Din

Fərəc duası

Fərəc duası  – إلهی عَظُمَ البَلاء“İlahi əzuməl-bəlau” sözləriylə başlayan duadır, müsəlmanların üzüntü və sıxıntılarının aradan qaldırılması üçün oxunan duadır.

“Məfatihul-cinan”da bu dua Kəfəminin “Bələdul-Əmin” kitabından nəql olunmuş və Zamanın-sahibinə (ə.f.) aiddir.

Bu dua Kəfəminin “Misbah” kitabında 66 gəlmişdir. Burada imam Zamanın (ə.f.) zindana düşən və bu duanı oxuduqdan sonra zindandan qurtulan kəsə öyrətdiyi dua kimi zikr olunmuşdur.

Fərəc duası “Vəsailuş-şiə” və digər kitablarda Seyyid Tavusun “Cəmalul-usbu” kitabında imam Zamanın (ə.f.) namazının ardından oxunan dua kimi qeyd olunmuşdur amma məsumların (ə) nəqli ilə bağlı heç bir sənədi yoxdur. İbni Məşhədinin “əl-Məzarul-Kəbir” kitabında da imam Zamanın (ə.f.) Sərdabının ziyarət ədəbi babında iki rükət ziyarət namazı qılınması və ardınca bu duanı oxumaq nəql olunmuşdur. “Məfatihul-Cinan”da bu duanı Ramazan ayının 23 gecəsi əməlləri babında “Hədiyyətuz-Zair” kitabından nəql etmişlər. Yuxarıda zikr olunan qaynaqların heç birində məsumlara (ə.) bağlanan hər hansı bir sənədin olmamasından bu duanın sənədi zəif hesab olunur. Bu dua ilk dəfə Şeyx Təbərsinin “Kənzun-nəcah” kitabında gəlmişdir.

FƏRƏC DUASININ YARANIŞ SƏBƏBI

Nəql olunanlara görə öldürüləcəyi xəbərindən qorxan və Məqabirul-Qureyşə  (Kazimeynə) sığınan Muhəmməd ibn Əhməd ibn Ləysə yuxusunda imamın (ə.f.) ona öyrətdiyi bir duadır. O, bu duanı oxumaqla ölümdən amanda qaldı. Bu dua imam Zamanın (ə.f.) namazının təqibatına daxildir və qeyb dövrünün ən başlıca əməllərindəndir. Əminul-İslam Təbərsi “Kənzun-Nəcah” kitabında da bu duanı imam Zamanın (ə.f.) öldürülmək qorxusundan Kazimeynə sığınan və bu duanın bərəkətiylə qurtulan Muhəmməd ibn Əhməd ibn Ləysiyə yuxusunda öyrətdiyi dua olaraq göstərilmişdir.

FƏRƏC DUASININ MƏZMUNU

Fərəc duası 3 bölümdən ibarətdir:

– Duanın birinci qismində insanların qeybət dövründə mübtəla olduqları böyük imtahanlara işarə olunur.

– İkinci qismində Rəsuli-Əkrəmə (s.) və onun pak Əhli-beytinə (ə.) salam və salavat göndərildikdən sonra möminlərin sahib olduqları yüksək və uca məqamları, əmrlərə itaət etmənin lazım olması haqqındadır.

– Duanın son bölümündə isə Allahu-Təaladan məsumların (ə) üzərimizdə olan haqları hörmətinə bizlərə yardım etməyi istənilir.

DIGƏR FƏRƏC DUASI

Fərəc sözü ərəbcədə “qəm və hüzündən qurtulmaq və rahatlamaq” anlamına gəlir. Hədis kitablarında fərəc ve rahatlamanın hasıl olması için zikr olunan dua ve aməllər bu sözün anlamını daşıyır. Əllamə Məclisi “Biharul-Ənvar” kitabının 95 cildinin “Babi Ədiyyətul Fərəc”də (Fərəc Duaları Babı) bu mövzu ilə bağlı 39 dua nəql etmişdir. Həzrəti Məhdinin  (ə.f.) salamatlığı üçün olunan dua da (اَللّهُمَّ کُنْ لِوَلِیکَ الْحُجَّةِ بْنِ الْحَسَنِ…) Fərəc duası kimi tanınır.

FƏRƏC DUASI

اِلهى عَظُمَ الْبَلاءُ وَ بَرِحَ الْـخَـفـآءُ وَ انْـکَـشَـفَ الْـغِـطآءُ

وَ انْـقَـطَـعَ الـرَّجـآءُ وَ ضـاقَـتِ الاْ رْضُ وَ مُـنِـعَـتِ السَّـمـآءُ

وَ اَنْتَ الْـمُـسْـتَـعـانُ وَ اِلَیْکَ الْـمُـشْـتَـکـى وَ عَـلَـیْـکَ الْـمُـعَـوَّلُ

فِـى الـشِّــدَّةِ وَ الـرَّخــآءِ اَلـلّـهُمَّ صَـلِّ عَـلى مُـحَـمَّـد وَ الِ مُـحَـمَّـد

اُولِــى الاْمْرِ الَّــذینَ فَـرَضْـتَ عَـلَـیْـنا طـاعَـتَـهُـمْ وَ عَـرَّفْـتَـنـا بِـذلِکَ

مَـنْـزِلَـتَـهُـمْ فَـفَـرِّجْ عَـنّـا بِـحَــقِّــهِــمْ فَــرَجـاً عـاجِــلا قَــریـبـاً کَـلَـمْـحِ الْـبَـصَرِ

اَوْ هُـوَ اَقْـرَبُ یا مُـحَـمَّـدُ یـا عَـلِىُّ یـا عَـلِـىُّ یـا مُـحَـمَّـدُ اِکْـفِـیـانـى

فَـاِنَّـکُـما کـافِـیانِ وَ انْـصُـرانـى فَـاِنَّــکُما نـاصِـرانِ یــا مَــوْلانـا یـا صاحِب الزَّمانِ

الْـغَـوْثَ الْـغَــوْثَ الْـغَــوْثَ اَدْرِکْـنـى اَدْرِکْـنـى اَدْرِکْـنـى

الـسّــاعَـةَ الـسّــاعَــةَ الـسّــاعَــةَ الْـعَـجَـلَ الْـعَـجَـلَ الْـعَـجَـلَ

یـا اَرْحَــمَ الــرّاحِـمـیـنَ بِــحَـقِّ مُـحَـمَّـد وَ الِـهِ الـطّـــاهِـــریـنَ

DUANIN OXUNUŞU

İlahi, əzuməl-bəla,və bərihəl xəfa, vənkəşəfəl-ğita, vənqətəər-rəca, və zaqətil-ərzu və muniətis-səma, və əntəl-mustəanu və iləykəl-muştəka, və ələykəl-muəvvəlu fiş-şiddəti vər-rəxa. Əllahummə salli əla Muhammədin və Ali-Muhamməd, ulil-əmril-ləzinə fərəztə əleynə taətəhum və ərrəft bizalikə mənzilətəhum, fəfərric ənna bihəqqihim fərəcən acilə, qəribən kələmhil-bəsəri əv huvə əqrəb, ya Muhammədu ya Əliyy, ya Əliyyu ya Muhəmməd, ikfiyəni fəinnəkumə kəfiyən, vənsurani fəinnəkumə nəsiran, ya Məulənə ya Sahibəz-zaman, əl-ğaus, əl-ğaus, əl-ğaus, ədrikni, ədrikni ədrikni, əs-saət, əs-saət, əs-saəh, əl-əcəl, əl-əcəl, əl-əcəl, ya ərhəmər-rahimin, bihəqqi Muhammədin və alihit-tahirin.

DUANIN TƏRCÜMƏSİ

İlahi, zülm çoxalıb, gizli işlərimiz aşkara çıxıb. Pərdələr aradan götürülüb. Ümidlər yox olub. Bizim üçün yer daralıb, göyün rəhmətinin qarşısı alınıb. Sən hər kəsə kömək edənsən. Bütün şikayyətlər yalnız Sənə olunur. Çətinliklərdə və asanlıqlarda hamının dayağı Sənsən. İlahi, Muhəmməd və Ali-Muhəmmədə öz salamlarını göndər. O şəxslər və rəhbərlərə ki, onlara tabe olmağı bizlərə vacib etdin. Beləliklə onların məqamını bizlərə tanıtdırdın. Onların haqqı və hörməti xatirinə bizi çətinliklərdən qurtar. Tezliklə bir göz qırpımı müddətində və hətta bundan daha az bir müddət ərzində müşküllərimizi həll et. Ey Muhəmməd və ey Əli! Ey Əli və ey Muhəmməd! Məni özünüzlə kifayyətləndirin. Sadəcə sizinlə olmaq mənə kifayyət edər. Mənə kömək edə biləcək şəxslər yalnız sizlərsiniz. Ey Mövlam, ey Sahibəz-Zaman! Fəryad, fəryad, fəryad. Səsimi eşit, səsimi eşit, səsimi eşit. Elə bu saat, elə bu saat, elə bu saat. Təcili, təcili, təcili, ey rəhm edənlərin ən rəhimlisi Muhəmməd və onun pak Əhli-Beytinə xatir.

DİGƏR FƏRƏC DUASI

 بسم الله الرحمن الرحيم  اللّـهُمَّ صَلِّ عَلى مُحَمَّد وَآلِ مُحَمَّد اَللّهُمَّ كُنْ لِوَلِيِّكَ الْحُجَّةِ بْنِ الْحَسَنِ صَلَواتُكَ عَلَيْهِ وَعَلى آبائِهِ في هذِهِ السّاعَةِ وَفي كُلِّ ساعَةٍ وَلِيّاً ‏وَحافِظاً وَقائِداً وَناصِراً وَدَليلاً وَعَيْناً حَتّى تُسْكِنَهُ أَرْضَكَ طَوْعاً وَتُمَتِّعَهُ فيها طَويلاً.

DUANIN OXUNUŞU

Bismillahir-Rəhmanir- Rəhim

Allahummə kun livəliyyikəl-Höccətibnil-Həsən, sələvatukə ələyhi və əla abaih, fi hazihis-saəti və fi kulli saəh, vəliyyən və hafizən və qaidən və nasirən və dəlilən və əyna hətta tuskinəhu ərzəkə təvəa və tuməttiəhu fiha təvila. Birəhmətikə ya ərhəmər-rahimin.

DUANIN TƏRCÜMƏSİ

Rəhman və Rəhim Allahın adı ilə

İlahi! Canişinin, Höccət ibnil-Həsənə (Salavatın ona və əcdadına olsun), öz məsləhətinlə onu yer üzündə sakin edənə kimi, uzun müddət hamı üçün xeyr-bərəkət qərar verənə qədər, vəli, qoruyan, rəhbər, kömək edən, yol göstərən və gözətçi ol!!! Öz rəhmətinlə ey aləmlərin rəbbi!

Yazını dəyərləndir post

Əlaqəli yazılar

Digər yazılar
Close
Back to top button