Azərbaycan Dili

Bədii təsvir vasitələri

 Bedii tesvir vasiteleri bədii dilin tərkib hissələrindən biridir. Bədii təsvir vasitələrində sözlər həqiqi (müstəqim) mənada yox, məcazi (qeyri – müstəqim) mənada işlənir. Buna görə də onlara məcazlar da deyilir. Bunlar obrazlılığın leksik səviyyədə göstəriciləri hesab olunur.

Məcazların əsas növləri aşağıdakılardır :

  1. Epitet
  2. Təşbeh
  3. Metafora
  4. Metonimiya
  5. Simvol
  6. Sinekdoxa

         Bedii tesvir vasiteleri

1.Epitet. Bədii əsərdə müəyyən bir fikri daha qüvvətli və qabarıq şəkildə çatdırmaq üçün onu ifadə edən sözə başqa bir təyin edici söz əlavə olunur. Həmin söz  epitet adlanır. Epitet yunan sözü olub “əlavə” deməkdir. Klassik ədəbiyyatda gözəl üçün işlədilən “gül üzlü”, “qələm qaşlı”, “sərv boylu”, “ahu baxışlı” və s kimi ifadələr Epitetdir. Məsələn :  ” Döyüşə aslan ürəkli oğullar gedir”. Klassik ədəbiyyatdan bir neçə nümunə : İrdi Qara dənizə bu göz qanı, Görməyə günəş üzü qanı? ( Q. Bürhanəddin) Təyinedici xüsusiyyətinə görə epitetə bədii təyin də deyilir. Qara saçlı ifadəsində qara sözü epitet sayılmır, çünki məcazi mənada işlənməmişdir. Burada həmin sözü adi təyindir. Saçın qara olması təbii haldır. Amma qara bəxtim ifadəsində qara sözü epitetdir və obrazlılığın leksik səviyyədə göstəricisidir. Epitet birinci ( asılı) tərəfi məcaziləşmiş olan I növ təyini söz birləşməsidir.

2.Təşbeh. Bənzətmə deməkdir. Bir əşya və ya hadisənin daha qüvvətli əlamətə malik başqa əşya və ya hadisəyə bənzədilməsinə təşbeh və ya bənzətmə deyilir. Təşbehin bənzəyən, bəzədilən, bənzətmə qoşması. bənzətmə əlaməti kimi tərkib hissələri var. ” Əli şir kimi güclüdür”. Burada Əli – bənzəyən, şir – bənzədilən kimi – qoşma, güclü isə bənzətmə əlamətidir. Klassik ədəbiyyatdan bir nümunə : ” Ey yanağı lalə Kiki al gözəl! Siyah zülfün zanəxdana yaraşmır”. M. P. Vaqifin bu misralarında yanaq – bənzəyən, lalə – qoşma, al – isə bənzətmə əlamətidir. Təşbehin son iki tərkib hissəsinin iştirakı olmadan işlənməsi hallarına da rast gəlirik. Məsələn : Açıq Ələsgərin ” Almadı yanğın, büllur buxağın” misrasında yanaq almaya,buxaq büllura bəzədilmiş, lakin bənzətmə əlaməti ( sifət) və qoşma işlədilməmişdir. Bu cür təşbehlərə mükəmməl təşbeh deyilir. ( Misradakl təşbehlər tam şəkildə belə qavranılır: ya ağın alma Kiki qırmızı, buxağın büllur kimi ağdır.)

3.Metafora (istiarə, köçürmə, gizli bənzətmə). Köçürmə mənasını bildirir. Bir əşya və ya hadisənin əlamətinin başqa bir əşya və ya hadisə üzərinə köçürülməsinə deyilir. Metafora da təşbeh kimi bənzətmə, oxşatma əsasında yaradılır. Lakin təşbehdən fərqli olaraq, bu bənzətmə ” gizli” olur : Metaforada qarşılaşdırılan tərəflərdən biri iştirak etmir. Həmin tərəfin bir əlaməti o biri iştirak edən tərəfin üzərinə köçürülür. Məsələn :H. Cavidin ” Yoxmudur səndə, gülüm heç insaf?” misrasında sevgili gülə bəzədilmiş, lakin onun adı çəkilməmişdir. Bu misranı ” Ey gül kimi gözəl və ətirli sevgilim, səndə heç insaf yoxmudur?” şəklində təşbehə çevirmək mümkündür. Bədii dildə insana, canlıya aid əlamətin təbiət üzərinə köçürülməsi yolu ilə yaranan metaforalar daha çoxdur.

4.Metonomiya. Ad dəyişmə mənasını bildirir. Nəzərdə tutulan bir söz əvəzinə, onunla bağlı olan başqa sözün, anlayışın işlədilməsinə deyilir. Məsələn: “Sabiri əzbər bilir” ifadəsində  “Sabiri” sözü şairin əsərləri mənasında işlənmişdir. ” Təbriz bizi yaxşı qarşıladı”, ” Sinif sakitdir”  cümlələri də metonomiyaya nümunə ola bilər.

5.Simvol. Rəmz, gizli işarə mənasını bildirir. Simvolda fikir müəyyən işarə ilə və üstüörtülü şəkildə ifadə olunur  Məsələn: klassik ədəbiyyatda tülkü hiyləgərliyin, qurd acgözlüyün, şir igidliyin simvoludur. Eləcə də müasir ədəbiyyatda göyərçin sülhün, əmin – amanlığın simvoludur. Bədii ədəbiyyatda qılınc mübarizə simvolu kimi verilir. Məcazlar istər nəzmlə, istərsə də nəsrlə yazılan bütün bədii əsərlərdə işlənir.

6.Sinekdoxa.Metanimiyanın bir növü də Sinekdoxadır. Sinekdoxada bir əlamət bütöv anlayışı, sözün bir hissəsini tamı əvəz edir. Məsələn : Q. Zakir şeirlərinin birində Şuşa polis rəisini ” yarımsaqqal” adlandırır. S. Rəhimovun ” Saçlı”, ” Qaloş” kimi obrazları sinekdoxa sayılır.

4.4/5 - (967 votes)

Əlaqəli yazılar

Digər yazılar
Close
Back to top button