Apostil nedir?
Apostil nədir və bu sənədləşmə forması necə aparılır kimi sualların cavabını saytımızda tapa biləcəksiniz.
Azərbaycan Respublikasında alınan vacib sənədlərin, arayışların, hüquqi aktların və s. sənədlərin xaricdə tanınması üçün mütləqdir ki, aposil və leqallaşdırma aparılsın. Bəs bu proseslər necə aparılır?
Alınan sənədlərə apostil verilir və ya onun leqallaşdırılması təmin edilir.
Bir çox ölkədə şəxsə verilmiş hüquqi qüvvəyə malik sənədlər müvafiq qaydada rəsmiləşdirildikdən sonra digər ölkələrin ərazilərində tanınır və istifadə oluna bilir. Hazırda rəsmiləşdirilmənin 2 növü vardır:
- Apostil verilməsi.
- Konsul leqallaşdırma.
Apostil sənədi imzalamış şəxsin imzasının həqiqi olduğunu, şəxsin hansı qisimdə çıxış etdiyini və lazım gəldikdə isə həmin sənədə vurulmuş möhür və ya ştampın həqiqi olmasını təsdiq edir. Bu sənəd formasında qeyd edilmiş imza, möhür və ştampın yenidən təsdiqinə və ya leqallaşdırılmasına ehtiyac olmur.
Konsul leqallaşdırması isə sənədlərdəki və aktlardakı imzaların həqiqi olduğunu və bu sənəd və aktların konsulluğun yerləşdiyi dövlətin qanunlarına uyğun olmasını müəyyənləşdirməkdən və təsdiq etməkdən ibarətdir.
Apostilin verilməsi ilə leqallaşdırma arasında fərq nədən ibarətdir?
Leqallaşdırma uzunmüddətli prosedurdur və bir neçə qurumların təsdiqi bu prosedur zaman zəruri olur.
Leqallaşdırmanın apostildən əsas fərqi odur ki;
• sənədin istifadə olunması nəzərdə tutulmuş xarici dövlətin konsulluğu tərəfindən təsdiq edilir;
• leqallaşdırılmış sənəd yalnız onu rəsmiləşdirmiş dövlətin ərazisində istifadə edilə bilir.
Apostilin leqallaşdırmadan əsas üstünlüyü isə sənədin verilməsi isə birpilləli prosedur olmaqla, yalnız bir orqan tərəfindən təsdiq olunmasını vacibdir və həmin sənəd “Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən” 5 oktyabr 1961-ci il tarixli Haaqa Konvensiyaya üzv olan bütün dövlətlərdə təqdim edilə bilər.
Apostil hansı sənədlərə görə verilə bilir?
• dövlət orqanları tərəfindən verilən sənədlərə (məs:diplom, arayış, çıxarış və s.);
• məhkəmə sənədlərinə;
• notariat qaydasında təsdiq edilmiş sənədlərə ( o cümlədən hüquqi şəxs tərəfindən verilmiş sənədlərin notariat qaydasında təsdiq edilmiş surət və ya tərcümələri; fiziki şəxsin imzaladığı sənədlər, əgər onun imzası notariat qaydasında təsdiq edilibsə).
Apostil hansı orqan tərəfindən verilən sənədlər üçün keçərlidir?
• Məhkəmələrin verdiyi sənədlər üçün;
• Prokurorluq orqanlarının sənədləri üçün;
• Ədliyyə orqanlarının sənədləri üçün;
• Notariat qaydasında təsdiq edilmiş sənədlər üçün;
• Vətəndaşlıq vəziyyətinin dövlət qeydiyyatına aid sənədlər üçün Ədliyyə Nazirliyi tərəfindən apostilin verilməsi mümkündür.
Xarici işlər Nazirliyi isə digər sənədlər üçün apostil verilməsi üzrə səlahiyyətli orqan olaraq müəyyən olunmuşdur.
Apostil hansı sənədlərə verilmir?
Gömrük və kommersiya əməliyyatlarına bilavasitə aid olan inzibati sənədlərə, diplomatik və konsul agentləri tərəfindən tərtib edilən sənədlərə apostil verilmir.
5 iş günü müddətində sənədlər Ədliyyə Nazirliyinə daxil olduqdan, yoxlanıldıqdan sonra onlara apostil verilir. Əgər ki, təqdim olunan sənədlərin sayı 10-dan artıqdırsa, bu zaman 5 gündən artıq müddətə sənədlərə apostilin verilməsi mümkün olur.
“Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən Konvensiya”ya üzv olmayan dövlətlər üçün sənədlərin leqallaşdırılmasl proseduru tətbiq edilir ki, bu zaman apostil alınması lazım gəlmir.
Apostil almaq üçün sənəd aşağıdakı qaydada Ədliyyə Nazirliyinə təqdim olunmalıdır:
• bilavasitə sənəd sahibi tərəfindən
• notariat ofisləri vasitəsi ilə
• “ASAN xidmət” mərkəzləri vasitəsi ilə
• üçüncü şəxslər tərəfindən.
Apostilin verilməsi və ya leqallaşdırma üçün dövlət rüsumu haqqında.
Sənədə apostilin verilməsinə görə dövlət rüsumu 10 manat, leqallaşdırma üçün isə təqdim olunan sənədin təsdiqinə görə dövlət rüsumu nəzərdə tutulmur.
Apostil almaq istəyən şəxslər bunları bilməlidir.
Əgər ki, siz apostil almalısınızsa o zaman bilməlisiniz ki, təqdim edəcəyiniz sənədin üzərində hər hansı əlavə dəyişiklik edə bilməzsiniz, boş yerlərə əlavə nəsə yazmağınıza, xətt çəkməyinizə icazə verilmir. Təqdim edəcəyiniz sənəd tikilməli, vərəqlər nömərlənməli və sənədi verən şəxs imzalayıb möhürlənməlidir. Eyni zamanda imzanın tərkibinə sənədi imzalamış şəxsin adı, soyadı, vəzifəsinin adı daxil edilməli, vəzifəli şəxs olmadıqda isə onun vəzifələrini icra edən şəxs eyn qaydada proseduru həyata keçirməlidir. Əgər təqdim etdiyiniz sənəddə bir neçə vərəq nömrələnməmişsə, tikilməmişsə, imza yoxdursa, möhür vurulmayıbsa, bu sənədlər qəbul edilməyəcəkdir.
“Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən Konvensiya”ya üzv olan dövlətlərin siyahısını sizlərə təqdim edirik.
Albaniya, Almaniya, Amerika Birləşmiş Ştatları, Andorra, Antiqua və Barbud, Argentina, Avstraliya, Avstriya, Azərbaycan, Baham, Barbados, Belarus, Belçika, Beliz, Bəhreyn, Boliviya, Bolqarıstan, Bosniya və Hersoqovina, Bostva, Böyük Britaniya, Braziliya, Bruney, Burundi, Cənubi Afrika, Çex Respublikası, Çili, Çin (Hong Kong), Çin (Makao), Danimarka, Dominika, Dominikan Respublikası, Ekvador, El Salvador, Estoniya, Esvatini (2018-ci ilədək Svazilend), Fici, Filippin, Finlandiya, Fransa, Gürcüstan, Hindistan, Honduras, Xorvatiya,İrlandiya, İslandiya, İsrail, İspaniya, İsveç, İsveçrə, İtaliya,Kabo Verde, Kipr, Kolumbiya, Koreya,Kosovo, Kuk Adaları, Qayana, Qazaxıstan, Kosta Rika, Qırğızıstan, Qrenada, Qvatemala, Latviya, Lesoto, Liberiya, Lixtenşteyn, Litva, Lüksemburq, Macarıstan, Makedoniya, Malavi, Malta, Marşal Adaları, Mauritius, Meksika, Mərakeş, Moldova, Monako, Monqolustan, Montenegro, Namibiya, Niderland, Nikaraqua, Niue, Norveç, Oman, Özbəkistan, Palau, Panama, Paraqvay, Peru, Polşa, Portuqaliya, Rumıniya, Rusiya, Samoa, San Marino, Sao-Tome və Prinsipi, Sen Kits və Nevis, Sent-Lusiya, Serbiya, Sent Vinsent və Qrenadin, Seyşellər, Slovakiya, Sloveniya, Surinam, Şimali Makedoniya, Tacikistan, Tonqa,Trinidad_və Tobaqo, Tunis, Türkiyə, Ukrayna, Uruqvay, Vanuatu, Venesuella, Yaponiya, Yeni Zelandiya, Yunanıstan.