyyətdir. İxtisasın məqsədi tələbələrə biznes fəaliyyətinin səmərəli təşkili və idarə edilməsinin əsas prinsip və metodları barədə biliklərin verilməsidir. Bu ixtisasın əhatə dairəsi çox genişdir.
İqtisadiyyat
İqtisadiyyatın bütün sahələrini əhatə edən peşəkar mütəxəssis yetişdirən bir ixtisasdır. Bu ixtisasdan məzun olanlar dövlət strukturlarının müvafiq sahələrində, ictimai əhəmiyyətli qurum və şirkətlərdə, xarici investisiyalı müəssisələrdə, kiçik, orta və iri təsərrüfatçılıq subyektlərində, xarici iqtisadi fəaliyyətlə məşğul olan şirkətlərdə və digər biznez strukturlarında fəaliyyət göstərə bilirlər.
Marketinq
İqtisadiyyat, psixologiya bə sosial araşdırmalara maraq göstərənlər üçün uyğun ixtisasdır. İnsan amilinin böyük rol oynadığı digər sahələr kimi marketing ixtisasınında gəm bu günü, həm də gələcəyi çox parlaqdır.
Mühasibat
İxtisasın əsaa məqsədi tələbələrə şirkətlərdə maliyyə menecmenti işinin təhlili, mənfəətin planlaşdırılması və ona nəzarət edilməsi, nəğd pulların idarə edilməsi, əsas maliyyə cədvəlləri, iki tərəfli qeydiyyat, aktiv öhdelik, kapital anlayışı və qeydiyyatın aparılması yönündə bilik və bacarıqlar aparılmasıdır. Hal-hazirda ixtisasa böyük təlabat olsada,gələcəkdə texnologiyanın insanları asanlıqla əbəz edə biləcəyi sahələrdən hesab olunur.
Coğrafiya
Coğrafiya – özündə yerlə bağlı olan, demək olar ki bütün elm sahələrini birləşdirir. Coğrafiyaçıların bugünkü əsas fəaliyyəti müxtəlif proseslərin bə hadisələrin izahı, səbəblərini müəyyənləşdirmək və gələcək üçün proqnoz verməkdən ibarətdir.
Maliyyə
Maliyyə ixtisası şirkətlərin mövcud olan maliyyə resurslarının necə idarəedilməsini öyrədir. Maliyyə ixtisası maliyyə mənbələrinin idarə edilməsi deməkdir. Riyaziyyatı sevənlər üçün uyğun ixtisasdır.
Coğrafiya müəllimliyi
İxtisas şagirdlərdə sintez və dəyərləndirmə bacarıqlarını inkişaf etdirməklə coğrafi proqnozların verilməsi, yeni ideya və fikirlərin, layihələrin təqdim olunmasını inkişaf etdirir. İxtisas üzrə orta ümumtəhsil məktəblərində, özəl kurslarda, ekologiya və turizm sahəsində çalışmaq mümkündür.
Menecment
Menecment ixtisası müəssisə idarəçiliyini və onun effektiv idarə olunması yollarını öyrənir. Menecmentin əsas rolu müəssisənin fəaliyyətini və səmərəliliyini təşkil etməkdir.