Ədəbiyyat

Baba seiri

Balacalar üçün Baba şeiri

Bala haqqinda maraqlı şeirləri aşağıdan daha ətraflı oxuya bilərsiniz. Bəyəndiyiniz başqa şeirləri də bizimlə bölüşə bilərsiniz.

1️⃣ Babam qocalıb.. | Ələmdar Quluzadə.

Babam məni öyrədib,
Alışmışam zəhmətə,
Qırmızı almaları
Toplayıram səbətə.
Əriyin budağına,
Bircə-bircə minmişəm,
Armudu dərməyi də
Babamdan öyrənmişəm
Mən ənciri, heyvanı
Nərdivanla yığıram,
Gilasa, gilanara
Pişik kimi çıxıram.
Babam bu ildən mənə
Daha demir balaca.

2️⃣ Baba şeiri

Babam gəlir maşında
Norka papaq başında
Babamın yeri hardadır?
Düz ürəyimin başında

Yaman sevirəm
Babamı yaman
Ayrılmaram mən,
Ondan bircə an.

Öpər üzümdən
O dönə-dönə
Şirin nağıllar
Danışar mənə.

3️⃣ Zəhmətkeş babam | Əyyub Məmmədov.

Babam hər il bostanda,
Çoxlu tərəvəz əkir.
Görürəm asan deyil,
Xeyli əziyyət çəkir.

Məhsul vaxtı sahədə,
Kələm, xiyar bol olur.
Biz tərəvəz yığanda,
Yeşiklər barla dolur.

Babamın zəhmətini.
Heç vaxt unutmaram mən.
Ona kömək etməmiş,
Kənddən qayıtmaram mən.

Böyüklər üçün Baba şeiri

1️⃣ Baba şeiri

DARA DÜŞSƏK ÜZ TUTARDIQ
ÜNVANINA, SALAM BABA.
PƏRVAZ ETDIN CƏNNƏT ADLI
MƏKANINA, SALAM BABA.

Bir günahsız mələk idin,
Uşaq kimi kövrək idin.
Bu ellərə gərək idin.
İnsanına, Salam baba.

Dualıydı şirin dilin,
Şəfalıydı sirli əlin.
Çevrilmişdin sən bu elin.
Həyanına, Salam baba.

Üzündəydi Haqqın nuru.
Cəddindən aldıq qüruru.
Güvənirdik sudan duru.
İmanına, Salam baba.

Pisliklərdən qopar bizi,
Şərt axtarıb tapar bizi.
Bir ricam var, apar bizi.
Öz yanına, Salam baba.

2️⃣ Qaytar mənə babam olan illəri… Elvin Elxanoğlu

Yoxluğu ən ağır dərd olub mənə,
Hər yerdə babamın görsənir yeri.
Zalım fələk, bax öyrəşə bilmirəm,
Qaytar mənə babam olan illəri.

Məni hamıdan çox o istəyərdi,
Hər zaman sevərək əzizləyərdi.
Mənim babam dünyalara deyərdi,
Qaytar mənə babam olan illəri.

Həsrət qalmışam mən onun səsinə,
Qaçıb sığınardım mən sinəsinə,
O da doymamışdı öz nəvəsinə,
Qaytar mənə babam olan illəri.

Bir vaxtlar üzümü güldürərdilər,
Artıq şəkillər də ağladır məni,
Ya məni keçmişə apar, yada ki,
Qaytar mənə babam olan illəri…

3️⃣ Baba şeiri

Qızın sənin üçün darıxır, baba
Qürbət eldə hey ağlayır o səssiz,
Şəklinə doymadan baxır, ay Baba
Nə etsin bilməyir, qalıb çarəsiz.

Yoxluğunu qəbul etmir, ay Baba
Düşünür, yuxudur bu baş verənlər.
Zaman gedir.həsrətin getmir ay baba,
Demək ki, heç də unudulmur ölənlər.

Anam nigarandır yaman, ay Baba
Onunla yuxuda biraz et söhbət.
Özündən sən danış ona, ay Baba,
De qızım yaxşıyam, yerimdir Cənnət.

Digər şeirlər:

4.7/5 - (4 votes)
Back to top button