Tarix

Gənce xanlığı  haqqında məlumat

Gəncə xanlığı Azərbaycanın Gəncə bölgəsində hökm sürmüş xanlıqdır. Əfşar hökmdarı Nadir şah 1735-ci ildə Gəncəni tutdu. Nadir şahın öldürülməsindən sonra digər Azərbaycan xanlıqları kimi Gəncə də Əfşarlar dövlətinin suverenliyini tərk edərək 1747-ci ildə müstəqilliyini elan etdi.

Gence xanligi haqqinda melumat

Ziyadoğulları sülaləsini quran Qacar ​​türklərindən II.Şahverdi xan Gəncənin ilk xanı olmuşdur (1747-60). Şiələrin Caferi qoluna mənsub olan Ziyadoğulları sülaləsi türkcə danışırdı. 1781-83-cü illər arasında Gəncə Qarabağ xanlığı tərəfindən tutuldu, lakin sonradan geri alındı.

19-cu əsrin əvvəllərində Gürcüstanı işğal edən Rusiya imperiyası bütün müstəqil Azərbaycan xanlıqları, o cümlədən Gəncə üçün təhlükəyə çevrildi. Bu xanlıqlar böyük təhlükə qarşısında birləşə bilmədilər. Bu zaman Rusiya imperiyası Dağıstan və Şimali Qafqazdakı xanlıqlarla müharibə aparırdı. Azərbaycanın coğrafi vəziyyəti Rusiya imperiyasının Dağıstanı və Şimali Qafqazdakı xanlıqları tutmasını çətinləşdirirdi. Qafqazdakı rus qoşunlarının komandanı general Sisyanov Tiflisdən yola düşərək 1803-cü ildə Gəncəni mühasirəyə aldı.  Gəncə xanı Cavad xan ruslarla döyüşdə həlak olur, məğlub olur və dövlətini itirir. Onun oğlu və varisi Hüseyn xan da atası ilə eyni gündə rus toplarından atəşə tutulub Cavad xan və Hüseyn xanın öldürülməsindən sonra ruslar iki qolundan şəhərə girərək camaatı qarət edib qətlə yetirdilər. Gəncə xanlığını aradan qaldırdılar. Onlar 1804-cü ildə çarinalarının şərəfinə bu yerin adını dəyişərək Yelizavetapol qoymuşlar. Hüseyn xanın qardaşı Uğurlu xan bu tarixdən 22 il sonra Gəncəni ruslardan geri alaraq 2 il müddətində “Gənce Xanlığı” adı ilə yenidən suverenliyini elan etsə də, ruslar yenidən ölkəyə soxularaq Gəncə xanlığını tamamilə aradan qaldırdılar. Türkmənçay müqaviləsi ilə Gəncə də Rusiya imperiyasına birləşdirildi.  

Cavad xan və Gəncənin işğal edilməsi

Cavad xanın hakimiyyəti illərində (1786-1804) Gəncə xanlığı daha da möhkəmlənir və inkişaf edir. O, xaricdən asılılığı azaltmaq məqsədi ilə Azərbaycanda ilk dəfə olaraq xanlığın qızıl və gümüş sikkələrini buraxmağa başlayır. Cavad xan qəhrəman sərkərdə və müdrik dövlət xadimi idi. Azərbaycan torpaqlarının bütövlüyü və müstəqilliyi üçün çalışırdı. 

Rusiya imperiyasının güclü ordusu ilə vuruşmaq Gəncə xanlığı kimi kiçik bir xanlıq üçün olduqca çətin idi. İşğalın qarşısını almaq üçün birləşmək lazım idi. Lakin qeyri bərabər döyüşdə Cavad xan və Gəncə əhalisi güclü düşmənlə müharibədə tək qaldı.Buna baxmayaraq çar qoşunun başcısının təslim olmaq təklifi rədd edildi. 

1804 – cü ilin yanvarında rus ordusu Gəncə üzərinə həlledici hücuma keçdi. Gəncəlilər qəhrəmancasına da vətən uğrunda döyüşürdülər. Cavad xan əlində qılınc qala divarlarının üzərində çar əsgərləri ilə igidliklə vuruşurdu. Sonra rus generalı Cavad xanla təkbətək vuruşmağa başladı. Lakin o igid xanın qılınc zərbələrinə çox davam gətirə bilməyəcəyini başa düşdü. Əsgərləri köməyə çağırdı. Özü isə qaçmaqla canını qurtara bildi. 

Böyük itki verən çar qoşunları geri çəkilməyə məcbur oldu. 

1804 – cü ilin yanvarın 4 də rus qoşunu qəti hücuma keçdi. Rus generalı qələbə qazanmaq üçün hiyləyə əl atdı. O, Gəncədə yaşayan ermənilərlə əlaqə yaratdı. Həmişə ki kimi ermənilər xalqımıza xəyanət etdilər. Rus qoşunları şəhərə daxil oldu. Qısa zamanda şəhərin küçələrində döyüş başladı. Gəncə xalqı düşmənə inadla müqavimət göstərsədə şəhər işğal edildi. Cavad xan və onun oğlu döyüş meydanında şəhid oldu. 

Gəncənin qəhrəman adı işğalçıları qorxudurdu.onun tarixdə qalması xalqın mübarizə əzmini artıra bilərdi. Ona görə də Gəncənin tarixi adı dəyişdirildi. Şəhər Rusiya çarının arvadının şərəfinə Yelizavetpol adlandırıldı. Gəncə adını işlədən hər kəs bir gümüş pul cərimə olunurdu. 

3.5/5 - (12 votes)
Back to top button