Azərbaycan Dili

Qrammatik norma

Qrammatik norma sözlər və cümlələr arasındakı əlaqələrin nitqdə düzgün qurulmasını tələb edir.

Qrammatik norma dedikdə, aşağıdakılar nəzərdə tutulur:

1)Müəyyən miqdar saylarından sonra gələn isimlər təkdə işlədilməlidir: İki əsgər, altı kitab və s. İki əsgərlər, altı kitablar demək yalnışdır.Belə halda qrammatik norma pozulur.

2) Adlara (isim, sifət, say və s) əvvəlcə cəm, sonra mənsubiyyət, daha sonra hal və sonra xəbər lik şəkilçisi – şəxs sonluqları qoşulmalıdır. Məsələn : ev – lər – imiz – dən – dir, yaxşı – lar – ınız – ın – dır və s.

3)Feil kökünə təsirlik +növ + inkar + feilin şəkillərinin şəkilçisi + şəxs – xəbərim şəkilçiləri artırılmalıdır. Məsələn : don – dur – ul-malı- dır; çıx – ar- ıl – sa – nız və s.

Uşaqlar hər zaman oxuyarlardı – cümləsində qrammatik norma pozulub. Çünki idi hissəciyinin şəkilçiləşmiş variantı olan sıranı pozub. Belə ki, bu şəkilçi – lar (lər) şəkilçisindən əvvəl gəlməli idi.

4)Azərbaycan dilçiliyində belə bir qayda var ki. nə inkar bağlayıcısından sonra gələn fel təsdiqdə olmalıdır. Nə gəlir, nə də yazır. Bu hal gözlənilmədikdə. yəni feli inkarda olsa, qrammatik norma pozulmuş hesab olunar. Nə gəlmədi, nə yazmadı.

5)Mübtəda ilə xəbər cümlədə şəxsə, müəyyən dərəcədə də kəmiyyətə görə uzlaşmalıdır. Məsələn : Biz oxuyuruq, Onlar işləyirlər.

☑️  Eyni zamanda, belə bir qayda var ki, mübtəda cansız əşyalarla ifadə olunduqda,mübtəda ilə xəbər arasında kəmiyyətə görə uzlaşma pozulur. Məsələn : Otlar ( mübtada) tərpənir ( xəbər). Əgər bu cümlə ” Otlar tərpənirlər”  şəklində işlənsə idi, qrammatik şərtilim pozulardı – qrammatik şərtə görə cəmdə olan mübtəda cansız əşyanı bildirdikdə xəbər təkdə işlənməlidir. Deməli, bu tipli cümlələrdə uzlaşma əlaqəsi kəmiyyətə görə pozulsa da, qrammatika norma pozulmur.

6) Cümlədə əvvəl mübtəda, sonra tamamlıq. daha sonra xəbər gəlir. Təyin aid olduğu isimlə ifadə olunan hər bir cümlə üzvündən  əvvəl işlədilməlidir. Zərflik isə, əsasən, feldən əvvəl işlənir  Məsələn : Qardaşı  Həsəni məktəbin həyətinə çağırdım. Müəyyən üslubi məqsəd və situasiyaları nəzərə almasaq, bu hal gözlənilmədikdə qrammatik norma pozulur Bədii əsərlərdə, xüsusilə, şeirlərdə cümlə üzvlərinin sırasının pozulması qrammatik normanı pozur. Məsələn :

        Doymayır, ayrılmayıb bir an Xəzərdən gözlərim,

      Zillənir yelkənlərə hər gün səhərdən gözlərim

Nitq Normalarının Tarixiliyi

Norma tarixi kateqoriyadır. Dövr keçdikcə ədəbi dilin normalarında əvvəlkindən fərqli müəyyən əlamətlər, keyfiyyətlər meydana çıxır. Məsələn : XX əsrin 30 – cu illərinə qədər Azərbaycan ədəbi dilinin fonetikasında sağır nun (n) adlı bir səs var idi. Əlifbada xüsusi hərflə göstərilirdi. Həmin səs XX əsrin 30 – cu illərindım sonra fonetik normativliyini itirdi.     

 Yaxud bir neçə il bundan əvvəl ədəbi dildə fəal işlənən sosializm, kommunizm, pioner, kolxoz, sovxoz və s. kimi sözlər artıq fəal nitq prosesindən çıxmışdır. Müəyyən sözlər dilimizdən çıxdığı kimi, xeyli söz də dilimizə daxil olur.

Ədəbi dilin normasında həmişə sabitlik olur,amma bu nisbi sabitlikdir. Xüsusilə leksik normada həmin nisbilik özünü daha çox göstərir, fonetik və qrammatik normalarda isə dəyişmə ləng gedir.

Nitq normalarının tarixiliyi ədəbi dilin inkişafının, təkmilləşməsinin nəticəsidir.

4.2/5 - (124 votes)

Əlaqəli yazılar

Back to top button