Tarix

Azərbaycan xanlıqları

XVIII əsrin ikinci yarısı Azərbaycan tarixinin mühüm dövrlərindən biridir. Azərbaycanda özünəməxsus xüsusiyyətləri olan bu dövrdə feodal pərakəndəliyi hökm  sürürdü. Vahid iqtisadi və siyasi mərkəz yox idi. İqtisadi əlaqələri zəif olan ölkənin iqtisadiyyatında natural təsərrüfat inkişaf etmişdi. Ayrı – ayrı xan, sultan, məlik və bəylər öz müstəqilliyini qorumağa çalışır və məhdud feodal mənafeyini güdərək ölkəni pərakəndə vəziyyətdə saxlamaq istəyirdilər. Belə feodallar eyni zamanda xanlıqları birləşdirərək vahid bir dövlət yaratmaq siyasətini yürüdənlərə qarşı çıxış edirdilər.

Azərbaycan xanlıqları

XVIII əsrin İranda feodal ara müharibələri genişlənir, Azərbaycanda isə demək olar ki, hər bir şəhər ətrafında müstəqil və yarımmüstəqil feodal dövlətləri – xanlıqlar meydana gəlirdi.

Eyni zamanda xanlıqların yaranmasına yardım edən amillərdən biri də Nadir şahın qətli və ondan sonra onun varisləri arasında gərgin mübarizənin başlanması və bu mübarizənin gedişində mərkəzi hakimiyyətin zəifləməsi idi.

1747 – 1751 – ci illər arasında şah hakimiyyəti beş dəfə ələ ələ keçmişdi. Şah hakimiyyəti uğrunda belə gərgin mübarizənin qızışması və bu mübarizənin Azərbaycandan uzaqda – Xorasanda getməsi Cənubi Azərbaycan da bir sıra feodal hakimlərinə özlərini müstəqil aparmağa şərait yaradırdı. XVIII əsrin ortalarında Nadir Şah Əfşar dövlətinjn süqutundan sonra Azərbaycanın cənubunda yeni dövr başladı. Azərbaycanın cənub əraziləri də ayrı – ayrı bir müstəqil və yarımmüstəqil xanlıqlara parçalandı.

Araz çayı ilə Kür arasında Qarabağ xanlığı, Zəngəzur sıra dağlarındsn Araz vadisinə qədər uzanmış ərazidə Naxçıvan xanlığı, Murovdağ silsiləsindən Kür çayınadək Gəncə xanlığı, Şirvan düzənliyində isə Şamaxı xanlığı yaranmışdı. Azərbaycanın Şimal qərbində Şəki xanlığı öz varlığını saxlayırdı. Abşeron yarımadasında Bakı xanlığı, Azərbaycanın Şimal – şərqində, Xəzərin qərb sahilində Quba və Dərbənd xanlıqları, Bakı xanlıqlarından cənubda Salyan xanlığı, Kür ilə Arazın qovşağına bitişmoş torpaqlarda Cavad xanlığı,Xəzərin cənub – qərb sahillərində Talış,Azərbaycanın  cənubunda Təbriz, Urmiya, Xoy, Qaradağ, Sərab, Marağa, Maku xanlıqları yarandı. İlusu, Qəbələ, Ərəş, Qazax, Şəmşəddil sultanlıqları kimi kiçik dövlət birləşmələri meydana gəldi. Şəmşəddildən şimal – Şərqdə  Car – Balakən camaatı yerləşirdi. Qarabağda xanlığı torpaqlarınds yerləşən və xanlığın tabeliyində olan Xaçın, Vətəndə, Dizaq,Gülüstan ( Talış), Çiləbörd məliklikləri mövcud idi.

Azərbaycan xanlıqlarından dördü – Qarabağ, Quba, Şəki və Urmiya xanlıqları birləşdirmə siyasəti aparmış, Azərbaycan torpaqlarını vahid halda birləşdirməyə çalışmışdır. Amma uğur əldə edə bilməmişdi.

4.9/5 - (617 votes)
Back to top button