Milli ordu haqqında məlumat
1918 – ci ilin 28 mayında Azərbaycan Xalq Cümhuriyyəti yarandı. Gənc Azərbaycan dövlətinin müstəqilliyini möhkəmləndirmək,xalqımızı yeni qırğınlara, hücumlardan qorumaq üçün güclü ordu yaratmaq lazım idi. Bu məqsədlə Azərbaycan Xalq Cümhuriyyəti 1918 – ci ilin yayında 19 yaşından 24 yaşına qədər müsəlman oğlanlarının orduya çağırdı. Bir müddət sonra ölkənin müdafiəsimi təskil etmək üçün general leytenant Səməd bəy Mehmandarov hərbi nazir təyin olundu. General Əli ağa Şıxlinskinin isə onun müavini oldu. Qarşıda çox çətin vəzifə dururdu.
Milli ordunu yaradanlar
Milli ordunu yaradanlardan biri Səməd bəy Mehmandarov olmuşdur. O, 1857 – ci ildə Lənkəranda anadan olub. Hərbiyə olan həvəsinə görə Peterburqda topçuluq məktəbinə daxil olmuşdur. Səməd bəy Mehmandarov Birinci Dünya müharibəsində göstərdiyi komandirlik bacarığı, igidlik və mərdliyi görə bir neçə dəfə qızıl silahla, müxtəlif ordenlərlə mükafatlandırılmışdı. O, həm də bir çox xarici dövlətlərin – İngiltərənin, Fransanın, Ruminayının yüksək hərbi mükafatları ilə təltif edilmişdi.
1918 – ci ildən general Mehmandarovun həyatında yeni bir dövr başlandı. O, vətənə qayıtdı, doğma xalqına, müstəqil milli dövlətinə xidmət etməyə başladı.
General Əli ağa ŞıxlinskiAzərbaycan Xalq Cümhuriyyəti dövründə milli ordumuzu yaradanlardan biri olmuşdur. O, dövrünün böyük hörmət və şöhrət qazanmış hərbi xadimlərindən biri idi. Səməd bəy Mehmandarov kimi Şıxlinski də Peterburqda topçuluq məktəbində oxumuşdur.Topçuluğa dair yazdığı samballı əsərlər, etdiyi qiymətli kəşflər onu dünyaya tanıtımışdı. Şıxlinski təkcə Rusiya artilleriya elmində deyil, o zaman dünyanın ən qabaqcıl topçuliq ölkələri olan Fransa, Avstriya artilleriya elmində də böyük şöhrət qazanmışdır.
Birinci Dünya MüharibəsindəRusiyanın paytaxtı olan Peterburqun artilleriya müdafiəsi Əli ağa Şıxlinskiyə tapşırılmışdı. Bu, olduqca böyük etimad idi. Əli ağa Şıxlinski o dövrdə Rusiyanın ən yüksək ordenləri ilə təltif olunmuşdu. O, həm də Fransanın ən yüksək hərbi ordenlərinə layiq görülmüşdür.
Yeni yaranmış Azərbaycan ordusu
1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə ilk hərbi hissə – əlahiddə korpus yaranmışdır.
Şərqin müsəlman aləmində bu qərar ilk demokratik hökumətin öz ordusunu yaratmasına hüquqi əsas verdi. Bundan sonra isə ölkədə hərbi mükəlləfiyyət – orduya çağırış haqqında hökumət tərəfindən fərman verildi. Qısa bir vaxt ərzində Azərbaycanda milli ordu quruculuğunda əsaslı nəticələr əldə olundu.
Gənc Azərbaycan ordusu yavaş-yavaş döyüş təcrübəsi toplayırdı.Milli ordumuz 1919 – cu ildə Zəngəzurda xalqımıza qarşı soyqırımı həyata keçirən erməni – daşnak quldur dəstələrini və Muğan qiyamçıların darmadağın etdi. Muğanda hərbi dəstələri iz 1 təyyarə, çoxlu silah və sursat ələ keçirmişdi.
Yeni yaranmış bu ordu Azərbaycan dövlətinin, doğma Azərbaycan Cümhuriyyətinin ordusu idi. Lakin bu ordunu qüdrətli bir orduya çevirmək üçün hələ çox iş görmək lazım idi. Vətənini qüdrətli ölkələr sırasında görmək arzusu general Səməd bəy Mehmandarovu rahat qoymurdu. O, bilirdi ki, bunun üçün Azərbaycan ordusu ən yeni texnika və silahlara malik idi.
1920 – ci ilin yanvarında artıq 40 min nəfərlik nizami ordumuz var idi. Onun 30 mini piyada, 10 mini isə süvari idi.
Mili ordumuz bu gün
Azərbaycan Respublikası Prezidentinin ilk dəfə 1992-ci il 18 sentyabr tarixli fərmanı ilə təsis edilmiş və 1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra Azərbaycan ordusunun yaradılması barədə Azərbaycan Ali Sovetinin qərarının qəbul edildiyi tarix – 9 oktyabr, Azərbaycan Respublikası Silahlı Qüvvələri günü elan edilmişdir.
Bu gün müstəqil Azərbaycanımızım Milli Ordusu bütün Cənubi Qafqazda ən güclü ordudur. Xalqımız hər il Milli ordumuzun yarandığı 26 iyun gününü böyük bayram təntənələri ilə qeyd edir.