Azərbaycan Dili

Vasitəli və vasitəsiz nitq

Danışarkən və ya yazarkım bəzən başqasının nitqini ( onun nə dediyini, nə yazdığını) dinləyiciyə, oxucuya çatdırmaq lazım gəlir. Başqasının nitqi iki üsulla verilə bilər :

  1. vasitəsiz
  2. vasitəli

Birinci halda başqasının nitqi dəqiq şəkildə, heç bir dəyişiklik edilmədən verilir, ikinci halda onun yalnız məzmunu çatdırılır, amma formada dəyişiklik edilir. Məsələn :

  • 1.M.Qorki demişdir : ” Məndə olan yaxşı cəhətlər üçün kitaba minnətdaram”.
  • 2 M. Qorki demişdir ki, onda olan yaxşı cəhətlər üçün o, kitaba minnətdardıq.

Vasitəsiz nitq

Başqasının eynilə işlətdiyimiz sözlərinə vasitəsiz nitq deyilir. Bəzən ünsiyyət prosesində başqasının nitqini, onun bütün leksik və qrammatik normalarını olduğu kimi saxlamaqla işlətmək lazım gəlir. Yalnız başqasının deyil, özümüzün də əvvəllər söyləmiş. olduğumuz fikri eynilə işlətmək mümkündür. Bu cür cümlələr iki hissədən – müəllifin sözlərindən vasitəsiz nitqdən ibarət olur; Məsələn :

  • Müəllifin sözü ( M)       vasitəsiz nitq ( V)
  • Loğman dedi:  – “Həyatın şirin olur hər anı” (B.V)
  • Müəllifin sözü (M)              vasitəsiz nitq (V)
  • O vaxt mən demişdim:       “Biz yenə gələcəyik”

Müəllifin sözləri çox zaman dedi, əmr etdi, düşündü, fikirləşdi, soruşdu və s kimi sözlərlə – nitq və təfəkkür felləri ilə bitir, daha çox müəyyən şəxsli cümlə şəklində formalaşır. Vasitəsiz nitq isə bir, iki, üç və daha çox cümlədəm ibarət olub, müəllifin nitqinə intonasiyanım köməyi ilə qoşulur.

Yazıda vasitəsiz nitqi fərqləndirmək üçün dırnaq işarəsindən və ya tiredən istifadə edilir. Vasitəsisiz nitq müəllif təhkiyəsinə daxil olduqda dırnaq arasına alınır, dialoqun tərkib hissəsi olduqda, adətən, dırnaqlar atılır və tire ilə verilir. Nöqtə və vergüldən başqa bütün durğu işarələri dırnağın içərisində verilir.

Vasitəsiz nitq beş vəziyyətdə işlənə bilir :

  1. müəllifin sözlərindən sonra ;Məsələn

      M. Qorki demişdir : “Gələcək uşaqlara məxsusdur”. ( M: “V”)

Pərşan pıçıldadı:

-Gəkin Şirzadı qorxuda. ( M:-V)

  • müəllifin sözlərindəm əvvəl ;Məsələn  

    Sadə cümlənin təhlil qaydası necədir?” – deyə müəllim mənə sual verdi. (“V”? – M)

-Heç yetimləri düşünən yoxdur, – deyib Qız yetər Şirzadı göstərdi. ( – V,-m)

c)müəllif sözlərinin arasında ;Məsələn :

Müəllif dəstəyi stolun üstünə qoyub: Hədəf Kurslarının sınaq testlərini vaxtında çap edin” dedi. (M: “V”, – m)

  d) müəllifin sözlərindən əvvəl və sonra ;Məsələn :

“Vağzala sür, – dedi, – orada bilərsən”. ( “V,-m-v.)

   e) müəllif nitqi ilə vasitəsiz nitq ardıcıl növbələşə də bilir; Məsələn :

Paltarını geyinib:” Mən gec gələcəyəm, – dedi, – gəlsəm də, sabah gələcəyəm”,

-Ələm əlini yellədi. ( M: “V, – m. – v”, – m)

       Vasitəli Nitq. Vasitəsiz Nitqiin Vasitəli Nitqə Çevrilməsi

Başqasının nitqinin eynilə deyil, dəyişilmiş şəkildə verilməsinə vasitəli nitq deyilir. Bu cür cümlələr müəllifin sözlərindən və başqasının nitqinin məzmunundan ibarət olur. Məsələn : Südabə sevinclə dedi: “Bu, mənim üçün dünyanın bütün dövlətindən qiymətlidir”. ( M.İ) cümləsində Südabənin sözləri eynilə – vasitəsiz nitq şəklində verilmişdir. Südabə sevinclə dedi ki, bu, onun üçün dünyanın bütün dövlətindən qiymətlidir  cümləsində isə Südabənon nitqi eyni ilə verilməmiş, yalnız onun məzmunu saxlanmışdır. Vasitəsiz nitq vasitəli nitqə çevrilərkən ki, bağlayıcısından istifadə olunur, dırnaqlar və tire atılır; Məsələn :

  • Müəllim dedi: ” Sabah sifətin dərəcələrini soruşacağam”. ( Vasitəsiz nitq)
  • Müəllim dedi ki, o, sabah sifətin dərəcələrini soruşacaq. ( Vasitəli nitq).

Göründüyü kimi, vasitəli nitqə məxsus xüsusi intonasiya da olmur  Vasitəsiz nitq vasitəli nitqə çevrilərkən  xitabları, nidaları və vasitəsiz nitq üçün zəruri olan bəzi başqa əlamətləri saxlamağa ehtiyac olmur; Məsələn :

Anası dedi : ” Ramiz, bir dəstə gül yığ,gətir”.

Anası güllərə baxdı və : “Pəh – Pəh, nə gözəl güllərdir, Ramiz!” – dedi.

Anası Ramizə dedi ki, bir dəstə gül yığıb gətirsin.

Anası güllərə baxdı və Ramizə dedi ki, gözəl güllərdir.

Vasitəsiz nitq vasitəli nitqə çevrilərkən, adətən, tamamlıq budaq cümləsi yaranır.

4.7/5 - (3 votes)

Əlaqəli yazılar

Digər yazılar
Close
Back to top button