Cenabet qusulu
Cenabet qusulu haqqında məlumatlar saytımızda təqdim olunur.
Qüsl alan şəxs qüsl niyyəti ilə (cənabət, heyz və s.– hansı qüslü aldığını müəyyən edərək və Allah-Taalanın əmrini yerinə yetirmək məqsədilə) əvvəlcə başını və boynunu, sonra çiynindən dabanadək bədənin sağ tərəfini, sonra çiynindən dabanadək bədənin soltərəfini yumalıdir.
(Əhli sünnə məzhəblərinə görə qüslə başlayarkən əvvəlcə ağız su ilə üç dəfə yaxalanmalı, sonra buruna üç dəfə su alınmalıdır, cəfəri (şiə) məzhəbində belə qayda yoxdur.)
Cənabət qüslu cinsi yaxınlıqdan və ya məni ifraz etdikdən sonra təmizlənmək üçün alınan qüsldur. Qüsl alarkən ağız və burun yaxalanmaq şərtilə bütün bədən yuyulur.
Qüsl haqqında
8 qüsl növü vardır. Bunlar aşağıdakılardır.
1) cənabət qüslü;
2) heyz qüslü;
3) nifas qüslü;
4) istihazə qüslü;
5) məssi-meyit (cənazəyə toxunma) qüslü;
6) meyit qüslü;
7) şəriətdə göstərilən qaydada nəzir, əhd, and və bənzər səbəblərlə əlaqədar olaraq vacib olan müstəhəb qüsllər;
8) tam Günəş tutulması, yaxud tam Ay tutulması zamanı mükəlləfin ayat namazını qəsdən qəzaya qalanadək qılmadığına görə, vacib ehtiyata əsasən, onun qəzasını qılmaq üçün almalı olduğu qüsl.