Magistratura nedir?
Magistratura nedir sualı ilə bakalavr təhsilini bitirmiş tələbələrimiz maraqlanırlar.
Magistratura dərəcəsi almağınız ali təhsilinizi tamamlamaq imkanı əldə etmək və sektorda öz elmi işlərinizlə adınızdan bəhs etdirməyiniz deməkdir. Əslində bir çox insan magistratura təhsilini boş saysa da, iş yerlərinin əksəriyyətində vəzifə və maaş artımı üçün magistr təhsili önəmli rol oynayır. Hətta bir çox şirkətlərin şərtlərində ali təhsil kriteryası belə mövcuddur. Düzdü, magistr təhsili almaq şərt deyil, lakin gələcəyinizi qarantiya altına almaq üçün vacibdir. Hətta bakalavrda yarımçıq öyrəndiklərimizi magistr təhsili zamanı möhkəmləndirmək şansı da əldə etmiş oluruq. Bununla yanaşı magistr təhsili zamanı bir neçə fəlsəfə üzrə elmlər doktoru üzrə dərəcəsi olan müəllimlərdən dərs alırıq və dünyada inkişafın əsası olan elmi fəaliyyət üçün onların təcrübələrindən yararlanırıq.
Amma əsas məsələ budur ki, tələbələr magistratura mərhələsini ya xarici ölkələrdə ya da ölkəmizdə oxumaq seçimi qarşısında qalırlar. Onu əlavə etmək olar ki, çox gənc xarici universitetlərdən qəbul ala bilməsə magistratura oxumaqdan imtina edirlər. Səbəb isə dövlət universitetlərində bu təhsilin yaxşı olmamasını və heç nə əldə edə bilməmələrini düşünürlər. Həqiqətən də yerli universitetlərimizdə magistr üzrə təhsil almaq bu qədər pisdirmi?
Doğru universitet və bakalavr ixtisasına uyğun doğru fakültə seçməklə yerli universitetlərimizdə arzu etdiyiniz uğurlu təhsil almağınız mümkündür. Əgər xarici universitetlərdən müsbət cavab ala bilməmisinizsə, ya da ki magistr dərəcəsi almaq üçün getdiyiniz ölkənin təhsil imkanlarının sizə nə isə qatacağınızı düşünmürsünüzsə, niyə də seçimiz Azərbaycan olmasın?
Azərbaycanda magistr təhsili almağın 4 üstünlüyündən danışaq.
1) Orta balı daha da artırmaq şansı.
Bir çox tələbələr var ki, bakalavr təhsili zamanı orta balı yaxşı olmur. Amma magistr oxumaqla orta balı artırmaq imkanı olur. Əgər bakalvr ixtisasına uyğun ixtisas keçmisinizsə öyrənəcəyiniz şeylər bakalavr təhsilinin bir az mürəkkəb forması olacaqdır və sizin bazanız olduğu üçün qavramaqda çətinlik yaşamayacaqsınız. Bu nəticə isə imtahan qiymətlərinizin yüksək olması deməkdir.
2) PhD ( elmi fəlsəfə doktoru) dərəcəsi olan azərbaycanlı şəxslərlə tanış olmaq.
Magistratura təhsilindən sonra və ya magistr ərzində elmi fəaliyyətinizə necə davam etmək barədə şübhə altında qalsanız, sizə həmin şəxslər dəyərli məsləhətlərlə kömək edəcəkdir. Hətta siz öz elmi dərəcəsini xarici universitetlərdə almış azərbaycanlı müəllimlərdən magistratura zamanı hansı ölkədə təhsilini davam etdirmək , hansı sahə üzrə işləmək , hansı beynəlxalq sertifikatları əldə etmək barədə öz suallarınıza cavab almaq imkanı əldə edə biləcəksiniz
3) Ailənizdən ayrılmaq dərdinin olmaması.
Xaricdə təhsil aldığımız zaman ailə üzvlərimizdən uzun müddət uzaq qalmalı oluruq. Bu bir çox gəncimizin ürəyincə olmur. Əgər evin tək övladısınızsa bir az proses çətin olur. Amma əgər təhsilinizi xaricdə davam etdirə bilmirsinizsə, Azərbaycanda magistr üzrə təhsil alaraq həm ailənizlə bir olmaq imkanı, həm də təhsilinizi daha da artırmaq şansı əldə edəcəksiniz.
4) Xaricdə təhsil barədə daha çox bilgili olmaq şansı.
Birinci dəfə uğursuzluq əldə etmisinizsə, bu hər zaman olacaq demək deyil. Siz bu yolla təcrübələrinizi daha da təkmilləşdirə biləcəksiniz. Unutmayın, təhsil almaq heç zaman boş deyildir. Azərbaycanda magistr üzrə təhsil alaraq həm əlavə vaxt qazana, həm zəif tərəflərinizi artıra, həm də bakalavr ixtisasını daha da möhkəmləndirə biləcəksiniz.
XARİCDƏ MAGİSTR TƏHSİLİNİN QƏBUL ŞƏRTLƏRİ
Qəbul zamanı ilk mərhələ müraciət edəcəyiniz universitetləri dəqiqləşdirmək, daha sonra isə ya həmin universitetlərin internet saytından ya da xaricdə təhsil mütəxəssisinizdən universitetin qəbul şərtləri haqqında məlumat almaqdır.
Unutmayın ki, hər bir universitetin tələbləri fərqli ola bilər. Oxuduğunuz sahədən asılı olmayaraq GRE və GMAT kimi imtahanlardan keçmək tələbi və ya müvafiq sahədə iş təcrübəsi qazanmaq müraciət etdiyiniz universitet üçün bakalavr dərəcəsini nəzərə almadan magistr pilləsinə qəbul almağınıza kömək edəcəkdir. Lakin yadda saxlamaq lazımdır ki, bu hər bir universitetə şamil edilən bir qəbul forması deyildir.
Graduate Record Examination (GRE) adlı testlə bir çox ixtisasa qəbul almaq şanslarınız yüksəlir. Bu ümumi bilik testi sizin riyaziyyat və ingilis dilində qavrama bacarıqlarınızı və ümumi analiz etmə qabiliyyətinizi yoxlayır. Bəzi ixtisaslar və universitetlər isə daha spesifik imtahanlar tələb edilir. Məsələn, Biznes universitetləri və MBA proqramları GMAT (Graduate Management Admission Test), Tibb universitetləri MCAT (Medical College Admission Test), və Hüquq universitetləri LSAT (Law School Admission Test) kimi imtahanlar olduğu halda bir başa qəbul imkanı verirlər ki, bu da əla imkandır.
ÜSTÜNLÜKLƏRİ
Xaricdə magistr təhsili üçün iş təcrübəsi və akademik imtahanlardan başqa nə kimi üstünlükləri ola bilər sualının isə cavab sadədir. Əgər universitetə sizin haqlı səbəblərə və güclü motivasiyaya görə ixtisas dəyişmək istədiyinizi təsdiq edə bilsəniz, bunu anlayışla qarşılaya bilərlər. Bunun isə yolu çox sadədir. Recommendation Letter və Motivation Letter dediyimiz akademik yazıları universitetə təqdim etməlisiniz.
Yekun olaraq qeyd etmək istəyirik ki, ilk öncə universitet və ixtisas seçimi edib daha sonra bu faktorlar barədə düşünməlisiniz.
Magistratura səviyyəsinə qəbul imtahanında bakalavrların məntiqi təfəkkürü, xarici dil və informatikadan bilik səviyyəsi yoxlanılır və DİM tərəfindən qoyulan şərtləri ödəyənlər ixtisas seçimində iştirak etmək imkanı əldə etmiş olurlar.
Sizin üçün maraqlı ola biləcək məlumatlara göstərilən linkdən oxuya bilərsiniz. https://tehsil.com.az/magistratura-ixtisaslar/
Ev dekorlari ucun en ideal sayt: dekorlar.az