Tarix

Babək haqqında məlumat

Babək (Doğum: 795 və ya 798 – Vəfatı: Hicri 3 Safer 223 / H. 4 yanvar 838); 22 il (816-838) davam edən Xürrəmi üsyanı zamanı Abbasi xilafətinə qarşı mübarizə aparan Xürrəmi Hərəkatına rəhbərlik edən və Babəkin başçılığı altında 6 böyük Xilafət Ordusunu məğlub edən sərkərdə. Azərbaycan türklərinin Milli Qəhrəmanı. Ərdəbildə anadan olub. Babək ərəb irqçi və şovinistləri olan, türk xalqını din adı ilə qırğına məruz qoyan, bir məqamda İslama meylli görünən, xalqa zülm edən Abbasiləri sevməyən bir gəncdir.

Babek haqqinda melumat 

Babək Azərbaycanda yadellilərə qarşı azadlıq mübarizəsinin ən güclü rəhbərlərindən biri olmuşdur. 816 – cı ildən etibarən Babək yadelli əsarətinə qarşı mübarizəyə başcıləq etməyə başlamışdır. 

Məhəmməd peyğəmbərin vəfatından sonra Ərəb dövlətini xəlifə adlandırılan hökmdarlar idarə etməyə başladı. Ona görə də Ərəb dövləti sonralar xilafət adlanırdı.Tezliklə qonşu ölkələri ələ keçirən ərəblər ilk dövrlərdə islam dininin qaydalarına əməl edirdilər. Ölkə ədalətlə idarə edilirdi. Lakin zaman keçdikcə əhalidən alınan vergilər artırıldı. Ədalətsizlik hökm sürməyə başladı. Yerli əhalini  torpaqları alınır və buraya ərəb ailələri köçürülürdü. Bütün bunlar Azərbaycanda xalqın narazılığına səbəb oldu. 

Xürrəmilər üsyanının səbəbləri 

  • Ərəb əsarəti 
  • Vergilərin artırılması
  • Ərəb ailələrinin Azərbaycana köçürülməsi
  • Yerli əhalidən torpaqların alınması

Beləliklə, ərəb əsarətinə qarşı üsyanlar başladı. Sonralar bu üsyanlar güclənərək azadlıq uğrunda güclü hərakata çevrildi. Bu hərakata xürrəmilər hərakatı adlanırdı. Xürrəmilər İslam dininə qarşı deyil, Azərbaycanın azadlığı uğrunda mübarizə aparırdılar. Onlar döyüşlərə azadlıq rəmzi olan qırmızı bayraqla gedirdilər. Hərakatın əsas mərkəzi Azərbaycanın cənubunda yerləşən Bəzz qalası idi. 

Babək kimdir? 

Xürrəmi Cavidan 816-cı ildə Xürrəmilərin digər rəhbəri və rəqibi Əbu İmranla vuruşmada ölümcül yaranır və bir neçə gündən sonra vəfat edir. Elə həmin  vaxtdan başlayaraq Cavidanın yaxını olan Babək xürrəmilərin rəhbəri olur.  

Xürrəmilər hərakatıma nəinki yoxsullar, hətta varlılar da qoşulmuşdular. Babəkin ətrafında güclü sərkərdələr toplanmışdı. Ordusunda güclü nizam – intizam yaratmış Babək Ərəb xilafətinin 6 ordusunu məhv etmişdi. Bu qələbələrin səbəblərindən biri də azadlığı hər şeydən üstün tutan xalqımızın birliyi idi. 

Qətiyyətli mübarizəni görən xəlifə Babəkə qarşı ən bacarıqlı sərkərdəsi Afşini göndərdi. Afşini cəsur türk sərkərdəsi idi. Xəlifə bu yolla bir türkü digər türkün köməyi ilə məğlub etmək istəyirdi. Afşin əvvəlcə Babəkla açıq döyüşə girmədi. Yolları bərpa etdirdi, kəşfiyyat işlərini gücləndirdi. Çox keçmədən Afşinin başcılıq etdiyi ərəb ordusu Bəzz qalasını mühasirəyə aldı. Xilafət özünün bütün gücünü xürrəmilər qarşı yönəltmişdi. Uzun sürən müharibələrə baxmayaraq, xürrəmilər qəhramancasına döyüşürdülər. Lakin çox saylı düşmən ordusu üsyançıların müqavimətini qıra bilmədi. Bəzz qalası ələ keçirildi. 

Babək Bəzz qalasını tərk etdi. O, yenidən qüvvələri birləşdirib mübarizəni davam etdirmək istəyirdi. Üsyançıların bir hissəsi həlak oldu. Əsir alınananlarda oldu. Babəkin oğlu da əsirlərin arasında idi. Xəlifə Babəkin hünərinə heyran qalmışdı. İstəyirdi ki, Babək Xilafət ordusunda sərkərdəlik etsin. Babəkin oğlunu da inandırmışdı ki, atasının cəsarətinə və sərkərdəlim məharətinə çox hörmət etdiyi üçün onu öz ordusunda görmək istəyir. Xəlifə və Babəkin oğlu məktub yazaraq Babəkdən təslim olmasını istədilər. Öz oğluna cavan məktubunda Babək yazmışdı : “ Qırx il kölə kimi yaşamaqdansa, bir gün azad yaşamaq yaxşıdır! “

Xürrəmilər hərakatı tarixi

Xəlifənin təslim olmaq təklifini rədd edən Babək yeni qüvvə toplayıb mübarizəni davam etdirmək istəyirdi. Lakin yerli hakimlərdən birinin xəyanəti nəticəsində Babək əsir alındı. 

Babəkin başcılığı ilə 21 ildən çox davam edən azadlıq hərəkatı amansızlıqla yatırıldı. Babək və onun sərkərdələri edam edildilər, lakin ölüm ayağında belə onlar düşmənə boyun əymədilər. Xalqımızın azadlıq mübarizəsi davam edirdi. Nəticədə Xilafət zəiflədi və Azərbaycan onun tabeliyindən çıxdı. Dövlətçiliyimiz və müstəqilliyimiz bərpa edildi. Azərbaycanda yeni dövlətlər yarandı. Xalqımız Babəki həmişə iftixarla yad etmişdir. Babək xalqımızın azadlıq, cəsarət və qürur rəmzinə çevrilmişdir. Onun haqqında əsərlər yazılmış, film çəkilmişdir. Onun haqqında əsərlər yazılmış, film çəkilmişdir. Respublikasımızda Babəkin adını daşıyan rayon var. 

Yazını dəyərləndir post
Back to top button