Azərbaycan Dili

Neqli cumle

Nəqli cümlələr bir hadisə, əşya, əlamət və s. haqqında məlumat vermək məqsədi ilə işlədilir: Dünyada ən çox azərbaycanlı yaşayan yer Cənubi Azərbaycandır.

🔹Nəqli cümlələr adi intonasiya ilə tələffüz olunur. Sadəcə olaraq xəbərdən əvvəlki sözün üzərində tin bir qədər yüksəlir.

🔹 neqli cumle digərlərindən daha zəngindir.

🔹Yazıda nəqli cümlələrin sonunda əsasən, nöqtə,nöqtə işarəsi, bəzi hallarda qoşa nöqtə, üç nöqtə, nöqtəli vergül qoyulur. Hiss – həyacam bildirdikdə nida işarəsi qoyulur ki, bu zaman nida cümləsinə çevrilir.

Obyektiv gerçəkliyin, xəyali aləmin bu və ya digər faktı, hadisəsi barədə məlumat verən adi təsviri cümlələrə nəqli cümlə deyilir (nəqli sözü ərəb mənşəli “naqil” sözü ilə bir kökdən olub paylayan, ötürən mənalarındadır). Nəqli cümlələr vasitəsilə yalnız gördüyümüz, müşahidə etdiyimiz fakt və hadisələr haqqında deyil, həm də başqasından eşitdiyimiz, oxuduğumuz, bir çox hallarda mifoloji təfəkkürlə bağlı hadisələr haqqında da başqalarına məlumat verir və ya başqalarından məlumat alırıq.

Nəqli cümlələr söz sırası və intonasiyanın köməyi ilə yaranır . Bu cümlə növü başqa cümlə növlərinə nisbətən daha çox işlənir. Bunun səbəbi budur ki, insanlar öz fikirlərini, əsasən, nəqli cümlə vasitəsilə ifadə edirlər.

Nəqli cümlələrdə adətən mübtəda “məlum olan”ı — temanı, xəbər isə “yeni”ni bildirir. Bu səbəbdən  bu cür cümlələr ədəbi dilin normal söz sırasını nümayiş etdirir. Müxtəsər nəqli cümlələrdə qayda üzrə əvvəlcə mübtəda, sonra xəbər, geniş nəqli cümlələrdə isə əvvəl mübtəda, sonra xəbər zonası işlənir.

Neqli cumle adi tonla deyilir. Sonda əsasən nöqtə, qoşa nöqtə və ya üç nöqtə qoyulur.

4.3/5 - (343 votes)

Əlaqəli yazılar

Digər yazılar
Close
Back to top button