Uşaqları niyə dişləmək istəyirik?
Uşaqları əzizləyərkən bəzən onları dişləmək istəyi yaranır. Bu fenomen psixologiyada “şirin aqressiya” adlanır.
Uşağın qoxusu və görünüşü, təravəti və yumşaqlığı onu əzizləyən (yaxud sadəcə baxan) adamda qida instinktinin oyanmasına səbəb olur. Şirin meyvələrə, şirniyyat və s. qidalara baxan zaman beyində hansı sahələr aktivləşirsə, balaca uşaqlarla bağlı da eynən həmin sahə aktivləşir.
Eksperimentlər zamanı adamların beynini MRT skaner etməklə sübut olunub. Qida instinkti seksual kontak zamanı da aktivləşir. Kontakt nə qədər passionar olursa, qida instinkti bir o qədər yüksək aktivləşir. Bəzən partnyora xəsarət yetirəcək həddə qədər yırtıcı oyanış baş verir (dişləmə, çırmaqlama, boğma və s.). Çünki qida və cinsi instinktlər beyninin eyni sahəsindən idarə olunur. Obrazlı desək, insanın içindəki gizli vəhşinin baş qaldırmasına səbəb olur…
Öpmə və yalama həmçinin qida instinktindən törəmiş psixomotor davranışlardı, cinsi instinktlə psixofizioloji bağlıdır. “Şirin aqressiya” məməlilər sinfinə xas olan və insanda təsirini saxlamış şərtsiz refleksiyadır, yəni irsən ötürülən, anadangəlmə fenomendir.