Din

Namaz sozleri

Namaz sozleri və namazın qılınması qaydasını saytımızda təqdim edirik. Hər 2 qaydada namaz qılına bilir. Allah qıldığınız namazları və etdiyiniz dualarınızı qəbul etsin.

Namaz qılmağın qaydası

1. Namaz qılan şəxs heç bir dönmə və fırlanma hərəkətinə yol vermədən bütün bədəni ilə Qibləyə (Məkkə şəhərindəki müqəddəs Kəbəyə tərəf) üz tutmalıdır (şəkil 17). Hansı namazı qılmaq niyyətində olduğunu ürəyindən keçirərək “Allahu Əkbər” deyib əllərini çiyinləri və ya qulaqları səviyyəsinə qaldırmalıdır (şəkil 18). Buna ihram təkbiri deyilir. Çünki bu ifadəni deyib namaza başlayan adama başqa vaxt halal olan bəzi şeylər namaz üstündə olduğu müddətdə qadağan olunur (danışmaq, yemək və s).
2. Sonra sağ əlin ovcu sol əlin üstünə qoyularaq əllər sinədə bağlanır (şəkil 19). Buna qiyam deyilir. Sonra başlanğıc (istiftah) adlanan duanı oxunulur: “Subhanəkə Allahummə və bihəmdikə və təbarəkə-s-mukə və təalə cəddukə və lə iləhə ğeyrukə” (“Ey bütün nöqsanlardan uzaq olan Allahım, Sənə həmd osun! Sənin adın mübarəkdir, əzəmətin ucadır! Səndən başqa ilahi yoxdur!”).
3.Sonra “Əuzu billəhi minə-ş-şeytani-r-racim” deyərək (“Lənətlənmiş şeytandan Allaha sığınıram”), “əl-Fatihə” surəsini oxunulur:“Bismilləhi-r-rahməni-r-rahim. Əlhəmdu lilləhi rabbi-l-aləmin. Ər-rahməni-r-rahim. Məliki yaumi-d-din. İyyəkə nəbudu və iyyəkə nəstəin. İhdinə-s-sıratal-l-mustəqım. Sırata-l-ləzinə ənamtə aleyhim, ğeyri-l-məğdubi aleyhim və lə-d-dallin” (“Rəhimli, Mərhəmətli Allahın adı ilə! Həmd olsun Allaha – aləmlərin Rəbbinə, Rəhimli, Mərhəmətli olana, din (qiyamət) gününün sahibinə! Biz yalnız Sənə ibadət edirik və yalnız Səndən kömək diləyirik! Bizi doğru yola yönəlt! Nemət verdiyin kəslərin yoluna! Qəzəbə düçar olanların və azanların yoluna yox!”).
Sonra Amin deyilir: tərcüməsi – İlahi qəbul et!
4. Sonra Qurandan bildiyini (istədiyi qədər) oxumalıdır.
5. Sonra rüku edilir (şəkil 20), yəni Allaha təzim edərək bel əyilir. Beli əyərkən “Allahu Əkbər” deyilir və əllər çiyin səviyyəsinə qaldırılır. Yaxşı olar ki, beli çanaqdan düz əyib baş qabağa düz tutulsun və əllər dizlərin üstünə barmaqlar bir-birindən aralı olmaq şərtilə qoyulsun. Rüku vəziyyətində olarkən üç dəfə “Subhanə Rabbiyəl Azım” deyilir (“Mənim Əzəmətli Rəbbim bütün nöqsanlardan uzaqdır!”). Bunları da əlavə etmək müstəhəbdir: “Subhanəkə Allahummə Rabbənə və bihamdikə, Allahumə-ğ-firli” (“Ey bütün nöqsanlardan uzaq Allahım! Rəbbim Sənə həmdlər olsun! Allahım məni bağışla!”).
6. Sonra “Səmiallahu limən hamidəh” (“Allah Ona həmd edənləri eşidər!”) deyə-deyə rüku vəziyyətindən qalxmalı və əllər çiyin səviyyəsinə qaldırılmalıdır.
Rükudan qalxıb dikəldikdən sonra “Rabbənə və ləkəl həmd” (“Ey Rəbbimiz! Sənə həmdlər olsun!”) və ya “Rabbənə və ləkəl həmd! Həmdən kəsiran tayyibən mubarakən fihi milə-s-səməvati və milə-l-ərdı və milə mə şitə min şeyin bəd” (“Ey Rəbbimiz! Sənə göylər və yer dolusu, onlardan başqa da istədiyin qədər çoxlu, gözəl və uğur dolu həmdlər olsun!”) deyilir.
7. Sonra Allaha mütiliklə və ehtiramla birinci səcdəyə gedə-gedə “Allahu Əkbər” deyilir (şəkil 21). Hər iki əlin pəncəsi, iki diz və hər iki ayağın barmaqları üzərində yerə çökülür, qolların dirsəkdən yuxarı hissəsi böyürlərindən aralanır, dirsəklər yerə qoyulmur, barmaqları ucları qibləyə yönəldilir. Bu zaman dizlər bir-birindən aralı tutulur, dabanlar isə birləşdirilir (şəkil 22). Səcdə vəziyyətində olarkən üç dəfə “Subhanə Rabbiyəl Ələ” (“Mənim Uca Rəbbim bütün nöqsanlardan uzaqdır!”) deyilir. Bunları da əlavə etmək müstəhəbdir: “Subhanəkə Allahummə Rabbənə və bihamdikə, Allahumə-ğ-firli”
8. Sonra səcdədən baş qaldırılarkən “Allahu Əkbər” deyilir.
9. Sağ əl barmaqları aralı şəkildə sağ budun dizə yaxın yerinə, sol əl də barmaqları aralı şəkildə sol budun dizə yaxın yerinə qoyulur. İki səcdə arasındakı oturuş (şəkil 23-24) zamanı “Rabbi-ğ-firli, vərhamni, vəhdini, vərzuqni, vəcburni, vəfini” (“Ey Rəbbim, məni bağışla! Mənə rəhm et! Məni doğru yola yönəlt, mənə ruzi ver, əyər-əskiyimi düzəlt, özümü sağlam et!”) və ya “Rabbi-ğ-firli, Rabbi-ğ-firli” deyilir (“Ey Rəbbim, məni bağışla! Ey Rəbbim, məni bağışla!”).
10. Sonra Allaha mütilik və ehtiramla birinci səcdədə deyilənlər, edilənlər, səcdəyə gedərkən təkbiri təkrar etməklə ikinci səcdə yerinə yetirilir (şəkil 21-22).
11. Sonra ikinci səcdədən qalxa-qalxa “Allahu əkbər” deyilir. Bunun ardınca başlanğıc dua oxunmadan birinci rükətdə deyilənlər və edilənlər təkrarlanaraq ikinci rükət qılınır.
12. İkinci rükət qılındıqdan sonra “Allahu əkbər” deyib sol ayağın üstündə pəncənin üzü yerə qoyulmaqla yanakı oturulur, sağ ayaq barmaqları üstdə şaquli vəziyyətdə saxlanılır və sağ əl sağ budun dizə yaxın hissəsinə qoyularaq adsız və çeçələ barmaqlar qatlanır, dua edərkən şəhadət barmaq yuxarı-aşağı hərəkət etdirilir və ya düz saxlanılır, baş barmağın və orta barmağın ucları birləşdirərək halqa şəklində saxlanılır. Sol əl isə barmaqları aralı şəkildə sol budun dizə yaxın yerinə qoyulur. Bu oturuş zamanı təşəhhüd, salavat və istiazə, Allaha pənah aparma duaları oxunulur (şəkil 25): “Əttəhiyyatu lilləhi və-s-saləvatu və-t-tayibət, əs-sələmu aleykə eyyuhə-n-nəbiyu və rahmətullahi və bərakətuh, əs-səlamu aleynə və alə ibadilləhi-s-salihin, əşhədü ən lə iləhə illəllahu və əşhədu ənnə Muhəmmədən abduhu və rasuluh, Allahummə salli alə Muhəmmədin və alə əli Muhamməd, kəmə salleytə alə İbrahimə və alə əli İbrahimə innəkə həmidun məcid, və barik alə Muhəmmədin və alə əli Muhamməd, kəmə bəraktə alə İbrahimə və alə əli İbrahimə innəkə həmidun məcid, Allahummə inni əuzu bikə min azəbi-l-qabr, və min azəbi cəhənnəm, və min fitnəti-l-məhyə və-l-məmət, və min şərri fitnəti-l-məsihi-d-dəccəl” (“Bütün alqışlar, dualar Allahadır, bütün yaxşı işlər Allah üçün edilir. Ey Peyğəmbər, sənə salam olsun, Allahın mərhəməti, bərəkətləri yetişsin! Bizə və Allahın əməlisaleh bəndələrinə salam olsun! Mən şahidlik edirəm ki, Allahdan başqa ilah yoxdur və şahidlik edirəm ki, Məhəmməd Onun qulu və elçisidir. Allahım! Məhəmmədə və onun ailəsinə də İbrahimə və onun ailəsinə xeyir-dua verdiyin kimi xeyir-dua ver! Sən həqiqətən alqışlara layiq və şan-şövkətlisən! Məhəmmədə və onun ailəsinə də İbrahimə və onun ailəsinə bərəkət verdiyin kimi bərəkət ver! Sən həqiqətən alqışlara layiq və şan-şövkətlisən! Allahım! Həqiqətən, mən qəbir əzabından, cəhənnəm əzabından, həyatın və ölümün fitnəsindən və yalançı məsihin (Allahlıq və ya peyğəmbərlik iddiası edən) fitnəsinin şərindən Sənə sığınıram!”).
Sonra dua edib Rəbbindən dünya və axirət nemətlərindən istədiyini diləyə bilər.
13. Sonra “əs-sələmu aleykum və rahmətullah” (“Sizə salam olsun və Allahın mərhəməti yetişsin!”) deməklə sağ tərəfə salam verilir (şəkil 26). Sol tərəfə də eləcə salam verilə bilər (şəkil 27).
Namaz üç rükətli olarsa, ikinci və üçüncü, dörd rükətli olarsa ikinci və dördüncü rükətlərdən sonra təşəhhüdlər edilir. Birinci təşəhhüddə (ikinci rükətin sonu) dua bu cümləyə qədər oxunulur: “əşhədu ən lə iləhə iləllah və əşhədu ənnə Muhammədən abduhu va rasuluh”. Sonra “Allahu əkbər” deyərək ayağa qalxmalı və bu zaman əllər çiyin səviyyəsinə qaldırılır.
Üçüncü və dördüncü rükətlər ikinci rükət kimi qılınır. Fərq yalnız bundan ibarətdir ki, sonrakı rükətlərdə başqa surə oxunulmur, “əl-Fatihə” kifayətdir.
Sonra təvərrük qaydasında (yanakı) son oturuş edilir. Bu zaman sağ ayaq (əvvəl göstərildiyi kimi) şaquli vəziyyətdə saxlanılır və sol ayaq onun altından sağ tərəfə çıxarılır, əllər birinci təşəhhüdü oxuyarkən olduğu kimi, budların üstünə qoyulur (şəkil 28). Bu oturuş zamanı təşəhhüd, salavat və istiazə duaları bütünlüklə oxunulur.
Sonra sağ tərəfə “əs-sələmu aleykum və rahmətullah” deyərək salam verilir. Sol tərəfə də eləcə salam verilə bilər.
Qeyd etmək lazımdır ki, kişi və qadınların namaz qılma qaydaları, namazdakı hərəkətləri eynidir.

Gündəlik namazların rükətlərinin sayı və vaxtı

Fəcr namazı– iki rükətli, səslə qılınan namazdır. Bu namazdan yalnız əvvəl iki rükət (daima) sünnət namazı qılmaq olar.
Vaxtı: dan yerinin ağarmasından günəş çıxanadək.

Zöhr namazı– dörd rükətli, səssiz qılınan namazdır. Bu namazdan əvvəl (daima) iki və ya dörd (iki-iki) rükət, sonra da iki rükət sünnət namazı qılmaq olar.
Vaxtı: günəş zeniti keçdikdən sonra əşyaların hündürlüyü ilə kölgələrinin uzunluğunun bərabərləşdiyi anadək (Əsr namazınadək).

Əsr namazı– dörd rükətli, səssiz qılınan namazdır. Bu namazdan əvvəl iki və ya dörd rəkət sünnət namazının qılınması sünnədə sabit olmamışdır.
Vaxtı: əşyaların hündürlüyü ilə kölgələrinin uzunluğunun bərabərləşdiyi andan əşyaların kölgələrinin uzunluğunun onların hündürlüyündən iki dəfə artıq olan anadək (caiz vaxtı) və ya gün batanadək (zəruri halda).

Məğrib namazı– üç rükətli, iki rükət səslə və bir rükət səssiz qılınan namazdır. Bu namazdan yalnız sonra iki rükət (daima) sünnət namazı qılmaq olar.
Vaxtı: günəş batan andan qaranlıq çökənədək. (Üfüqdə olan qızartı itənə qədər)

İşa namazı– dörd rükətli, iki rükət səslə və iki rükət səssiz qılınan namazdır. Bu namazdan yalnız sonra iki rükət (daima) sünnət namazı qılmaq olar.
Vaxtı: qaranlıq çökəndən gecəyarısınadək (gün batan andan dan yeri sökülənədək olan vaxtın yarısı).

• Yuxarıda sadalanan sünnət namazları Peyğəmbərin səllallahu aleyhi və səlləm- hər namazdan öncə və sonra təkidlə qıldığı 12 rükətə daxildir. Lakin o, bu sünnət namazlarından əlavə təşviq etdiyi digər nafilə namazlarını da qılmışdır: məsələn; Əsr namazından əvvəl iki və ya dörd rükət, hər fərz namazın azanı ilə iqaməsi arasında iki rükət, gecə tək saylı vitir namaz kimi.

Azan[Allahu Əkbər] – Allah ən böyükdür! – dörd dəfə;
[Əşhədu ən lə iləhə illəllah] – Mən şahidlik edirəm ki, Allahdan başqa heç bir ilah yoxdur! – iki dəfə;
[Əşhədu ənnə Muhammədən rasulullah] – Mən şahidlik edirəm ki, Məhəmməd Allahın elçisidir! – iki dəfə;
[Hayyə alə-s-saləh] – Namaza tələsin! – iki dəfə;
[Hayyə alə-l-fələh] – Səadətə qovuşmağa tələsin! – iki dəfə;
[Allahu Əkbər] – iki dəfə;
[Lə iləhə illəllah] – bir dəfə.

İqamə[Allahu Əkbər] – iki dəfə;
[Əşhədu ən lə iləhə illəllah] – bir dəfə;
[Əşhədu ənnə Muhammədən rasulullah] – bir dəfə;
[Hayyə alə-s-saləh] – bir dəfə;
[Hayyə alə-l-fələh] – bir dəfə;
[Qad qamətis salət] – Artıq namaz başladı! – iki dəfə;
[Allahu Əkbər] – iki dəfə;
[Lə iləhə illəllah] – bir dəfə.

NAMAZ QILINMA QAYDASI 2

Namaz; Təkbir, qiyam, rüku, səcdə və salam kimi hissələrdən ibarətdir. İslamın beş rükündən biri olan namaz əqli cəhətdən yetkin olan müsəlmana vacibdir. Sübh namazı 2 sünnət və 2 fərz namazdır. Günorta namazı 4 sünnət, 4 fərz namaz və 2 sonuncu sünnətdən ibarətdir. İkindi namazı 4 sünnət və 4 fərz namazdan ibarətdir. Şam namazı 3 fərz namaz və 2 sünnət namazından ibarətdir. İşa namazı 4 sünnət, 4 fərz namaz, 2 son sünnət və 3 vitr namazından ibarətdir. Quranda ən çox ayə nazil olan ibadət namazdır. Bəs, namazı necə qılmaq olar? Vaxt namazları neçə rükətdir.Səhər, zöhr, əsr, şam və yatsı namazlarının vaxtları və azan vaxtları.

Həddi-büluğa çatmış və müəyyən əqli yetkinlik yaşına çatmış hər bir müsəlmana namaz qılmaq vacibdir. Buna əsasən, namazın insana vacib olmasının şərti üçdür: Müsəlman olmaq, həddi-büluğa çatmaq və ağıllı olmaq. Bu şərtlər namazın vacib şərtləri, yəni insanın namaz qılmasının vacib olduğu şərtlər adlanır. Namazın düzgün və tam qılınması üçün müəyyən fərzləri, vacibləri (sağlamlıq şərtləri), sünnələri və ədəbləri vardır. Vaciblərə əməl edilməməsi namazın batil olmasına səbəb olur.

Namazın fərz və vacibliyinə, sünnətinə və ədəbinə uyğun qılınmasına ilham dili ilə “sifətüs-salat” deyilir.

Namaz qılacaq şəxs dəstəmaz alıb üzü qibləyə durur, əllərini qaldırıb niyyətlə Allahuəkbər deyir və əllərini bağlayır.

Deyir: “Sübhənəkəullahummə və bihəmdikə və tebârekesmüke ve teala cedduke vela ilahe qeyrük”.

Əgər imama (müktədi) tabe olmasa, Euzü billahi mine’ş-şeytani’r-racim. Bismillahi’r-rəhmani’r-rəhim deyir və Fatihə oxuyur.

Fatihənin sonunda amin deyir və bir surə və ya bir neçə ayə (zəmm-i surə) oxuyur.

Sonra Allahükbər deyib rükuya keçir.

Ən azı üç dəfə “Sübhanə rəbbiyel-əzim” dedikdən sonra ayağa qalxıb “Səmiallahu limen hamideh” deyir və “Rəbbənə ləkəl-həmd” deyir.

Sonra Allahükbər deyir və səcdəyə gedir. Əgər fiziki qüsuru yoxdursa, əvvəlcə dizini, sonra əllərini, sonra da üzünü yerə qoyur və qiyamətə qayıdanda bunun əksini edir.

Səcdədə ən azı üç dəfə “Sübhanə rəbbiyə’l-ə’la” dedikdən sonra yenidən “Allahükbər” deyərək ara oturuşu (məclis) edir, sonra “Allahüəkbər” deyərək ikinci səcdəyə keçir və sonra: Yenə üç dəfə “Sübhanə rabbie’l-a’la” deyir, ikinci seans üçün Allahuəkbər deyir: “At qalxır.

İkinci rükət birinci rükət kimidir.

İş o yerə çatıb ki, ikinci rükətdə nə əl qaldırır, nə subhanəkə, nə də əudhu.

Ayağa qalxdıqda əllərini sıxar, Bəsmələ və Fatihə oxuyar, amin dedikdən sonra Fatihəyə bir surə və ya bir neçə ayə əlavə edər.

Sonra birinci rükətdəki kimi rüku və səcdələri yerinə yetirər.

İkinci səcdədən sonra ka’de edib-Tahiyyâtu lillahi ve’s-salavatü ve’ttayyibat deyin.

əs-Salamu aleykə eyyühe’n-nəbiyyü və rəhmətullahi və bərəkətüh. es-Salamu aleyna ve ala ibadillahi’s-salihin.

Eşhedü ən la ilahe illəllah və Eşhedü ənnə Muhammeden abduhû və rəsuluh deyir.

Əgər qılınacaq namazın rükətlərinin sayı ikidən çox olarsa, bu, “ilk oturuş” (kə’de-i ula) olar.

Bu oturuşda təhiyyəyə heç nə əlavə olunmur və üçüncü rükətə Allahükbər deyərək ayağa qalxır.

Qalxmaq istəyəndə əllərini dizlərinin üstünə qoyur, belə qalxır. Qiyamət əsnasında əllərini sıxır, Bəsmələ və Fatihəni oxuyur və amin deyir.

Bundan sonra görüləcək işlər namazın vacib olub-olmamasından asılı olaraq bir qədər dəyişir:

a) Əgər qıldığı vacib namazdırsa, Fatihədən sonra surə və ya ayə oxumur, rükuya gedir. Səcdələrdən sonra dördüncü rükət, əgər varsa, ayağa qalxır və dördüncü rükət üçüncü rükət kimidir. Dördüncü rükət yoxdursa, ikinci səcdədən sonra oturar (son oturuş = ka’de-i ahîre).
b) Qıldığı namaz vacib deyilsə, üçüncü rükətin Fatihəsinə amin dedikdən sonra bir surə və ya bir neçə ayə oxuyar. Sonra rüku və səcdəyə qalar. Dördüncü rükət üçüncü rükət kimidir. Dördüncü rükətin səcdələri tamamlandıqdan sonra oturur. Üç rükət namazın üçüncü rükətinin, iki rükət namazın ikinci rükətinin sonunda qılınan oturuş kimi bu oturuma da axırıncı oturuş (kə’de-i əhir) deyilir. Son oturuşda Təhiyyədən sonra salavat və dualar oxunur, sonra isə salam verilir.

Salavat belədir:  Allâhümme salli alâ Muhammedin ve alâ âli Muhammed, kemâ salleyte alâ İbrâhîme ve alâ âli İbrâhîm. İnneke hamîdün mecîd. Allâhümme bârik alâ Muhammedin ve alâ âli Muhammed, kemâ bârekte alâ İbrâhîme ve alâ âli İbrâhîm. İnneke hamîdün mecîd.

Ayələrə əsasən qılına bilən dua nümunəsi: Rabbenâ âtinâ fi’d-dünyâ haseneten ve fi’l-âhireti haseneten ve kınâ azâbe’n-nâr, bi rahmetike yâ erhame’r-râhimîn (el-Bakara 2/201). Rabbenâ lâ tüziğ kulûbenâ ba’de iz hedeytenâ ve heb lenâ min ledünke rahmeten inneke ente’l-vehhâb (Âl-i İmrân 3/8). Rabbic’alnî mukýme’s-salâti ve min zürriyyetî rabbenâ ve tekabbel duâ. Rabbenağfir lî ve li-vâlideyye ve li’l-mü’minîne yevme yekumü’l-hisâb (İbrâhîm 14/40-41).

Hədislərdən sitat gətirilə bilən dua nümunəsi: Allahümme innî es’elüke mine’l-hayri küllihî mâ âlimtü minhü ve mâ lem a’lem ve eûzü bike mine’ş-şerri küllihî mâ âlimtü minhü ve mâ lem a’lem.

Mənası: “Allahım, bildiyim və bilmədiyim bütün yaxşılıqları Səndən istəyirəm və bildiyim və bilmədiyim bütün pisliklərdən Sənə sığınıram”.

Şəkillərlə Namaz

Yazını dəyərləndir post

Əlaqəli yazılar

Digər yazılar
Close
Back to top button