Tarix

Ermenistan haqqinda melumat 

Ermenistan haqqinda melumat yəqin ki, bir çox azərbaycanlı üçün maraqlıdır. Məlum məsələdir ki, bizim tarixi torpaqlarımızda öz dövlətini qurmağı bacaran mənfur düşmənimiz bir zamanlar Azərbaycanın qədim torpaqları olan İrəvan xanlığını ələ keçirərək indiki Ermənistan adlı dövlət qurdular. İndi isə gəlin Ermenistan haqqinda melumat oxuyaraq bu ölkənin necə qurulmasını birlikdə öyrənək.

Ermənistan, ermənilərin dili ilə desək Hayastan və ya rəsmi adı ilə Ermənistan Respublikası adlanan, Cənubi Qafqazda yeni qurulan dövlətlərdən biridir. Bildiyiniz kimi Ermənistanın ərazisinin əksər hissəsini dağlar tutur. Şimalda Gürcüstan, şərq və cənub-qərbdə Azərbaycan, cənubda İran, qərbdə isə Türkiyə ilə həmsərhəd olan ölkənin paytaxtı və ən böyük şəhəri İrəvan şəhəridir. İrəvanın ümumi sahəsi 29,743 kvadrat kilometrdir.

Ermənilər öz ölkələrini bəzən Hayastan, bəzən də Hayk adlandırsalar da, dünya dillərində “Ermənistan” ifadəsi bir-biri ilə oxşarlıq təşkil edir.

Qədim Azərbaycan torpağı olan İrəvan xanlığı  1747-ci ildə Nadir şah Əfşarın ölümündən sonra əsası qoyulmuş müstəqil xanlıqlarımızdan biridir. Ərazisi müasir Ermənistanı habelə indiki Naxçıvan Muxtar Respublikasının Şərur və Sədərək rayonlarını və indiki Türkiyənin İğdır ilini əhatə etmişdir. 1828-ci ildə imzalanmış Türkmənçay müqaviləsinə əsəsən Rusiyanın tərkibinə daxil edilən İrəvan xanlığı ərazisində erməni vilayəti təşkil edilmişdir. Daha sonra bu ərazidə cəmisi 25 min erməninin yaşadığına baxmayaraq həmin ərazilərə Qacar İran və Osmanlı İmperiyasından kütləvi surətdə ermənilər köçürülmüşdür. Vilayətin etnik tərkibinin dəyişdirilməsində məqsəd rusların daha loyal qəbul etdiyi xristianların say üstünlüyünün artması və bununla da erməni vilayətinin inzibati-ərazi bölgüsü möhkəmləndirilməsidir.

Erməni vilayətinə daxil edilən İrəvan əyalətinin Qırxbulaq, Zəngibasar, Vedibasar, Şərur, Körpübasar, Sürməli, Dərəkənd-Parçanis, Talın, Səədli,  Seyidli Ağsaqqallı, Sərdarabad, Gərnibasar, Abaran, Dərəçiçək, Göyçə (bir hissəsi) mahallarının, Naxçıvan əyalətinin Məvazixatun, Əlincəçay, Xok, Naxçıvan, Dərələyəz mahallarının, Ordubad dairəsinin Ordubad, Əylis, Biləv,  Dəstə və Çənnəp mahalları türklərinin əksəriyyəti əsasən Türkiyə və İrana köçməyə məcbur olmuşlar.

Ermənistan Demokratik Respublikası

1921-ci ildə mayın 26-da Zaqafqaziya Seymi buraxıldıqdan sonra əvvəlcə Gürcüstan, daha sonra isə mayın 28-də isə Azərbaycan və Ermənistan öz müstəqilliyini elan edir. İyunun 4-də Türkiyə ilə Ermənistan arasında Batumda sülh müqaviləsi imzalanır və  müqavilənin şərtlərinə əsasən Ermənistan Respublikasının ərazisi təqribən 9 min km² idi. Əhalisi isə 321 min nəfər təşkil edirdi ki, bunlara: 200 min erməni, 100 min azərbaycanlı, 5 min yezidi kürdləri, 6 min digər millətlər) təşkil edirdi. Bu respublikanın ərazisinə Yeni-Bəyazid qəzası, İrəvan qəzasının beşdə üçü, Eçmiədzin qəzasının dörddə biri, Aleksandropol qəzasının dörddə biri daxil idi.

Hətta bu müqavilə haqqında Alman diplomatı Bernsdorf belə demişdi: “Türkiyə ermənilərə ancaq Sevan gölünü saxlayıb, hansı ki, çimə bilərlər, ancaq çıxmağa və özlərini qurutmağa yer qalmayıb. Batum müqaviləsinə əsasən Ermənistanın ərazisi I Dünya müharibəsinə qədər ermənilərin İrəvan quberniyasında kompakt yaşadıqları ərazilərlə məhdudlaşırdı. 1918-ci ildən sonra isə hər şey dəyişdi. Belə ki, həmin il Şərqi Anadoluda qırğınlar törədən erməni silahlı qüvvələri general Andranikin komandanlığı altında Gümrüdən Qarakilsəyə, oradan Dilican dərəsinə və Göyçəyə, sonra Naxçıvana, oradan da Zəngəzura adlayaraq, həmin ərazilərdəki müsəlman kəndlərini viran qoymuş, qırğınlar törətmişlər. Bundan sonra ermənilər Qarabağa göz dikməklərini açıqca biruzə  etməyə başladılar. Erməni silahlı qüvvələrinin Zəngəzurdan Qarabağı təhdid etməsi Azərbaycan hökumətini ciddi narahat edirdi.

1918-ci ilin yayında erməni silahlı qüvvələri Göyçəni darmadağın etdilər. Lakin qırğınlar bununla yekunlaşmadı. Elə həmin ildə Naxçıvanı işğal edərək Zəngəzur qəzasına daxil olmuş, Gorus nahiyəsini və Şuşa yolunu ələ keçirmişdilər. Bununla əlaqədar Azərbaycan hökuməti avqustun 15-də Ermənistan hökumətinə etiraz notası göndərdi. Notaya əsasən erməni qoşunlarının Azərbaycan ərazisindən çıxarılmasına qarşı tədbir görülməzsə, hadisələrin sonrakı inkişafı üçün məsuliyyətin Ermənistan hökumətinin üzrinə düşəcəyini kəskinliklə bildirmişdi. Lakin Ermənistan hökuməti hər zamanki kimi hiylə işlədib Andranikin silahlı qüvvələrinin Ermənistan hökumətinə tabe olmadığını bəhanə etmişlər. Avqustun 1-də bildirilmişdi ki, general Andranik və onun dəstəsi bütünlüklə Ermənistan ordusunun tərkibindən silinmişdir. Çünki Andranik və onun dəstəsinin Ermənistan daşnak hökumətini tanımadıqlarını bəyan etmələri əsas gətirmişlər. Elə buna görə də Ermənistan hökuməti Andranikin və onun dəstəsinin əməllərinə cavabdeh olmadığını bildirmişdi.

N.N.Şavrov yazır: “Biz müstəmləkəçilik fəaliyyətimizə Zaqafqaziyada rusların deyil, bizə yad olan xalqların yerləşdirilməsindən başladıq… Azərbaycan ərazisinə artıq ermənilərin köçürülməsi başlanılmışdı. Belə ki, 1826–28-ci illər müharibəsinin qurtarmasından sonrakı iki il ərzində 1828-ci ildən 1830-cu ilədək Zaqafqaziyaya 40 min İran və 84 min Türkiyə erməniləri köçürülmüşdü. Onları Yelizavetpol (Gəncə) və İrəvan quberniyalarının ən yaxşı dövlət torpaqlarında yerləşdirdilər ki, orada erməni əhalisi çox cüzi sayda idi. Eyni zamanda Tiflis r yerləşdirilmişdir ki, bu quberniyanın Borçalı, Axıska və Axılkələk qəzalarında da ermənilərin yerləşdirilməsi üçün 200 min desyatindən artıq dövlət torpaq, 2 milyon rubldan artıq məbləğdə müsəlmanlardan xüsusi mülkiyyət torpaqları satın alınaraq ermənilər üçün ayrılmışdı. Ermənilər Yelizavetpol quberniyasının dağlıq hissəsi (Dağlıq Qarabağ, Xanlar və Şəmkir rayonları nəzərdə tutulur – müəllif.) və Göyçə gölünün sahilində məskunlaşdırılmışdı. Həmçinin qeyd edək ki, 124 min rəsmi köçürülən ermənilərlə yanaşı, qeyri-rəsmi şəkildə köçənlər də çox sayda olmuşdur. Beləliklə, ümumi köçənlərin sayı 200 min nəfərdən xeyli artıq idi.

Ermənilərin Azərbaycan torpağı olan İrəvana, yəni indiki Ermənistan ərazisinə axını 1877–1878-ci illər Rusiya-Türkiyə müharibəsindən sonra daha da güclənmişdi. 90-cı illərdə Türkiyədə erməni üsyanları başlamışdı. Nəticəsində 400 minə yaxın erməni yenə də Qafqaza köçüb gəlmişdi. N.Şavrov qeyd etdiyi məlumatlara əsasən, 20-ci əsrin əvvəlində Zaqafqaziyada yaşayan 1300000 ermənidən bir milyonu yerli əhali deyil, rusların vasitəsilə məskunlaşdırılmışdı.

Bundan sonra isə Sovet hakimiyyəti illərində xarici ölkələrdə yaşayan 100 mindən artıq erməni Ermənistana köçüb gəlmişdi.

Ermənistan SSR

1921-ci ildə sovet əsgərləri Ermənistana daxil olaraq müstəqilliyi ləğv edərək SSRİnin tərkibində daxil edərək Ermənistan Sovet Sosialist Respublikasını yaratdılar. 1922–1936-cı illərdə Zaqafqaziya Sovet Federativ Sosialist Respublikasına daxil idi. 1988-ci ildə etibarən Dağlıq Qarabağ münaqişəsi başlanıldı. Bu səbəbə görə 1988–1991-ci illərdə 200 min Azərbaycan türkü , 18 minə yaxın kürd və 4 min nəfər Rus ölkədən çıxarılmışdır. Hal-hazırda da ermənilər Dağlıq Qarabağ üzərində iddialarından əl çəkmirlər. 1991-ci ildən Ermənistan Respublikası müstəqil dövlətdir.

COĞRAFİYASI

Ermənistan Cənubi Qafqaz ölkələri qrupuna aid olmaqla  Azərbaycan, Gürcüstan, Türkiyə və İran ilə həmsərhəddir. Ermənistan Respublikasının coğrafi mövqeyinin əsas xüsusiyyəti onun dənizə çıxışa malik olmamasıdır. Ermənistan Rusiya ilə sərhədə malik olmadığı üçün bu da onun iqtisadi inkişafına mənfi təsir edən əsas problemlərdən biridir. Rusiya ilə nəqliyyat əlaqələri avtomobil magistralları vasitəsilə həyata keçirilir. Türkiyə ilə sərhədləri bağlı olduğu üçün bu baxımdan da iqtisadiyyatı heç də ürəkaçıcı deyil deyə bilərik. Dəmiryol əlaqəsi isə Azərbaycan və Abxaziya ilə olsa da, blokadaya görə dayandırılıb. Ölkənin tək çıxışının ola bildiyi yer Gürcüstandır ki, son dövrlərdə Ermənistan məhsullarının idxal və ixracında Gürcüstana aid Poti limanından və İranla nəqliyyat-kommunikasiya əlaqələrindən aktiv istifadə edilir. Ermənistan dağlıq ölkə olduğundan şimal-şərqində dağarası çökəklikdə yerləşir, relyefi mürəkkəbdir. Bu ərazidə dağlar, yaylalar, akkumlyativ düzənliklər, çay dərələri və gölətrafı çökəkliklər vardır. Ölkənin əsas hissəsi Zaqafqaziya vulkanik yaylasında yerləşir. Kiçik Qafqaz  və Zəngəzur, eyni zamanda Vardenis və Geyəm dağları ilə əhatələnən Ermənistan 90%-i dəniz səviyyəsindən 1000 m-dən çox hündürlükdə yerləşir. Araqats Cənubi Qafqazda ən böyük vulkanik massivdir. Ölkənin ən yüksək nöqtəsi Şimal dağıdır və hündülüyü 4090 m-dir. Ərazisinin orta hündürlüyü 1800 metr, ən az yüksəkliyi isə Debed və Araz çayları hövzəsindədir (380 m). Burada düzənlik sahə azdır. Yaşayış məntəqələrinin çoxu 30° meyillikdə yerləşir ki, bu da şəhər nəqliyyatının təşkili və inkişafında çətinlik törədir. Buna görə də nəqliyyat burada çox da inkişaf etməmişdir. Həmçinin inkişaf baxımından da çox geridə qalmış ölkədir. XX əsrdə — 1926, 1931 və 1988-ci (Spitak şəhərində) illərdə güclü dağıntılı zəlzələ baş vermişdir.

Yazını dəyərləndir post

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button

Adblock xətası :(

Zəhmət olmasa reklam əngəlləyiciləri bağlayıb yenidən giriş edin.