Tarix

Məzdəkilər hərakatı

Zərdüştdən sonra İranda Mani öz dini təlimini yaymağa başlayır. Onun təlimi zərdüştlük, xristianlıq və buddizm ünsirlərini özündə cəmləşdirmişdir. Mani 215 – ci ildə Cənubi İkiçayarasında adlı – sanlı İran mənşəli arşakilər nəslinə mənsub ailədə doğulmuşdu. Maninin dini təlimi digər dinləri əvəz etməli və ümumdünya dininə çevrilməli imiş.O öz təlimini III əsrin ortalarında  ( 242 – ci ildə) I Şapur  hakimiyyətə gələn zaman yaymağa başlayır. Həmin təlimə görə dünyada işıq və qaranlıq arasında daima mübarizə gedir. İnsan ilk növbədə şər ünsürlərindən azad olmalıdır,hakimiyyətə can atmamalıdır. Mani ardıcıllarını dünya nemətlərindən, hətta ev – ailə qurmaqdan imtina etməyə çağırırdı. Lakin Mani təlimi ailə qurmağı, mülkiyyət sahibi olmağı tam qadağan etmirdi, belələrinin təlimi yayanlara yardım göstərməmələrini tövsiyə edirdi. Lakin o,əhalini mövcud quruluşa qarşı fəal mübarizəyə çağırmırdı.

Məzdəkilər hərakatı haqqında

Sasanilərin hakimiyyəti dövründə imperiyaya daxil olan ölkələrdə feodal münasibətləri inkişaf edirdi. Kəndlilər son dərəcə istismar olunurdular. Torpaq sahələri feodalların əlində cəmləşirdi.Feodal torpaqlarında icarədar kimi işləməyə məcbur olan kəndlilərə paylanmış torpaqlar iri feodalların xüsusi mülkiyyətinə çevrilirdi. Kəndlilər feodaldan asılı vəziyyətə düşürdülər. Kənd icmalarının parçalanması və feodal mülkiyyətinə çevrilməsi prosesi güclənir, dövlət xəzinəsi boşalırdı. Sasanilərin müharibələri, kəndli torpaqlarının hesabına iri feodal mülklərinin yaranması və kəndlilərin feodallardan asılı vəziyyətə salınması cəhdləri ölkədə ictimai hərakatın genişlənməsinə şərait yaratmışdı. 481 – 529 – cu illəri əhatə edən ictimai hərəkəta Məzdək Bəmdas oğlu başcılıq edirdi.

Məzdək təliminin əsas müddəası ədalətli cəmiyyət qurmaq, insanlar arasında əmlak bərabərliyi yaratmaq idi. Qaynaqların birində bu ideya belə şərh olunmuşdu : “Allah insanlara ona görə əmlak vermişdir ki, onlar bunu öz aralarında bərabər bölüşdürsünlər.Lakin insanlar bir – birilərini ağır ədalətsizli düçar edirlər. Onlar (Məzdəkilər) deyirdilər ki, (əmlakı) varlılardan alıb yoxsullara vermək və bununla da varlıların hesabına onlara öz mülkiyyətini qaytarmaq istəyirdilər”. Məzdək təliminə görə, Xeyirin Şər üzərində qələbəsini Allahın və İşıqlı qüvvələrin köməyi ilə təmin etmək olar. Məzdək mübarizə yolu ilə ədalətli cəmiyyətin qurulmasını mümkün hesab edir di.

Qubadın hakimiyyəti illərində Məzdəkilər hərakatı daha geniş vüsət alır. Xalq üsyanlardam ehtiyyat edən və əyanların qüdrətinj sarsıtmaq məqsədini qarşıya qoyan I Qubad Məzdəkilərə qəyyumluq edirdi. Aclıq zamanı Məzdəkilərin məsləhəti ilə dövlətin taxıl anbarlarınə əhalinin üzünə açır. Məzdəkin fikrincə, ” Əmlak insanlar arasında bölüşdürülmüşdür,onların hamısı isə Allahın qulları və Adəmin övladlarıdır.Kim ehtiyac hiss edirsə, qoy bir – birinin əmlakından istifadə etsin, belə ki, heç kəs ehtiyac və yoxsulluq duymasın, hamı mövqe ə bərabər olsun”.

I Qubad bir müddət taxtan salınır, Heptal hökmdarının yanına qaçmalı olur. Hakimiyyətini möhkəmləndirən şah artıq məzdəkilərin köməyinə arxalanmırdı. Qubadın oğlu Xosrov Məzdəkilərə qanlı divan tutur. Məzdək 529 – cu ildə edam edilir.

Məzdəkilər hərakatı məğlub oldu, lakin onun ideyaları xalq arasında uzun müddət yaşadı, sonrakı ( ərəb və fars) qaynaqlarda bu və ya digər şəkildə öz əksini tapdı.

Yazını dəyərləndir post

Back to top button