Azərbaycan Dili

Sual cumlesi

Hər bir cümlə müəyyən məqsədlə söylənilir.:

1.Müəyyəm bir iş haqqında məlumat vermək məqsədi ilə : Onlar gördükləri bu hadisədən riqqətə gəldilər;

2.Məlumat almaq məqsədi ilə : Sənin vəziyyətini ona kim deyəcək?

3. Bir şeyin tələb olunması məqsədi ilə : Sən bu gün dərsə getmə.

Bu cür cümlələri  yaranmasında İntonasiyanın da rolu böyükdür. Elə bu cəhətdən də cümlələr dörd qrupa bölünür :

  1. Nəqli cümlə
  2. Sual cümlesi
  3. Əmr cümləsi
  4. Nida cümləsi

Sual məqsədi ilə işlədilən cümləyə sual cümləsi deyilir. Sənə kim qıydı, bala?

☑️Sual cümləsinin işlədilməsində bir neçə məqsəd  olur: məlumat almaq, əldə olan məlumatı dəqiqləşdirmək. Sənin ana dilin nədir? Sənin ana dilin Azərbaycan dilidir?

☑️Bəzi sual cümlələri cavab tələb etmir : Adam da özündən böyüyə əl qaldırar? Bu tipli sual cümlələri, əsasən bədii üslubda işlədilir və ritorik ( bədii) sual adlanır.

Bu cür sual cümlələri məzmunca nəqli cümlələrə çox yaxındır və dolayı yolla hökm ifadə edir: Sultan Əmirli daş deyil, divar deyil. İnsandır. Sevə bilər və s.

Ritorik sual cümlələrinin sonunda əksərən sual işarəsi, bəzən birlikdə sual və nida işarələri qoyulur.

☑️ Yazıda sual cümləsindən sonra həmişə sual işarəsi qoyulur.

☑️Bədii üslübda işlənən ritorik sual cümlələri cavab tələb etmir və fikri qüvvətləndirməyə xidmət edir : Hanı məni gül qoynunda doğuran?  ( A. İldırım)

☑️Sual cümlələri yaranma yoluna görə üç yerə bölünür :

1.Sual əvəzliklərinin köməyi ilə: Siz hara gedirsiniz? Atan necədir?

2.Sual ədatlarının ( – mı, mi, mu, mü, yəni,bəs,məgər,ki) köməyi ilə : Gəldinmi? Bəs o,kimi çağırdı?

3.Yalnız sual intonasiyasının köməyi ilə : Sən evə gedirsən? Bu yolla yaranan sual cümlələri nəqli cümlələrə yaxın olur. Sadəcə cümlənin xəbərinin bir az uzun tələffüz olunur.

🔹İntonasiyanın və ədatın köməyi ilə yaranan cümlələrə özlərini və ya onların bir hissəsini təkrar etmək, ya da  “bəli”, “yox” təsdiq və inkar ədatları ilə cavab vermək olar.

🔹Sual əvəzlikləri ilə yaranan cümlələrə bir qayda olaraq, cümlədəki əvəzliyi əvəzinə tələb olunan cavabı işlətmək lazımdır.

🔹Elə cümlələr var ki, onların yaranmasında həm ədatlar, həm də sual əvəzlikləri iştirak edir: Bəs sən hara gedəcəksən? Belə. cümlələrə kompleks sual cümləsi deyilir.

Beləliklə, cümlədə heç bir dəyişiklik etmədən, yalnız xəbərin son hecasını bir qədər uzun tələffüz etməklə nəqli cümləni sual cumlesine çevirmək olur. Söz sırası olduğu kimi qalır və hətta məntiqi vurğunun öz yerini dəyişməsi də buna mane ola bilmir; məs.: Siz universitetdə oxuyursunuz? Siz universitetdə oxuyursunuz? Siz universitetdə oxuyursunuz?

3.9/5 - (20 votes)

Əlaqəli yazılar

Digər yazılar
Close
Back to top button